Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənalı həyat yaşamaq üçün 10 məsləhət
Mənalı həyat yaşamaq üçün 10 məsləhət
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2774
Səs ver:
Hər anın dadını çıxarın: Anı yaşayın. Çox vaxt gələcəyə baxıb gələcəkdə olacaqları düşündüyümüz üçün bu anda olduğumuz anı qaçırırıq. Hər anın dadını, qiymətini bilsəniz həyatınızdakı xoşbəxtliklərin də dadını çıxarsanız.

İstirahət edin: İstirahət etməyə vaxt ayırın. Həyat bəzən çox sürətli və sərt ola bilər. Yorğunluq, stress, əldən düşmüşlük sizi fərqinə vardığınızdan daha çox və sürətli qocalda bilər. Ən yaxşı dərman istirahət etməkdir.

Məna: Bəziləri dincliyi və həyatın mənasını din ya da ruhani işlərdə taparkən digərləri işləmək və ikili əlaqələrdə tapar. Həyatda bir məna tapmaq və bir məqsədinizin olduğu hissi sizə böyük xoşbəxtlik verəcək.

Həyata bağlanacaq şeyi tap: Sevdiyiniz bir şeyi etdikdə içinizdəki sevinc, həyəcan və xoşbəxtlik və onda özünü itirməniz sizi həyata bağlar. Hər kəsi həyata bağlayan, onu edərkən özündən keçdiyi bir şey vardır. Bunu mütləq axtarın və tapmağa çalışın.

Güclü yanlarınızı istifadə edin: Güclü yanların ilə ana dəyərlərinizi anlayıb onları gündəlik həyatınızda istifadə etməniz nələrdən xoşbəxt olduğunuzu ortaya çıxarmanıza kömək edəcək. Güclü yanlarınızı fərq edib onları istifadə etməniz həyatın hər sahəsində sizə kömək edəcək.

Keçmişi arxanızda buraxın: Səhv və peşmanlıqlarınızı keçmişdə buraxın. Onlar sizin dəyərlərinizi ifadə etməzlər. Keçmişdə  qalsanız, irəliyə getməkdə çətinlik çəkərsiniz. Bunları arxanızda buraxmağı öyrənmək bu günü yaşamanızı təmin edəcək.

Səhvlərdən dərs çıxarın: Səhvlərimizdən dərs çıxarmaq və peşmanlıq hiss ettmək iki fərqli anlayışdır. Peşmanlıq, içində günahkarlıq və utancı da saxlayan xəyal qırıqlığı ilə əlaqəli bir hissdir. Yaşanmış bir hadisəyə baxmaq və nəyin səhv getdiyini anlamağa çalışmaq isə bizə çox şey öyrədər.

Paylaşın: Paylaşdığımızda məsuliyyətlərin mənası daha çox artar. Yoldaşınıza ya da ən yaxşı yoldaşınıza nəyi nə vaxt bacarmaq istədiyinizi izah edin. Paylaşmaq eyni zamanda xəyal və hədəflərinizi mübahisə  etmək üçün etibarlı bir mühit də təmin edər.

Nəzakətli olun: Arxanızdakı gələn adama liftin qapısını yapış, qonşunuzun alver torbasını daşıyın ya da yaşlı birinə kömək edin. Nəzakət və yaxşılıq, daha çox yaxşılıq yaradar. Və zəncirləmə bir təsiri vardır.

Dinləyin: Qarşınızdakını mühakimə edib tənqid etmədən dinləyin. Özünüzdən danışmaqdan qaçın və ehtiyacı olanın yanında bütün varlığınızla olmağa çalışın.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2774
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz