Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bağışlaya bilirsinizmi?
Bağışlaya bilirsinizmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1215
Səs ver:

 

http://imgs.su/tmp/1316417461-656.jpg

 

Quranda tövsiyə edilən gözəl əxlaq xüsusiyyətlərindən biri də "bağışlayan və əfv edən olmaq"dır:
Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq son dərəcə çətindir. Çünki edilən bir səhv qarşısında dərhal əsəbə qapılarlar. Ancaq Allah möminlərə bağışlamanın daha gözəl bir davranış olduğunu bildirmişdir:
Pisliyin qarşılığı, onun bənzəri olan pislikdir. Amma kim bağışlayarsa artıq onun əcri Allaha aiddir... (Şura Surəsi, 40)
Quranda "Kim səbr edər və bağışlarsa, şübhəsiz bu, əzmə dəyər işlərdəndir." (Şura Surəsi, 43) ayəsiylə də bağışlamanın üstün bir əxlaq xüsusiyyəti olduğu xəbər verilməkdədir.


Bəzi insanlar, qarşılarındakı adamı bağışladıqlarını söyləsələr də, bu kəslərin ürəklərindəki kin və əsəbilikdən xilas olmaları uzun sürər. Rəftarları ümumiyyətlə bu əsəbiliyi əks etdirəcək şəkildədir.Bağışlamaq isə səmimi olmalıdır.Bağışladıqdan sonra xoşgörülü və şəfqətli olmaqda fayda var. Bağışlayanların haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüdsüz bağışlaya bilmək ən gözəl əxlaqa malik olmaq deməkdir. Bağışlama mövzusunda, səhvləri, böyük ,ya da kiçik olaraq ayırmazlar. Bir kimsə səhvlə böyük bir itkiyə səbəb ola bilər. Ancaq meydana gələn hər hadisənin Allahın idarəsində və bir qədər daxilində inkişaf etdiyini bilən insanlar, bu cür bir hadisə qarşısında təvəkküllü davranar və fərdi bir əsəbilik içərisinə girməzlər.

Edilən araşdırmalarda Amerikalı elm adamları, bağışlaya bilən insanların həm ruhən ,həm də bədənlə daha sağlam olduqlarını təyin etmişdilər. Stanford Universitetində vəzifəli elm adamı Frederic Luskin və qrupu, San Francisco şəhərində yaşayan 259 adam üzərində araşdırma etmişdilər. Təcrübəyə qatılan insanları 6 dəfə 1.5 saatlıq iclaslara çağıran bu elm adamları, etdikləri söhbətlərdə bağışlamağı öyrətməyi qarşılarına məqsəd qoymuşdular.Təcrübəyə qatılanlar özlərinə zərər verən kəsləri bağışladıqdan sonra, daha az acı duyduqlarını  ifadə etmişdilər. Edilən araşdırmalar göstərmişdir ki, bağışlamağı öyrənən kəslər yalnız romantik olaraq deyil, fiziki olaraq da özlərini daha yaxşı hiss etməkdədirlər. Məsələn təcrübə nəticəsində stresdən qaynaqlanan kürək ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki ağrıların bu kəslərdə əhəmiyyətli ölçüdə azaldığı təsbit edilmişdir.
Bir sözlə,

Əsəbləşmək,nifrətlə yanaşmaq ən başda insanın sağlamlığını ciddi şəkildə pozan bir ruh halıdır.Bağışlamaq isə,adama çətin gəlsə də,əsəbin gətirdiyi bütün mənfilikləri ortadan qaldıran, insanın həm fiziki, həm ruhən sağlam bir həyat sürməsinə köməkçi olan gözəl bir davranış şəkli, üstün bir əxlaq xüsusiyyətidir. Ancaq ,təbii ki,bağışlamada əsl məqsəd ,hər şeydə olduğu kimi, Allahın razılığına uyğun bir əxlaqı yaşamaq olmalıdır.

Bəziləri deyirlər ki,bağışlamaq düzgün deyildir,sən bağışlayarsan,o qalxıb eyni hərəkəti bir də edər.Amma belə yanaşma doğru deyildir,mənə görə.Bu cür düşünəcəyiksə,onda yaşadığımız dünyada nə qədər insan küsülü,daxilində sızıntı,əsəbi halı ilə yaşayacaqdır...Bağışlamaq isə bir başqa duyğudur,bunu ancaq bağışlayanlar bilirlər...


Beləliklə,Hörmətli Qadinlar.biz istifadəçiləri,sizlər necə,bağışlaya bilirsinizmi? Və ya bu günə qədər bağışlamısınızmı?

Necə bir duyğudur sizə görə bağışlamaq?



Şərhlər:
Baxılıb: 1215
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz