Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Şəkillərdə pis düşürəm" deyənlər üçün
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2638
Səs ver:
 
Bəzən şəkildə pis düşdüyümüzdən şikayətlənirik. Bəzəndə başqalarını qısqanırıq ki, gözəl olmasalar da şəkildə çox gözəl düşürlər. Ancaq bu şəkillərə baxdıqda ilk gördüyümüz şey şəkil çəkdirərkən rahat olmalarıdır. Əgər sizdə səkil çəkdirərkən qaçanlardansınızsa oxumağa davam edin...

Şəkil çəkdirərkən ən vacib şərt rahat olmaqdır. Daha sonra poz verməyin sekil çəkdirərkən, daha doğrusu poz verməmis kimi görünün.

İçkili olduğunuz halda şəkil çəkdirmək məsləhət deyil. Hər nə qədər flaş parlaq olsa da gözlərinizin batıq görünəcək.

Uzadılaraq söylənən i hərfi dodaq kənarlarının yuxarı qalxdığı üçün, çəkiliş zamanı "Money" kəliməsinin deyilməsi məsləhət görülür.

Məhşur fotograf Jack Guy gün batan zaman çəkilən şəkillərin daha gözəl olduğunu söyləyir. Kölgənin aşağıya doğru olduğundan göz altındakı torbalar görünməyəcək və daha gənc görünəcəksiniz.

"Şəkillərdə pis düşürəm" deyənlər üçün

Dilinizi dişlərinizin arxasında tutaraq gülümsəyərsəniz, üzünüz gərgin görünməyəcək.

Olduğunuzdan daha kök görünmək istəmirsinizsə, dik duraraq qollarınızı bədəninizə yaxın tutun ancaq bitişik tutmamaq şərti ilə.

Bir az yüksəkdən çəkilən şəkildə daha incə, aşağıdan çəkilən şəkillərdə isə daha uzun görünəcəksiniz.

Şəkil çəkdirməmişdən qabaq, bir anlıq gözlərinizi yumun. Çəkiliş zamanı açın. Fərqi özünüz hiss edəcəksiniz.

Eyni zamanda şəkil çəkdirərkən geyiminiz də böyük rol oynayır. Daha çox klassik geyimlərə üstünlük verin. İllər öncə çəkdirdiyiniz şəkili sevgilinizə göstərərkən: "Nə qədər gülünc görünürəm, o vaxtın modası bu idi"- demək məcburiyətində qalmayın.

Şəkil çəkdirərkən eninə cızıqlı paltarlardan "qaçın". Belə geyimlər sizi qısa və kök göstərər. Uzun belli şalvarlar və ətəklər sizi daha uzun və zərif göstərəcək.

Şəkil çəkdirdiyiniz yerə də diqqət edin. Geyiminizlə eyni tonda olan yerlərdən uzaqlaşın.

 


Şərhlər:
Baxılıb: 2638
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz