Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ruhunu şeytana satanlar
Ruhunu şeytana satanlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1465
Səs ver:

http://imgs.su/tmp/1316755403-656.jpg

1. Papa II Silvester
II Silvester öz dövrünün ən savadlı adamlarından biri idi. Riyaziyyat, astronomiya və mexanika haqqında mükəmməl biliyi olan Papanın hidravlik orqanı, rəqqas saatını kəşf etdiyi və ərəb rəqəmlərini Qərbi Avropaya gətirdiyinə inanılır. O həmçinin riyaziyyat, təbiət elmlərinə, musiqiyə, dinə və fəlsəfəyə dair kitabların müəllifidir. Onun ölümündən sonra şayiələr yayıldı ki, onun intellekti və dahiliyi şeytanla saziş bağlamasının nəticəsidir. Əslində isə bunun səbəbi onun tez-tez o dövrün görkəmli ərəb alimləri ilə görüşməsi idi.

2. Nikolo Paqanini
Nikolo Paqanini indiyə kimi yaşamış ən görkəmli skripka virtuozlarındandır. O, 5 yaşında mandolin çalmağı öyrənib və 7 yaşında mahnı bəstələməyi öyrənib. 12 yaşında ict imai yerlərdə ifa etməyə başlasa da, 16 yaşında uğursuzluğa düçar olur və alkoqolizmə üz tutur. Daha sonra içkini atır və 22 yaşında ilk musiqi ulduzu olur. Onun yaratdığı əsərləri illərdir heç bir skripkaçı ifa etməyi bacarmayıb. Fövqəladə ifa texnikasına görə, dinləyicilər onun şeytanla saziş bağladığını düşünürdülər. Hətta onun hamilərindən bəziləri onun ifası ərzində şeytanın ona kömək etdiyini də iddia edirdilər.

3. Jil de Rey
Jil de Rey çox intellektual, cəsur adam hesab olunurdu. Britaniyanın ən seçilmiş ailələrindən birində anadan olan Jil 20 yaşında olarkən atası vəfat edir və Jil tək başına yaşamağa başlayır. Görünməmiş sərvət və güc Jilin sonunu gətirir. Sərvətini yenidən qazanmaq istəyən Jil, Françesko Prelati adlı adamın istiqamət verməsi ilə okkultizmlə məşğul olmağa başlayır. Prelati ona "baron" adlı şeytana uşaqları qurban verəcəyi təqdirdə əvvəlki sərvətini geri qaytaracağını deyir. Jil 80-200 arası uşağı zorlayır, işgəncə verir və öldürür. Sonradan o, həbs olunur və əvvəlcə asılır, sonra isə yandırılır.

4. General Conatan Moulton
Conatan Moultan fəaliyyətinə dülgər köməkçisi kimi başlayıb. 1745-ci ildə o, işini tərk edir və yeni İngiltərə ordusuna qoşulur. 1749-cu ildə evlənir və 11 uşaq sahibi olur. O, yeni Hempşirin ən varlı adamlarından birinə çevrilir. Bu isə onun şeytanla sözləşdiyi şayiələrinə gətirib çıxarır. 1769-cu ildə onun kasıb bir puritan qəsəbəsində tikdiyi villa yanıb külə dönür. O zaman insanlar Conatanın şeytana kələk gəldiyini və bundan xəbər tutan şeytanın Conatandan intiqam almaq üçün villanı yandırdıqlarını düşünürdülər.

5. Keşiş Urban Qrande
Keşiş Urban Qrande roman katolik kilsəsində keşiş kimi işləyirdi. Keşiş olmasına baxmayaraq, o bir neçə qadınla cinsi əlaqədə olmuşdu və arvadbaz kimi tanınırdı. 1632-ci ildə bir neçə rahibə keşiş Urbanı onları ovsunlamaqda günahlandırdılar. Məhkəmə zamanı hakimlər keşişə işgəncə verərək onun şeytanla saziş bağladığını boynuna alan sənəd imzaladırlar. Keşiş cadugərlikdə ittiham olunur və odda yandırılır.

6. Cuzeppe Tartini
Tartini İtalyan bəstəkar və skripkaçı olub. O 400-dən çox musiqi əsərinin sahibidir. Bir çox müasirlərindən fərqli olaraq, o heç bir kilsə musiqisi bəstələmirdi. Onun ən çox mübahisələrə səbəb olan əsəri "Devil's Trill Sonata"dır. Deyilənə görə bir gün şeytan onun yanına gəlir və şagirdi olmaq istədiyini bildirir. Dərslərinin sonunda Tartini şeytanın qabiliyyətinin yoxlamaq üçün ona skripka verir. Şeytan elə ifa edir ki, Tartinin nəfəsi kəsilir. O yuxudan ayılır və əsəri yazmağa başlayır.

7. Kornelius Aqrippa
Kornelius Aqrippa intibah dövrünün ən görkəmli yazıçılarındandır. Aqrippa okkultist, sehrbaz, ilahiyatçı, astroloq və kimyaçı hesab olunurdu. 1535-ci ildə o, kafir olmaqda ittiham edilərək ölüm cəzasına məhkum edilir. O qaçır ancaq evində xəstələnir və ölür.

8. Robert Conson
Robert Conson məşhur amerikalı bluz musiqiçidir. Rəvayətlərə görə, o yaxşı gitara çalmaq istəyir və ona yolayrıcına getməyi məsləhət görürlər. Burada o, şeytanla qarşılaşır və şeytan ona necə gitara çalmaq lazım olduğunu öyrədir. Conson bu şayiələri aradan qaldırmaq üçün heç nə deməyib. 27 yaşında ölənə kimi Conson 6 albom buraxır.

9. İohan Georq Faust
İohan Faust Alman intibahının səyyah kimyaçısı, astroloqu və sehrbazı olub. Götenin məşhur əsəri Faust onun həyatı əsasında yazılıb. Rəvayətlərə görə, o, yalnız kefdə-damaqda yaşamaq istəyir və okkultizmlə məşğul olaraq, şeytanı necə çağırmaq lazım olduğunu öyrənir. Bunun nəticəsində o, şeytandan 24 il xidmət müqavilində ruhunu satır. Ancaq 16 ildən sonra o peşman olur və sazişi pozmaq istəyir. Şeytan isə onu vəhşicəsinə öldürür.

10. Adanalı müqəddəs Teofil
Teofil 6-cı əsrdə yaşayan keşiş idi. Onun dini rütbə qazanmaq üçün şeytanla saziş bağladığına inanırdılar. Teofil yepiskop seçilir, ancaq təvazökarlıqdan bu vəzifəni rədd edir. Onun əvəzinə başqa adam bu vəzifəyə gəlir. Təzə gələn yepiskop isə Teofili öz vəzifəsindən azad edir. Bunu görən Teofil öz təvazökarlığından peşman olur və şeytanla əlaqə qurmaq üçün sehrbaz axtarır. Şeytan kömək müqabilində ondan xristianlıqdan imtina etməyi tələb edir. Teofil razı olur və şeytan onu yepiskop edir



Şərhlər:
Baxılıb: 1465
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz