Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya Yeni ili necə qarşılayır?
Dünya Yeni ili necə qarşılayır?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1253
Səs ver:
 
Xalqların bu bayramla bağlı maraqlı adətləri var

Yeni il əksər xalqlar tərəfindən müxtəlif formada, bəlli adətlərlə qeyd edilir. Çoxları Yeni ilin əsas rəmzi sayılan yolka bəzədilməsi ənənəsini xristianlıqla əlaqələndirir. Ancaq tarixə nəzər salsaq, görərik ki, həyat rəmzi olan yolkanın bəzənməsi xristianlıqdan əvvəl başlayıb. Hələ Miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirlərmiş. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi sayılıb. Romalılar isə "əkin allahı”nın şərəfinə evlərini yarpaqlarla bəzəyiblər.

Maraqlıdır, bu günümüzdə dünya yeni ili necə qarşılayır?


Ruslar, ukraynalılar və belaruslar Yeni ildə ənənəvi olaraq kişmişli şirin sıyıq və fəsəli bişirirlər. Onlar sıyığı yetişmiş taxılın müxtəlif növlərindən hazırlayırlar. Hesab edirlər ki, Yeni il süfrəsi nə qədər zəngin olarsa, bütün il ərzində evdə də belə bolluq olacaq. Rusiyada ötən əsrin əvvəlində Yeni ildə xəmirdən ev heyvanlarının - at, inək və öküzün fiqurlarını düzəldib bişirib, bayramlaşmağa gələn qonaqları həm bu fiqurlara, həm də müxtəlif şirniyyatlara və çərəzlərə qonaq edirmişlər. Həmçinin onlar belə düşünürmüş ki, Yeni ili yeni paltar, yeni ayaqqabıda qarşılamaq lazımdır, onda bütün il yeniliklər içərisində keçəcək. Adətən il təzələnəndə onlar bütün borclarını verməyə çalışar, bütün inciklikləri bağışlayarmışlar.

Hazırda Yaponiyada bayramqabağı evlər təmizlənir və müqəddəs sayılan əşyaların köməyi ilə oradakı pis ruhlar qovulur. Dekabrın 31-də insanlar diləklərini taxta lövhələrə yazaraq həyətdə ipdən asırlar...

Şotlandlar isə Yeni il gecəsi məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər. Onlar bayram gecəsi edilən evlilik təklifinin uğursuzluq gətirəcəyinə, təzə ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə, ev sahibləri onları qarşıda uğurlu il gözlədiyinə inanırlar.

İspaniyada gecə saat 00:00-ı göstərəndə insanlar 12 gilə üzüm yeyirlər. Bu adətin onlara uğur gətirəcəyinə inanırlar.

Çinlilər Yeni il ərəfəsində evlərini təmizləyir, bununla da keçən ildən qalan pis şansı evlərindən atdıqlarına inanırlar. Bayram gecəsi milyonlarla insan şir və əjdahanın rəqslərini izləyir. Çünki əjdaha çinlilər üçün uzun ömrü və zənginliyi təmsil edir.

Braziliyalılar da ispanlar kimi Yeni il gecəsi 12 üzüm yeyirlər.

Zəngin və qədim adət-ənənələri olan Hindistanda Yeni il fərqli şəkildə qeyd edilir. Bu bayramın zənginlik və gözəl bir gələcək gətirəcəyinə inandıqları "tanrıya” ibadət etmək və hər yerdə işıqlar yandırmaq hindlilərin adətidir. İtalyanlar isə yeni ildə lazımsız köhnə əşyalarını eyvandan çölə atırlar. Onların inancına görə, təzə ildə köhnə hər şeylə vidalaşmaq lazımdır. Yeni il gecəsi Fransanın küçələrində maskarad kostyumunda olan çoxlu insan görmək olar.

Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış "Sülh Zəngi”nin təntənəli sədalarını dinləmək Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni ili bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu, böyük xoşbəxtlik və uğur gətirir. Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var.

Rəvayətə görə, Norveç kralı İkinci Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir. Heyvanı saraya gətirir və burada sağaldaraq gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam xilaskarına şəfalı otlar gətirirmiş.

 


Şərhlər:
Baxılıb: 1253
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz