Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son fəsil noyabr
Son fəsil noyabr
Göndərən: MALIS
Şərhlər:
Baxılıb: 1112
Səs ver:
Hər dəfə yazmağa başlayanda ilk cümlə çətin olur. Beyində fikirlər gedir gəlir. Biri əgər başa düşmürsə onda yazmalısan. Yəni nə demək istədiyini. Hmm necəsiz? Yaxşı?
Bir birilərini tanımayan adamların məşhur dialoqu. Bax bundadı bizim zəifliyimiz. Şərti refleks olmuş bu "yaxşı" sözü. Bizi içdən yedi. Həyata haradansa davam etmək lazımdı. Ama hardan? Hardan başlayasan ki ilk hərəkətdə əzilməyəsən. Yada çəkil öz dünyana otur evində. 150 aznlik maaşla bax dünyana və buna həyat de...
Keç bir tv ye bax. MTV kanalına bax mədəniyyət göz qamaşdıran insanlar. Və sayı hesabı bilinməyən qiymətli əşyalar.
5 dəqiqə bax sonra başqa bir kanala bax. Afrika və palçığı su əvəzi ağzına alan maraqlıdı ikisidə dünyadı. Biz burada. Bakıda yeni il keçirdərkən gülüşməklərin səsi, bahalı maşınların səsi, gənclərin "bakı bizmidi" prinsipi ilə hərəkətləri. 300 km oyanda isə 20 ildən çox qalan əsirlər var və onlar nə tanrı tanıyır nə bayram nədə Azərbaycan ikisidə dünyadı...
Bilirəm hamı bezir. Ama neynəmək olar insan burada əziyyət çəkir, gedir o biri dünyaya orda da günahlarına görə yandırılır. Elə bunları düşünəndə insan soyuyur...
Gəl keçək otağa. Bir kino qoy baxaq. Bir sevgi kinosu. Baxırsan və hansısa bir obraz sənə yaxın gəlir və kino səsinə maraqsız gələr "o" yoxdu yanında deyə. Ama "o" olsaydı bu başqa cür olmazdımı. İnsanı həyata bağlayan sevgidi. Hamıya nifrət elə dağıt tök hə sonra? Ama səni başa düşən bir sevgili olsa dəyişməzmi baxışın?
Yorğun xəyallardan oyanıram hərdən. Damlalar düşür hərdən gözlərimdən gözlərinə. Bəzən dodaqlarına, bəzən isladır o məsum üzünü zəifliyim olur bu çox zaman sənin mümkünsüzlüyün ilə üzləşəndə, məni bağışla. Barmaqlarım alnına sığal çəkir səni incitməkdən qorxaraq. Titrək gülümsəyərkən gözlərinin ətrafında yaranan o incə qırışlara toxunur. Əlimdə tutub dəqiqələri mənalı edən bu şəklinlə dərdləşmək bəs edir hərdən. Həmişə getmək istədiyimiz "uzaqlar"da gəzirik səninlə. Qısqanclıq dolur hərdən bütün varlığıma. Səni paylaşmağa məcbur olduğum hər şeyi, hər kəsi məhv etmək gəlir içimdən. Bax, payız da gəldi. O çox sevdiyin quru yarpaqlar var hər tərəfdə. Sən ki, çox sevirdin onları əlinə toplayıb əzməyi. Səsini sevirdin yarpaqların. Gözlərini yumaraq gülümsəyirdin. İlahi sənin gülüşün necə gözəl idi. Heç cürə anlamazsan sənin bir baxışın nələrə qadirdir. Sən heç səsindəki güvən hissini hiss etmisən? Əlbəttə yox. Əllərindəki istiliyi, qollarındaki gücü, saçlarındakı əsrarəngiz qoxunu. Peşman olmadım heç bir an, bir saniyə də olsa. Yaşadığım heçnə üçün. Yaşamadığım "Sən" üçün əskik qaldım sadəcə mən. Yenə adın var olsun. Üşüyəndə isinir dodaqlarım...
Bəzən itirərsən ruhunu bir musiqidə taparsan, virtualda taparsan, bir küçədə körpənin gülüşündə bəzən isə əl ələ tutub gəzən sevgililərdə görərsən öz ruhunu...
Ama bəzən də ürək soyuq olar buz kimi. Bunlarda sənə bəs etməz və fəsillərin ayların önəmi olmaz məsələn oktyabr getdi noyabr gəldi ama o da gedəcək bəziləri kimi dekabrla xəyanətin olacaq noyabra nə isə yəni bildiyiniz fikirlərim. 
Özünüzə yaxşı baxın. Unutmayın ki musiqilər daha safdı nəinki insanlar. Yorulmuşam icazənizlə dincəlmək istəyirəm ilham pəriləri azadlığa çıxır...


Şərhlər:
Baxılıb: 1112
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz