loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nəcib Fazil Qısakürəkdən mənalı sözlər
Nəcib Fazil Qısakürəkdən mənalı sözlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3337
Səs ver:
Əhməd Nəcib Fazil Qısakürək  — müasir türk mütəfəkkiri, şair və yazıçısı. 

İki cür insan vardır — zaman keçdikcə xətalarıyla üzləşən, zaman keçdikcə üzsüzləşən.

Yola çıxdıqlarınla yolda tapdıqlarını dəyişərsən — həm yolu itirərsən, həm dostlarını. 

Ayağın daşa ilişərsə «Allah kahr etsin» belə deməməlisən. Dua etməlisən ki, daşa ilişəcək ayağın var.

Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.

Özünü dünya qədər dəyərli zənn edənlərə qısa qeyd: «Dünya beş para etməz» 

Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşarkən təmiz qalsaydıq, oləndə yuylmazdıq.

Bəzi insanlar alçaq könüllüdür, bəziləri isə alçaq olmaya könüllüdür.

Yanında olduğum zaman dəyərimi bilməsən, dəyərimi bildiyin gün məni yanında görməzsən.

Bu həyatı ciddiyə almayın, necə olsa içindən sağ çıxmayacaqsınız.

İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorxun.

İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir: Acısını o an yaşar, yoxluğun ömür boyu.

Nə gəlirsə başımıza Haqqdandır,
Fəqət, gəliş səbəbi, Haqqdan ayrılmaqdandır.

Nəcib Fazildən soruşmuşlar: 
— Niyə siqareti belə çox sevirsiz?
  Cavab vermiş:
— Mənim üçün yanan bir tək o var.

Hakim saqqalı uzanmış Nəcib Fazilə:
— Meymuna dönmüsən, Nəcib — demiş.
Nəcib Fazil üzünü divara çevirərək:
— İndi də divara döndüm — deyə cavab verir.

Necib Fazil bir gün konfrans zamanı nitq söylərkən, salonda oturanlardan biri kürsüyə xiyar atır. Xiyarı əlinə alan ustad salona üzünü tutub:
— Biri şəxsiyyətini göndərdi. Kimindirsə, gəlib alsın — deyir.

Biri ustada soruşur:
— Sınan qəlb yenə sevərmi?
— Bəli, deyə cavab verir.
Yenə soruşur:
— Ustad, siz heç sınıq stəkandan su içdinizmi?
Cavab verir:
— Bəs sən, stəkan sındı deyə, su içməkdən imtina etdinmi heç?!

Yenə bir gün Nəcib Fazildən soruşurlar:
— Ustad, şəxsi maşının yoxdur?
Düşünmədən cavab vermiş:
— Ona ən sonda minəcəyik.


Şərhlər:
Baxılıb: 3337
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz