Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıya toxundum… əsdi ürəyim
Bakıya toxundum… əsdi ürəyim
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 894
Səs ver:
Bakıya toxundum… əsdi ürəyim, toxunmaz olaydım Bakı dəyişib. Geyinib əyninə dekolte geyim, Burnu kiçilibdir, dodağı şişib… Burdan milyardlarla qonaq ötürüb, Indi öz-özünə qonaq, şəhərim. Röyadan düzəlmə burun götürüb, Aygündən silikon dodaq, şəhərim. Qalıb bir sümükdə, bir də dəridə Tarix küçə-küçə, ev-ev sürünür. Izzətlə, Xosenin şəkilləri də Bakıda Bakıdan böyük görünür. Açıb yarıyacan öz sinəsini, Biabır eləyib məni bu şəhər. Kəsib, qayçılayıb gödəkçəsini Geyinib əyninə mini bu şəhər. Nədir səni belə qəfil dəyişən, De, görüb tufanmı qopub içində ? Sən ki, qocaldıqca lap gözəllləşən, Gözəl bir qadınsan şəhər cildində… Götür bu dəsmalı sil o boyanı, Səndən olmayana daha qoyma qol. Tulla geyindiyin o dikdabanı, Bir az balaca ol amma Bakı ol. Hər küçən ,hər evin qürbət kimidir Hüznün, yalqızlığın paytaxtı şəhər. Bəlkə də Bakı bir qədim gəmidir, Dayanıb Bakını gözləyir Xəzər… Şirinlik qalmayıb şirinliyindən, Qadınlar soyunub çıxır şəhərə. Mavi ekranların dərinliyindən, Masmavi "kişilər” axır şəhərə… Axır mavi-mavi bəyaz yalanlar, Utanır, qızarır bəyaz qalanlar, Qırmızı-qırmızı mavi olanlar, Gündə bir boyanı yaxır şəhərə… Bakının yəhəri özündə deyil, Dolanır özgənin atında Bakı. Bir günə Dubayda kökələnlərin, Həm özü, həm cibi "göy” gələnlərin, Dikdaban geyinmiş göydələnlərin,  Qalıb ayağının altında Bakı. Bitib iqtidarı, qurtarıb gücü Səsini itirimiş yalquzaq kimi. Dilənçi uşağın pul yığmaq üçün, Asfalta qoyduğu bir papaq kimi- Kimdənsə mərhəmət umur bu şəhər. Çırpmır ! üstündəki torpaqdı, gildi Qanmır ki, o əvvəl belə deyildi, Bir Allah bilir ki, son neçə ildi Xəzərdə üzünü yumur bu şəhər Hər tində ümidə bir qəbir qazan, Adama xəcalət çəkdirən şəhər. Şairi acından şeirlər yazan, Mollası villalar tikdirən şəhər Neyləyim sevməyə bilmirəm səni… Bir ömür gözünü yollara dikən, Tənha qadınların möhnəti Bakı. Pullu kişilərə baxıb "ah” çəkən, Pulsuz kişilərin qisməti Bakı.


Şərhlər:
Baxılıb: 894
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz