Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatın çətinliklərindən heç vaxt qorxma!
Həyatın çətinliklərindən heç vaxt qorxma!
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1352
Səs ver:
Yəqin, yaşlılardan bu kəlməni tez-yez eşitmisiz: "Kaş mən də uşaq olaydım!". Halbuki uşaqların ən böyük arzusu böyüməkdir. Doğurdan da uşaq ikən problemlərimizin böyuk bir hissəsi valdeyinlərin çiyninə düşür. Yaş artdıqca həyatda bir çox çətinlikləri müstəqil həll etmək lazım gəlir. Əslinə qalsa, həyatda insanın qarşısına çıxan maneələrin, təhlükəli yoxuşların hər birinin böyük xeyri varmış. "Çətinliklərin adama nə xeyri ola bilər?"- düşünürsən? Cavabı maraqlı bir rəvayətdə axtaraq. 
Günlərin bir günü meşə ilə yol gedən bir adamın gözünə balaca barama sataşdı. Bu baramada artiq kiçik çat əmələ gəlmişdi-bu o demək idi ki, bir azdan onun içindən gözəl bir kəpənək çıxacaqdı. Yolçu ayaq saxladı, çünki bu möcüzəni öz gözləri ilə görmək istəyirdi.

Bir xeyli vaxt keçdi. Baramanın içində çirpınan kəpənək azadlığa çıxmırdı. Çat hələ də balaca idi. Körpə kəpənəyin isə deyəsən, gücü lap tükənmişdi. Onda insan kəpənəyə kömək etmək fikrinə düşdü. Cib bıçağını çıxarıb baramanın üst qabığını azca kəsdi. Kəpənək dərhal işığa çıxdı. Onun bədəni çox zəif idi, qanadlarını zorla tərpədirdi. İnsan gözləyirdi ki, indicə kəpənəyin əlvan qanadları bərkiyəcək və uçmağa başlayacaq. Amma zavallı kəpənək ömrünün qalan hissəsini də yerdə sürünə-sürünə qaldı. Uça bilmədi ki, bilmədi.

Axı niyə? Çünki kəpənəyə kömək etmək istəyən, insan əksinə ona ziyan vurdu. Anlamadı ki, baramanın kiçik dəliyindən çıxmaq üçün sərf etdiyi güc kəpənəyə yaşamaq üçün lazımdır. Axı baramanın içində qaldığı müddətdə onun bədənindəki maye qanadlarına keçəcəkdi. Yalnız bundan sonra kəpənəyin uçması mümkün olacaqdı. Öz qabığından çətinlikləri dəf edərək çıxmaq vacıb imiş-yaşamaq və uşmaq üçün! 

Bax belə əzizlərim! Bu rəvayətin mənası odur ki, həyat bizdən daim səy göstərməyi tələb edir. Əgər asudə yaşayıb problemlərdən qaçsaq, yaşamaq üçün gücümüz, dözümümüz, səbrimiz olmaz və heç vaxt uça bilmərik.

"Səbr və dua ilə Allahdan kömək istəyin.Çünki Allah səbr edənlərin dostudur"( Bəqərə 153)

Aydındır ki, hər adam gözəl yaşamaq arzusundadır. "Bunun üçün Allahdan nə istəyim?" düşünənlərə müdrüklər belə nəsihət verirlər:

Yaşamaq üçün güc istərdim. ALLAH mənə çətinliklər verdi-onları dəf etdikcə qüvvəm, inamım, imanım artsın.

Var dövlət istədim. ALLAH mənə ağıl verdi ki, işləməyi, halal ruzi qazanmağı öyrənim.

Uçmaq istədim. Rastıma maneələr çıxdı ki, onları aşdıqca qanadlanım.

Sevgi istədim. Mənim köməyimə ehtiyacı olan adamlarla qarşılaşdım.

Səadət istədim. ALLAH insanlara xidmət etmək üçün imkanlarımı artırdı.

Arzuladıqlarımın heç birini almadım. Amma mənə nə lazımdısa hamısını qazandım.

Həyatında şən günlərin sayını artirmaq istəyirsən? Elə isə daim dilində "Şükür", üzündə "təbəssüm" olsun. Kimsə kefini soruşanda bir an belə düşünmədən sevincək, "çox şükür, əlayam!" söylə. O zaman ALLAH sənin bu sözlərindən razı qalacaq: "Buna yaxşı deyirsən? Sənə qat-qat daha gözəl günlər göstərərəm!"

Amma taleyindən narazı gəzib,hər gördüyünə ağız büzən, "bu pisdir" -deyənlər özündən küssünlər: "Sən buna pis deyirsən? Daha böyük fəlakətləri, bədbəxtlikləri görmək istəyirsən?"

"Siz Məni yad edin ki, Mən də sizi yad edim. Mənə şükür edin! Mənı danmayın!"(Bəqərə 152)

Artıq bir şeyə tam əmin olun! 
Yaradan sizi xoşbəxt yaşamaq üçün xəlq edib. 
Odur ki, çətinliklərdən çəkinib, qorxmadan gücün, ağlın, savadın hesabına sənin üçün təyin edilmiş səadəti qazanmağa doğru irəliləyin! 
ALLAH bu yolda sənə dəstək olacağına söz verib. ALLAHın sözü isə heç vaxt dəyişməz!


Şərhlər:
Baxılıb: 1352
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz