Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir illik evli qadının etirafları
Bir illik evli qadının etirafları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4931
Səs ver:
Bir illik evli qadının etirafları


Yazılanalardan gülə bilərsiniz, amma unutmayın bunlar sizində başınıza gələ bilər...


Paltaryuyan maşınla problem

İlk üç ay paltar yumuşatıcısını, maye camaşırxana detergent zənn edərək paltarları yudum. Nəticə: böyük bir dəhşət... Temizlenmeyen paltarlar və bolluca tənbeh...

Yataqda kimsə var?

Evləndikdən beş ay sonra biriylə birlikdə yatmağa ancaq öyrəşə bildim. Bir gün bunu yoldaşıma söylədiyimdə isə "İlk aylar səbəb yatağın ən ucunda yatdığını indi anladım" dedi

Hər ütüləməyə görə pul

Bizim evdə ütü ödənişlidir... Heç kim pis başa düşməsin! Paltar ütüləyəndə yoldaşımdan parça başına müəyyən bir miqdarda pul alıram. Ütüləməkdən nifrət etdiyim üçün bu işi əyləncəli hala gətirməyə çalışıram nə edim yəni ...

Aspiratorun dözülməz səsi

Bir axşam bizə gələn rəfiqəmlə birlikdə mətbəxdə yemək bişirərkən, yemək qoxusu getsin deyə aspiratoru yandırdım. Dostum, aspiratorun səsindən narahat olduğu üçün dərəcəsini saldı. Mənsə onun sayəsində, aylardan bəri istifadə etdiyim aspiratorun dərəcəsinin, necə aşağı salmağı öyrəndim!

Şagirdlikdən ustalığa

28 il boyunca yemək bişirməyən mən, məgər bütün yeməkləri bişirməyi Bacarırmışam! İllərlə anam yemək bişirərkən ona kömək etdim, amma pis başa düşməyin kömək dediyim; şkafdan pomidorları ya da tamat çıxarmaq kimi işlər idi. Buna baxmayaraq evləndikdən sonra neçə illərin aşpazı kimi bütün yeməkləri bir-bir bişirməyə başladım. Məni əsl təəccübləndirən anamın yemək edərkən dediyi məsləhətlər bir-bir beynimə həkk olması idi. Halbuki anam yemək bişirməklə əlaqədar məlumatları dediyi zaman, mənim fikrim başqa yerdə olurduı ... Buna baxmayaraq mətbəxdə tək başına yemək hazırlayərkən anamın bütün dediklərini bir-bir beynimdən keçirirdim.

Adı bilinməyən şorba

Günlərdən birində şorba bişirməyə qərar verdim. Şorbanın içinə nə tapdımsa atdım, tamat da daxil! Şorbanı içərkən, içimdən şorbanın nə qədər gözəl olduğunu düşünürdüm ki, həyat yoldaşım "Canım, şorba yaxşı çıxıb, amma bir qonaq gəldiyində bu şorbadan etmə məncə" deyərək fikirlərimi alt-üst etdi.

Qonaqdan-qonağa

Bir gün yoldaşıma, "Sabahısı gün qonaq gələcək" dediyimdə "Nə gözəl ... Uzun zamandır evimiz təmizlənmir. Bu da bəhanəsi olar!" dedi. Təbii məni yenə şok etdi!


Budur əsl sevgi

Həyat yoldaşım, elə şişirdiləcək şəkildə romantik biri deyil. Yəni heç bir xüsusi günümüzü unutmur, amma klassikləşmiş eşq sözlərindən nifrət edər. Bunun yerinə sevgisini, davranışlarıyla müəyyən etməyi sevər. Sevgiliykən bu mövzuyla əlaqədar tez-tez dalaşardıq, amma evləndikdən sonra bu mövzunu bir dava halına gətirməyi buraxdım. Niyə bilirsiniz? Çünki yoldaşım, gecələri yatarkən, özüdə bilmədən, əlimi tutur. Buda mənim üçün kifayətdir

Bəs sizin evlilik həyatına nə kimi maraqlı ,heç vaxt dilə gətirmədiyiniz etirafınız var?


Şərhlər:
Baxılıb: 4931
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz