Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Olum haqqinda
Olum haqqinda
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 4664
Səs ver:

 

http://imgs.su/tmp/1316844878-656.jpg

 

Ölüm nədir?
“Ölməyimizin vaxtı barəsində həkimlər Allah ilə danışa bilərlərmi” Bu suall tibb kollecinin bir dosentinə məxsusdur. Bir çoxlarımız həyatda bu sual ilə üzləşə bilərik, ona görə də bu barədə ciddi düşünək.
Ölümün nə demək olduğunu Müqəddəs Kitab dəqiq açıb söyləyir. Bu ruh ilə canın bədəndən ayrılmasıdır: “...bədən ruhsuz ölüdür” (Yaq. 2:26). Lakin daha təhlükəli bir ölümdə vardır. Bu ruhani ölümdür. Bu, Allahdan ayrılmaqdır.
Materialist üçün ölüm tamam məhv olmaq deməkdir. Buddist üçün isə ölüm yeni bir şəklə düşmək deməkdir. Terrorist üçün isə ölüm ideyaların təntənəsnə gedən bir yoldur. Bəzilərinə görə isə hər öldürülənin əvəzində cənnətdə mükafat alacaqdır.
“İnsanı nə vaxt ölmüş hesab etmək olar?” – sualı müasir dövrdə geniş bir şəkildə müzakirə olunur. Tədris ocaqlarında yeni bir fənn – tanatologiya (tanatos yunan sözü ölümü ifadə edir) öyrənilməyə başlanmışdır. Tanatologiya ölüm haqqında elm deməkdir.
Müasir Amerikada ölümə olan bütün münasibətləri ümumiləşdirərək, Davud Dempsi özünün “Biz necə ölürük” kitabında belə yazır: “Bizim ictimayyətin həyatı dünyəviləşmişdir. Buna görə də ölüm ənənəvi dini kontekstdən götürülüb təbii axının bir hissəsi kimi başa düşülür. Teoloji nöqteyi-nəzərdən yanaşdıqda, ölüm məqbul qəbul olunur, əziyyət isə ruhani təmizlik kimi başa düşülürdü”.
Ölüm nədir? Bu suala cavab verməkdə bir çox illər Los-Anjelesdəki Cənubi Karolina Universitetinin tibb mərkəzində xidmət etmiş kapellan Fil Menli kömək edə bilər. Onun yığcam ratsiysı həmişə belində olardı. Hər bir həkim istənilən dəqiqədə onu ölməkdə olan xəstənin yanına çağıra bilərdi. Fil bir çox insanların sinəsinə əlini qoyaraq onların yaxınlarına bu qaçılmaz kədərli dəqiqələrdə təsəlli verərdi. Onun böyük tibb mərkəzinin binasındakı (bu mərkəzdə 8000-ə yaxın adam işləyir) darısqal otağının divarında bir cədvəl asılmışdır. Menli bu cədvəldə hər gün ölüm hadisələrini qeyd edirdi. O, bu təyinatlardan istifadə edirdi. (Bunlar qaçılmaz hadisələri qeyd etmək üçün həkim ekspertlər tərəfindən işlənmişdir).
Kliniki ölüm ürəyin fəaliyyətinin dayanması, qan təzyiqin olmaması, temperatorun aşağı düşməsi ilə müşahidə olunur. Pasientin ölümü onda həyati əhəmiyyətli funksiyaların sönməsi ilə təsdiq olunur.
Beyin fəaliyyətinin tamam dayanması ilə həqiqi ölüm baş verir. Həkimlərdən, hüquqşünaslardan ibarət olan Harvard komitəsi “beyin ölümünün” aşağıdakı dörd meyarını qeyd edir:
1. Kütlük.

2. Tənəffüsün olmaması.

3. Refleksin olmaması.

4. Elektroensefaloqrammadakı xətlər.
Ölümün tam tərifi belədir: “orqanizmin həyati əhəmiyyətli funksiyalarının dayanması”. Beləliklə, ölüm fiziki canlılıq əlamətlərinin bərpa olunmasının mümkünsüzlüyüdür.
Ölümün dəqiq anını müəyyən olunması barədə mütəxəssislər arasında hələ ki, bir sıra mebahisələr vardır.
“Kliniki ölüm”ü keçirən bəzi insanların həyata qayıtması bu məsələyə müəyyən qaranlıq gətirir. Mənim dostum fibros və qripp xəstəliyindən Takson xəstəxanasında yatırdı. Vəziyyəti yaxşı deyildi. İntensif terapiya palatasında onun tənəffüsü üç dəfə dayandı. Və demək olar ki, “kliniki ölüm”ün bütün əlamətləri onda var idi. Üç dəfə onu “süni tənəffüs” aparatı ilə həyata qaytardılar. O, xəstəxanadan çıxtıqdan sonra “Arizona deyli star” qəzrti belə yazırdı: “Keçmiş məhrum evinə qayıtdı, indi bir çoxları möcüzəyə inanacaqlar”.
Bilirik ki, həkimlər ölümü bir qədər təxirə sala bilirlər. Amerika tibb assosiyasiyası belə söyləyir: “Həkimin cəmiyyətdə borcu həyatı əzablardan mühafizə edib qorumaqdır”. İndi isə həkimlər hansı vəziyyətlərdə həyatı qorumaq fikri ətrafında mübahisə edirlər.
Ölmüş hesab edilən insanların həyata qayıtması ağ xalatlı həkimlərin möcüzələri deyil. Misal üçün, “nəfəsi kəsilmiş” (1Padş. 17:17), bərk xəstə olan oğlanı İlyas ayağa qaldırdı. İlyasın inamla gördüyü bu işi bu gün biz “süni tənəffüs” adlandırırıq. Müqəddəs Kitabda belə deyilir: “Və uşağın üzərinə üç kərə uzandı və Rəbbi çağırıb dedi: “Allahım Rəbb Sənə yalvarıram bu yeni yetmənin canı içinə dönsün” (1Padş. 17:21)
Müqəddəs Kitabın daha bir möcüzə yaradanı olan Yelisey də yəqin ki, təcili yardım kursunu bitirməmişdi. O, evə daxil olub ölmüş hesab olunmuş uşaq üçün dua etdi, sonra isə “uşağın üzərinə çıxıb, ağzını onun ağza, gözlərini gözləri üzərinə, ovuclarını onun ovuclarına qoydu və üzərinə uzandı. Uşağın bədəni isindi” (2Padş. 4:34).
Tibb işçilərinə mənim xüsusi hörmətim var. Hər müayyinədən keçdiyim Meyo klinikasında mən onların hazırlıq səviyyəsini görmüşəm. Onu da etiraf etmək lazımdır ki, ölümün dəqiq vaxtını müəyyən olunmasında həkimlər də gücsüzdülər. Həkimlərin ölüm üzərində tam hakimiyyəti yoxdur, lakin müəyyən vaxt onlar bu hakimiyyətə nail olurlar. Belə hallarda isə onların qarşısında (həmçinin pasientlərin) ciddi dilemma durur.
Ölüm ilə bağlı problem o qədər mürəkkəbdir ki, dəfələrlə təkrar olunmuş sualı bir də yada salırıq. Əyyub peyğəmbər belə deyirdi: “Hikmət haradadır? Haradadır onun yeri? Onun dəyərini insan bilməz. Yaşayanlar arasında o olmaz” (Əyyub 28:12-13).
Budur sərt sınaqların nümunələrindən biri.
1968-ci ildə 62 yaşlı Con Stakvişin ürəyində həkimlər cərahi əməliyyat apardılar. Həkim Denton Kuli əməliyyat zamanı ona 36 yaşlı Klarens Niks adlı bir adamın ürəyini köçürdü. Klarens Niks küçə xuliqanları ilə toqquşmada başından ciddi zədə almışdı. Zədə o qədər ağır idi ki, həyati funksiyaların fəaliyyətinə artıq ümid yox idi. Elektroentsefaloqramma da artıq onda funksiyaların dayandığını göstərirdi. Ürəyi isə döyünməydə idi. Həkim Kuli və onun köməkçiləri Niksin ürəyini çıxarıb Stakvişə qoydular. Müvəffəqiyyətli əməliyatdan sonra həkim, donor və xuliqanlar arasında ciddi etik problemlər meydana çıxdı. Donorun üzərinə hücum etmiş olan adamlar həbs oldular. Öz hüquqlarını müdafiyə üçün onlar belə bir fikir irəli sürməyə başladılar ki, Niksin ürəyi köçürülən zaman o, sağ idi. Əgər sağ idisə, onların hərəkətlərinə xuliqanlıq maddəsi ilə baxılmalıdır. Bundan başqa onlar Niksi öldürdükləroinə görə həkimlər əleyhinə ittiham irəli sürdülər. Vəziyyəti gərginləşdirən səbəblərdən biri də ondan ibarət idi ki, həkimlər onun tənəffüsün və beyin fəaliyyətinin dayanması ilə Niksi ölmüş bildikləri halda digər bir həkim isə bununla razılışmadığını bildirmişdi.”
Beləliklə, fiziki ölümün etiraf edilməsi də müəyyən çətinliklərlə bağlı olur. Əlbəttə mən bu cür incə məsələnin son qərarını üzərimə götürməyə çalışmıram. Biz bilirik ki, Allah bəzən artıq ölmüş hesab olunan insanların həyatını uzadır. Bitmiş sayılan kitab bir görürsən hansısa fəslin sonu olur. Əhti-Ətiqdə bir nümunə də gətirək: Padşah Yezekiya ölüm ayağında idi. Lakin Allah ona çatdırdı ki, ona şəfa verəcəkdir və o, bundan sonra 15 il yaşadı. İsa Yairin qızını həyata qaytardı. 4 gün qəbirdə olan Lazarı ölülərdən diriltdi.
Mən inanıram ki, Allah fiziki həyatı həkimlərin əli ilə uzatmağa imkan yarada bilər. Mən dönməz insan ruhu və insan həyatını xilas etmək yolunda yaranmış olan maneələri dəf edə bilən bacarıqlı həkimlər önündə baş əyirəm. Bununla belə ölüm yenə də qaçılmaz olaraq qalır və onunla hər birimiz üzbəüz gəlməli olacayıq.
Bu günkü insanların ölüm ilə maraqlanmalarına və onun müzakirə etmələrinə təəccüblənirikmi? Los-Anceles məbədlərinin birində keçirmiş olduğu seminarları haqda gənc xidmətçi mənə bunları söylədi. Dinləyicilərə beş müxtəlif mövzu təklif olunmuşdu. Onları ən çox cəlb edən “ölüm və ölmək” mövzusu olmuşdu. Cənubi Kliforniya universitetinin ən çox dinləyicisi olan “ölüm və ölməyin dini və etik problemləri” kursudur. Çox oxunan jurnal olan “Yu. Es. nyus end uorld riport” 1983-cü il 11 iyulda öz səhifələrində “Ölümün yeni anlamı” adlı bir oçerk çap etdirmişdi.
İndi keçmiş qadağaların artıq köhnəldiyi bir dövrdə Məsihçilərin ölmək prosesi ilə bağlı müzakirələrə müdaxilə etmələri vacib hesab olunur. Bu qorxunun aradan götürülməsini mümkün edən cavab Allahın Kəlamındadır. Və biz nə qədər ki, yaddaşmız iti və ağlımız başmızdadır bunu indi öyrənməliyik. Bunun cavabını filosoflarda, psixoloqlarda, sosioloqlrda və hətta həkimlərdə də tapa bilmərik. Bu sahədə Müqəddəs Kitab bizə istqamət verir. “Sizin imanınız insan müdrikliyinə deyil, Allahın qüdrətinə istinad etsin” (1Kor. 2:5).
Böyük ingilis ilahiyatçısı Con Trapp 300 il bundan əvvəl yaşamışdı. O, belə deyirdi: “Hər bir insan üçün ölüm heç bir vaxt münasib anda gəlmir. Əgər o həyatı haqda hər şeyi bilmiş olsaydı, başqa zamanı dceyil, məhs bu anı seçmiş olardı”.
Şükr Allaha ki, biz ölüm məsələsini belə açıq, real bir şəkildə müzakirə edə bilirik. Biz bu mürəkkəb həyatı yaşamaq üçün Allahın müdrikliyinə ehtiyacımız vardır.



Şərhlər:
Baxılıb: 4664
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz