Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əfsanəyə çevrilən sevgi
Əfsanəyə çevrilən sevgi
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1338
Səs ver:
Onlar sevginin simvollarına çevriliblər. Bu yazıda dünya tarixində ən məşhur sevgi hekayətlərindən danışacağıq. Onlar real şəxsiyyətlər olublar. Seviblər, sevgiləri kitablara düşüb, dastana çevrilib.

Dünyanın ən məşhur sevgi dastanları:

Əsl Romeo və Culyetta- Mark Antoni və Kleopatra (eramızdan əvvəl, Roma və Misir)
Məhəbbətləri o qədər güclü olub ki, onları ayırmaq üçün müharibə başlayıb. Mark Antoni Kleopatraya olan sevgisi ucbatından Roma ordusunu Misirə gətirmişdi. Amma onlar ayrılmaqdansa, ölümü üstün tutdular: real Romeo və Culyetta məhəbbəti.

Napoleonsayağı eşq- Napoleon və Jozefina (XIX əsr, Fransa)
Napoleon gözəl Jozefinaya ilk baxışdan vurulur, amma sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina varis dünyaya gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndi. Jozefina öldü. Amma Napoleon onu unuda bilmədi.

Hərbi sevgi - Xuan və Yeva Peron (1940-cı illər- Argentina)
Əvvəllər hərbçi olmuş Argentina prezidenti Xuan Dominqo ilə Yevanın məhəbbəti xalqda rəğbət hissi oyatmışdı. Əvvəl kasıb bir həyat yaşayan Yeva Xuanla tanış olduqdan sonra onun ağlını başdan çıxarmağı bacarmışdı. Özü də Yeva Xuandan 2 dəfə balacaydı. Bu sevgi hekayəti Yevanın xərçəngdən ölməsi ilə bitir.

Sevgisinə görə tacından imtina edən kral – Şahzadə Edvard və Vallis Simpson (XX əsrin 30-cu illəri -İngiltərə)

Şahzadə Edvard Vallis Simpsona aşiq olandan sonra İngiltərə monarxiyası üçün son dərəcə vacib dəyişikliklər etdi. Vallis amerikalı idi. Özü də evli idi. 1934-cü ildə Vallis ərindən ayrıldı və şahzadə ilə şiddətli bir məhəbbət yaşadılar. Edvart 1936-cı ildə İngiltərə kralı oldu. Amma krallığın qanunlarına görə Vallislə evlənə bilməzdi. Buna görə Edvard öz tacından imtina etdi və Vallislə evləndi.

Filosofun sevgisi- Volter və Emili (XVIII əsr- Fransa)

Filosof Volter Fransa kral ailəsi tərəfindən çox sevilirdi. Emili də gənc, ağıllı bir qadın idi. O, Markiz de Şateletlə evli idi, amma Volter kimi el-aləmin nə düşündüyü onu maraqlandırmırdı. Emili və Volter başqa ölkəyə qaçdılar. Onları təkcə ürəkləri yox, həm də zəkaları birləşdirirdi. Amma Volter yaşlandıqdan sonra Emilini onu tərk etdi. Gənc bir oğlana qoşulub qaçdı.

Edam edilən məhəbbət- Çar Nikolay və Aleksandra Fyederovna (XIX əsrin sonu XX əsrin əvvəlləri)

Nikolay- Rusiyanın gələcək Sezarı- gözəl alman şahzadəsi Aleksandraya aşiq olur. Hər iki tərəfin ailəsi bu sevdaya qarşı çıxırlar. Amma onlar məhəbbətlərini gizlətmirlər və birlikdə yaşamağa başlayırlar. Rusiyada bolşeviklər qalib gəldikdən sonra Aleksandra və Nikolay birlikdə edam edildilər.

Teatral məhəbbət — Riçard Burton və Elizabet Teylor (1960-cı illər ABŞ)
Riçard Burton və Elizabet Teylor Antoni ilə Kleopatradan bəhs edən film də daxil olmaqla bir çox əsərdə birlikdə oynayıblar. Və bir-birlərinə qarşı hiss etdikləri sevgiyə, ehtirasa dayana bilməyib evli olduqlarına baxmayaraq eşq yaşamağa başlayıblar. Sonra evləndilər. Amma şiddətli məhəbbətə tez söndü və boşandılar… Amma üstündən 16 ay keçdikdən sonra bir-birləriylə yenidən evləndilər.


Şərhlər:
Baxılıb: 1338
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz