Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qonşularla necə yola getmək olar?
Qonşularla necə yola getmək olar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1736
Səs ver:
İnsanların müxtəlif dövrlərdə qoşuları ilə problemləri yaranır. Bu problemlər ən çox qonşunun sənin haqqında xoşagəlməz qeybəti zamanı və ya qonşular öz zibillərini gətirib sənin evinin yanına tökdükləri zaman baş verir. Qonşunun hər hansı hərəkətindən əsəbləşəndə nə etmək lazımdır? Bu zaman bir çoxları qonşusuna müharibə edir, digərləri neytrallıqlarını saxlayaraq zəhlətökən qonşusuna fikir vermir, başqa qrup insanlar isə qonşusunun evinə gedərək yaranmış vəziyyətə aydınlıq gətirib, onunla sülh bağlayır.

Qonşunun hər hansı hərəkətindən təngə gəldikdə onunla intriqaya girmək çıxış yolu deyil. Ola bilər ki, qonşun belə münaqişələrdə təcrübəlidir və o, sənə qalib gələ bilər. Münaqişə zamanı qonşu sənə elə bir həyati şərt qoya bilər ki, sən ona müharibə elan etdiyinə görə peşman ola bilərsən. Müharibə elan etdikdən sonra geri çəkilmək də çox çətindir. "Peşəkar rüsvayçı” ya, yəni qonşuya fikir verməsən daha yaxşı olar. Ona heç yaramaz hərəkətlərinə görə hörmətsizlik nümunələri də göstərmə. Ondan uzaq gəz. Qonşunun xoşagəlməz hərəkətlərini ürəyinə yaxın qoyma. Bu zaman qonşun sənin nə qədər möhkəm iradəli olduğunu görüb səni dinc buraxacaq. O, sonra sinir sistemi zəif olan digər qonşuyla intriqaya başlayacaq.

Qonşularla mehriban ol. Özünü qiymətləndir və qonşularının səninlə pis rəftar etməsinə imkan vermə. Qonşuları görəndə onlarla hal-əhval tut. Qoca qonşulara evinin qapılarını aç. Axşamlar televizora yüksək səslə baxma. Bu qonşuların narahatlığa səbəb ola bilər. Münasibətlərin pis olan qonşu ilə hər  şeyi yoluna qoymağa çalış. Bəzən insan ətrafdakılar tərəfindən düzgün başa düşülməyə bilər. Məhz buna görə də qonşularının sənin barəndə pis fikirləşmələrinə imkan vermə. Sənin gözəl geyiminə, yaxşı boyanmış və kəsilmiş saç düzümünə görə də qonşuluqda yaşayan qoca qarılar xoşagəlməz qeybətlər edə bilərlər. Ona görə də onları görəndə onlarla görüşməyi unutmayın. Beləliklə, siz qarıları fikirlərindən yayındıra bilərsiniz. Onlar əmin olarlar ki, siz sözün əsil mənasında yaxşı qonşusunuz.

Qonşulara da diqqət ayırmaq lazımdır. Yeri gəldikdə onlara müəyyən işlərdə köməklik edin. Səninlə bir küçədə və ya eyni binada yaşayan qonşuların adlarını yadda saxlamaq isə özlüyündə yaxşı keyfiyyətdir. Onlara adları ilə müraciət etməyi unutma. Qonşularla yaş və maraq fərqinə varmadan onlarla söhbət üçün ümumi bir mövzu tap. Onlarla müxtəlif peşələr, mağazalar və orada satılanlar haqqında, eləcə də şəhərin maraqlı yerləri barəsində söhbətlər edib, fikirlərinizi bölüşün. Söhbətlər üçün maraqlı mövzu tap və bu mövzuda fikirlərinizi bölüşmək üçün birinci addımı atmağa çəkinməyin.



Şərhlər:
Baxılıb: 1736
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz