Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ananın qıza məktubu
Ananın qıza məktubu
Göndərən: ruhi_24
Şərhlər:
Baxılıb: 1041
Səs ver:
Ananın gəlin köçən qızına məktubu

Adətən qız uşağı anasından görüb-götürür. Buna görə də ana hər bir davranışı ilə qızına bir örnək olmalıdır. Bu məqsədlə bundan uzun zaman əvvəl yaşamış, əsilzadə ailəyə mənsub Ümamə xanımın gəlin köçən qızına yazdığı məktubu gənc xanımların nəzərinə təqdim edirəm. İnşallah ki, bu məktub bütün qızlarımız üçün faydalı olacaq. Əvvəlcədən onu qeyd edim ki, məktubda qeyd olunanlar xüsusilə dövrümüzdə hər bir gənc qızın çox ehtiyac duyduğu nəsihətlərdir.

"Əziz qızım!

Əgər hər hansı bir qız valideynləri zəngin və əsilzadə olduğu üçün evlənməyə ehtiyac hiss etməsəydi, nə sən, nə də ki, mən heç vaxt evlənməyə ehtiyac hiss etməzdik. Halbuki vəziyyət bu cür deyildir.

Əziz balam!

İndi qırx illik evlilik təcrübəmə dayanaraq sənə bəzi tövsiyyələri vermək istəyirəm. Bu tövsiyələri düzgün qiymətləndirib buna müvafiq şəkildə hərəkət etsən, həyatın boyu rahat yaşayarsan. Ömürgün yoldaşınla aranız heç bir zaman pozulmaz. Bu dünyada xoşbəxt ömür sürdüyün kimi axirətdə də əbədi xoşbəxtlik əldə edərsən.

1- Qənaətkar ol! Ərinin gətirdiyi hər şeyi məmnuniyyətlə və sevərək qəbul et. Çünki qənaətkar olmaq qəlbi sakitləşdirər.

2- Deyilənlərə həmişə yaxşı qulaq as və hər zaman ərinin sözləri və istəkləri ilə razılaş. Ona qarşı çıxmaqdan çəkin və sözlərinə etiraz etmə. Bir-birinizi anlamağa, başa düşməyə çalışın. Əgər bu cür hərəkət etsən, sən Rəbbimizin razılığını da qazanarsan.

3- Ərinin olduğu hər yerə xüsusi etina və hörmətlə yanaş. Ömürgün yoldaşının gözünə çirkin bir şeyin dəyməməsi üçün diqqətli ol. Bil ki, xarici görünüş daxilə-qəlbə də nüfuz edər. Evin daim təmiz, baxımlı və gözəl ətirli olsun.

4- Həyat yoldaşının yemək saatı və yatmaq vaxtına diqqət et. Ərin yeməyini adətən nə zaman yeyirsə, yeməyi də buna müvafiq vaxtda hazırlamalısan. Ərinin yuxu rejimini qaydada saxlamaq üçün işlərini vaxtında bitir. Çünki aclıq insanı xasiyyətsiz edər. Yuxusuzluq isə əsəbiliyə gətirib çıxarır.

5- Evinin mallarına və əşyalarına münasibətdə diqqətli davran. Malına və əşyana sahib çıxman sənin öz işini yaxşı bildiyinin göstərər. Gördüyün işləri başa qaxma! Əgər belə etsən, yaxşılıq fayda deyil, zərər gətirər.

6- Ərinin yaxınları ilə gözəl münasibət qur. Onlarla yaxşı davran ki, o da sənin yaxınların ilə yaxşı dolansın. Unutma, gülü sevən tikanına dözməlidir. Onsuz da dünyada nemətlərlə yanaşı çətinliklər də olur. Övladlarına ərinin qohumlarının yanında onun öz yaxınları ilə münasibətdə nüfuzunu zədələyəcək, onu alçaldacaq və hörmətsiz edəcək söz söyləmə!

7- Ərinin sirlərini heç kimə demə! Əgər sirlərinizi ətrafa yaysan, səninlə arası dəyər. Hətta, vəfasızlıq etməyəcəyindən belə əmin olmaz ki, bu da sənə olan sevgisinin azalması ilə nəticələnə bilər.

8- Qızım! Ərinə hörmət göstərməkdə, onun istəklərini yerinə yetirməkdə qüsura yol verməməlisən. Sözlərinə müxalif hərəkət edərək ona qarşı gəlməməlisən. Əgər ona qarşı çıxsan, asi olsan, onun əsəbiləşib qəzəblənməsinə, hətta düşməncə davranmasına səbəb olarsan. Ərinin məyus və kədərli anlarında sən də onun dərdinə şərik ol. O nəşəlidirsə, sən də elə görünməyə çalış.


9- Ərinə nə qədər hörmət və təzim etsən, özünü ona bir o qədər çox sevdirə bilərsən. Onun razı qalacağı şəkildə hərəkət etsən, bir o qədər onun sevgisinə nail olarsan.

10- Ərinin almaqda çətinlik çəkəcəyi, gücünün çatmayacağı şeyləri istəmə! Bu, həm sənin, həm də onun Cənnətə düşməyinizə əngəl olar. Belə ki, Peyğəmbərimiz (s) buyurur:
"Elə bir zaman gələcəkdir ki, bir insanın həlakı xanımının, ana-atasının və övladının əli ilə olacaq. Ona kasıb olduğu üçün ayıb edərlər, gücünün çatmadığı təkliflər və istəklər irəli sürərlər. Beləliklə, o kəs bu istəkləri təmin etmək üçün dininin əldən çıxmasına səbəb olan yollara uyar və Cəhənnəmə düşər”.

11- Qadının gözəl xasiyyətlisi, saleh olanı yoldaşı üçün cənnət nemətidir. Pis olanı və şərlisi isə cəhənnəm əzabından hesab edilir. Sən ərin üçün cənnət neməti ol! Ona əzab çəkdirmə!

Bunları edə bilmək ancaq onun istəklərini öz istək və arzularındana, onun razılığını sənin üstünlük verdiyin şeylərdən üstün tutmaqla mümkündür. Həmişə öz istək və arzularını ön plana çıxarsan, bu nəsihətlərə əməl etmək mümkün olmaz.
Dövlətlərdə, millətlərdə, iş yerlərində və ailələrdə əmin-amanlığın əldə edilməsi üçün son sözü kişinin söyləməsi vacibdir. Hər ağızdan bir hava çıxsa, hər şey bərbad olar. Sənə məlum olsun ki, uca Allah ailədə son sözü demək hüququnu kişiyə verib. Allah Qurani-Kərimdə kişiləri qadınlar üzərində hakim qıldığını bildirmişdir. Nisa surəsinin 34-cü ayəsində oxuyuruq: "Kişilər qadınlar üzərində hakimdirlər”. Buna görə, qadın da öz fikrini deməlidir, ancaq son söz kişinindir. Kişi səhv addım atsa belə, dinə uyğun atdığı üçün Allah-təala o işin nəticəsini xeyirə yönəldər. Evdə "sənin dediyin deyil, mənim dediyim olacaq” davası olsa, o evdə rahatlıq olmaz.
Necə ki, kişi iş yerində müdirini razı salmaq üçün çalışır, öz işini itirməməsi üçün müdirin razı qalmasının şərt olduğunu, işdə əmin-amanlığın bundan asılı olduğunu bilir, qadın da öz rahatlığı üçün bütün gücü ilə ərini razı sala bilmək üçün çalışmalıdır. Ərinin öz xanımından razı qalması qadının da rahat və razı olması deməkdir. Bu dediklərim qadın tərəfindən qəbul edilib tətbiq edilmədikcə ailədə əmin-amanlıq və xoş-güzəran olmaz”.

P.S - ALLAH BÜTÜN GƏLİN KÖÇƏN QIZLARI XOŞBƏXT ELƏSİN AMİN!


Şərhlər:
Baxılıb: 1041
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz