Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı xalq səhər yeməyində nə yeyir?
Hansı xalq səhər yeməyində nə yeyir?
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 4888
Səs ver:
Səhər yeməyi günün ən vacib yeməyidir.
Səhər yeməyi insandan insana fərqləndiyi kimi, xalqdan xalqa dəyişir.
Təbii ki, coğrafi və mədəni fərqliliklər səhər süfrələrində də özünü göstərir. Məsələn, Avropa ölkələrində insanların çoxu səhəri qəhvə ilə açmağa üstünlük verirsə, azərbaycanlıların səhərini çaysız təsəvvür etmək mümkün deyil...
Azərbaycanda səhər yeməyi – süfrəmizdə üstünlüyü yüksək kalorili ət və yağdan bol yeməklər təşkil etməsinə baxmayaraq, səhər yeməyi çox yüngüldür. Azərbaycanlıların səhər süfrəsini yağ-pendirsiz və şirin çaysız təsəvvür etmək mümkünsüzdür. Bal, qaymaq və müxtəlif növ cemlər də süfrəyə əlavə olunur. Yay günlərində əsasən pomidor-yumurta, digər vaxtlarda isə yumurtalı çörək, qaynamış sosis və ya qızartması, yumurta soyutması yeyilir.

Türklərdə səhər yeməyi – süfrəyə ilk olaraq qızardılmış çörək, ağ pendir, yumurta, qara və yaşıl zeytun qoyulur. Kolbasa və basdırma da süfrəyə ayrı ləzzət qatır. Müxtəlif növ cemlər – gül, ərik, albalı, portağal, həmçinin bal, qaymaq da süfrəyə əlavə olunur. Zəngin türk süfrəsi armudu stəkanda tünd dəmli çayla tamamlanır.

Ruslarda səhər yeməyi – çar dönəmində olduğu kimi, indi də süfrəyə kürü və balıq yeməklərinə rast gəlinir. Ruslar səhərlər şirniyyata deyil, əsasən bol ədviyyatlı yeməklərə üstünlük verirlər. Kalorisi yüksək balıq, ət yeməkləri və "rus yumurtası” süfrəyə hökmrandır.

İspanların səhər yeməyi – İspaniyanın geniş ərazisində coğrafi və mədəni fərqlər çoxdur. Ancaq bir ispanın heç vaxt yox deməyəcəyi səhər yeməkləri – kolbasa, balıq, zeytun və sarımsaqdır. "İberia” adlanan zeytunlu çörəklə "Bocadillo con tomato” adlı pomidorlu çörək süfrənin əsas nemətlərindəndir. "Cafe con leche” – südlü qəhvə və bir fincan "Cortido” – espressosu ilə ispan süfrəsi tamamlanır.

İngilislərin səhər yeməyi – ingilislər haqqında belə bir məsəl var: ingilis axşam və günorta yeməyindən imtina edə bilər, amma səhər yeməyindən heç vaxt! Ingilislərin süfrəsini qızardılmış çörək, çeşidli cemlər, marmelad və bal bəzəyir. Yumurtanı istər soyutma, istər qayğanaq formasında hazırlanması, istərsə də kolbasa ilə qızardılmış halda yemək ingilis süfrəsinin ayrılmaz hissəsidir. Süfrə gözəl ətirli ingilis çayı ilə tamamlanır.

İtalyanların səhər yeməyi
– yeməyin hazırlanması, təqdim olunması əsl dəmdəsgahdır. Bütün ailə üzvlərinin yığışdığı axşam yeməkləri daha uzun çəkir. İtalyan süfrəsində də qızardılmış çörəklər və "Tramezzini” adlı üçkünc tost çörəklər kapuççino və espresso ilə yeyilir. Mozarella pendiri və pomidoru italyan süfrəsinin gözü sayılır.

Fransızların səhər yeməyi – buna sənət kimi baxılır. Digər yemək süfrələrinin hazırlanmasına çox vaxt sərf edən fransızlar səhər yeməyini az vaxta hazır edirlər. Sadə səhər süfrəsində müxtəlif çeşidli çörək və pendir... Fransızların hətta belə bir məsəli var: "Pendirsiz süfrə bir gözü olmayan qadın kimidir”. Süfrə fransız kruasanları, fransız cem çeşidləri və "pain comlet” adlanan çörəklə bəzənir. "Cafe au lait” südlü qəhvəsi ilə fransız "Petit dejenuer”, yəni səhər yeməyi tamamlanır.

Hollandiyada səhər yeməyi
– ağıla ilk gələn qırmızı lalələr, taxta ayaqqabılar, yel dəyirmanları və holland pendiridir. Pendirlə yanaşı, siyənək balığı da hollandların sevimli yeməklərindən olub səhər süfrəsinin ayrılmaz hissəsidir. Holland süfrəsini ətirli çay və ya qəhvəsiz bitirmək mümkünsüzdür.

İsveçdə səhər yeməyi – gölləri ilə məşhur olan İsveçin səhər süfrəsində əsas üstünlük balıq nemətlərinə verilir. Sousda basdırılmış balıq yeməkləri şüyüd və digər göyərtilərlə yeyilir. Süfrəyə şirniyyat da əlavə olunur. Bunlardan üzümlü çörək üzərinə cem əlavə olunaraq yeyilən keks - "Blaber-Klöben” isveç süfrəsinin əsas dadarındandır.

Portuqaliyada səhər yeməyi – daha çox ispanların süfrəsinə bənzəyir. Ancaq portuqallar səhər yeməyinə çox əhəmiyyət verirlər. Doyumlu olmasına çalışırlar. Süfrədə dəniz yeməkləri, yumurtalı çörək və "Vasco da Gama” adlanan üzümlü çörək üstünlük təşkil edir. Portuqallar içki olaraq portağal, greyfrut sularına və çaya meyllidirlər.


Şərhlər:
Baxılıb: 4888
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz