Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir Atalar Sözləri!
Müasir Atalar Sözləri!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5227
Səs ver:
1.Anası gəzən ağacı balası Mersedesdə gəzər.

2. Sevgi seven merd olar, sevmeyen namerd olar. Seversen ayrılasan, bax bu yaman mırt olar.

3. Keçəl dərman tapsaydı, səhiyyə naziri həbs olunmazdı.

4. Xeyirsöyləməzə dedilər xeyir söylə, dedi: "Mənnən məzələnirsiniz?!"

5. Arvadın sözünə qulaq as. Qulağında "nauşnik"lə.

6. çörəyi ver çörəkçiyə, de ki, çəkisi azdı.

7. Qara qızın problemi var.

8. Müğənni ulduz görməsə ölməz.

9. İt hürər karvan keçər. Karvanın yuxarıda adamı var.

10. Bağda ərik var idi salam-əleyk var idi. Bağda ərik qurtardı, əncir yetişdi.

11. Qız evi restoran danışır, oğlan evinin xəbəri yox.

12. Soğan yeməmisənsə niyə it iyi verirsən?

13. Od olmayan yerdə kabab bişirmək olmaz.

14. Anasına bax qızını al, atasına bax maşınını.

15. Ətini yesəm də, kartofunu sənə saxlayacam.

16. İgid ölər bankda pulu qalar.

17. Yaxşı dost ad günündə tanınar.

18. Stamatoloq verən atın dişinə baxmazlar.

19. Borclu borclunun mobil telefonunu əlindən alar.

20. Tənbələ dedilər, qapını ört, tənbəl pultu basdı qapı örtüldü.

21. İlanı yuvasından çıxarırlar, yuva plana düşüb.

22. İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər.

23. Dünya bir plastik pəncərədi, almağa pulu çatmayan gələr, baxar gedər.

24. Karın könlündəki, korun qulağındakı.

25. Bala "baunty"dən şirindi.

26. Hay-hayla gələn İbrahim Tatlısəslə gedər.

27. Qadın yıxan evi heç bələdiyyə də yıxmaz.

28. İgid odur atdan düşə atlana, igid odur kreditə yox, nəğd ala.

29. Yalançının evi yandı, Nəsimi rayon Yanğınsöndürmə idarəsi inanmadı.

30. Gözələ baxarlar. Yanında oğlanı olmasa.

31. Salam aldın, çek tələb et.

32. Hər gözəlin bir eyibi var. Mənim də.

33. Pişiyin əli ətə çatmayanda gedib nərdivan gətirər.

34. Qozbeli aerobika düzəldər.

35. Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə.

36. Uzaq qohumdansa yaxşı yerdə işləyən qonşu yaxşıdır.

37. Qızı özbaşına buraxsan ya sekuritiye geder, ya da sintizator çalana.

38. Bələdiyyədən çıxdıq, İcra hakimiyyətinə düşdük.

39. Su axar çuxurunu tapar-alt mərtəbədəki qonşunun evi batar.

40. Kosmetika sevən göyçək olar.

41. Topala dedilər ki niyə axsayırsan? Dedi mən axsamıram, asfaltı əyri vurublar.

42. Qızı mindirərsən maşına o da çıxar başına.

43. Aşıq eldən gələr, oğul Urisyetdən.

44. Sevginin gözü kor olar, sevgilinin qulağı şəlpə.

45. Kimin əvvəli, serialın axırı.

46. Yetimə gəl-gəl deyən çox olar, kredit verən az olar.

47. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq Vergilər Nazirliyi.

48. Tək əldən səs çıxmaz. çıtma çalmasan.

 

http://imgs.su/tmp/1316508443-656.jpg



Şərhlər:
Baxılıb: 5227
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz