Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizin eşq rəqəminiz neçədir?
Sizin eşq rəqəminiz neçədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3724
Səs ver:
Sizin eşq ədədiniz hansıdır?

'Numerology: Your Love and Relationship Guide' (Numeroloji: Sevgi  və münasibət rəhbəriniz) adlı kitabının yazıçısı Sonya Ducieyə görə, ad gününüzün, eşq həyatınız üzərində ovsunlayıcı təsirləri var. Ona görə numeroloji, digər insanlarla olan fiziki, romantik, məntiqi və ruhi əlaqələrinizi başa düşmənizi təmin edir. Fərdi nömrənizi tapmaq üçün etməniz lazım olan əməliyyat çox sadədir: bunun üçün yalnız ad gününüz lazımdır. Məsələn ayın 4-ündə doğulmusunuzsa, fərdi nömrəniz 4-dür. Əgər cüt rəqəmli bir gündə, məsələn 15-in də doğulmusunuzsa, nömrəniz 6-dır (1 + 5 = 6), ayın 29-un da doğulmusunuzsa, fərdi nömrəniz 2-dir (2 + 9 = 11, 1 + 1 = 2) olur.

Eqoist birlər
Doğuşdan liderlik xüsusiyyətiniz və idarəni əlinizdə saxlama istəyiniz, həyatınızın digər sahələrində olduğu kimi eşq həyatınızda da özünü göstərir. Çətinsiniz çünki həmişə mən,  həmişə mən!' deyirsiniz. Bu eqoist quruluşunuz, insanların sevgililərini oğurlamağa qədər gedə bilir.

Romantik ikilər
Romantizm, sizin üçün ən başda gəlir. Sevildiyinizi hiss etməyə ehtiyacınız var. Siz də qarşılığında sevgi verirsiniz. Sevgilinizin əlini tutmaqdan xoşlanırsınız; çünki bu sizin ruhunuzun digər yarısıyla əlaqə qurmanızı təmin edir. Çox verici bir insansınız, almağı da öyrənməlisiniz.       

Eşqbaz üçlər
Eşqbazlıq tam sizin üçündür. Amma bu çox vaxt başınızın bəlaya girməsinə gətirib çıxarır. Meylinizlə, həyatın gerçəklərindən uzaqlaşmaq istəyirsiniz.

Ehtiraslı dördlər
Çox romantik və ehtiraslı bir insansınız. Həm özünüzün həm də partnerinizin ehtiyaclarını qarşılamaq və təmin etmək üçün əlinizdən gələni edirsiniz. Güvən sizin üçün çox əhəmiyyətlidir. Ən böyük qorxularınızdan biri, aşiq olmaqdır. Daha təbii və rahat davranaraq əlaqənizə həyəcan qata bilərsiniz.

Dəyişkən beşlər
Külək kimi dəyişkənsiniz və sizin bu quruluşunuza ayaq uydura biləcək bir aşiqə ehtiyacınız var. Həyatınızdakı hər adam ayrı bir macəradı. Eşq mövzusunda çox səbirsizsiniz və önünüzə gələn hər kəslə birlikdə olma meyliniz var. Bu qrupdakılar ümumiyyətlə asılı şəxsiyyətə malikdir.

Şəfqətli altılar
Birinə aşiq olduğunuzda şəfqətli və cömərtsiniz. Məntiqinizlə deyil, ürəyinizlə hərəkət edirsiniz. Həyatınızda heç olmazsa bir dəfə, qırdığınız bir ürəyi təmir etməyə çalışın.

Xəyalçı yeddilər
Sevdiyinizin özünü mükəmməl hiss etməsini təmin edirsiniz. Xəyal qurmağı sevən bir insansınız. Gerçəklər sizi məcbur edir. Buna görə uzaqdan sevəcəyiniz birini seçirsiniz. Buna görədə sizinlə eyni fikirli sevgili tapmaq bir az çətindir.

Oyuncu səkkizlər
Ətrafınızı ovsunlayırsınız. Sevdiyiniz sizinlə birlikdə olmaqdan böyük xoşbəxtlik duyur və özünü bu mövzuda şanslı görür. Eşqdə idarəni əlinizdə tutumağı, oyunlar oynamağı xoşlayırsınız. Qürurlu və eqoist ola bilirsiniz. Buna görə təsir etmə gücünüzü və zəkanızı istifadə edin.
 

Cömərd doqquzlar
Çox verici bir insansınız. Mükafatınızsa, yoldaşınızı xoşbəxt və məmnun görməkdir. Yumuşaq və oyunlar oynamaqdan xoşlanan bir insandan həqiqətən dəli və vəhşi bir insana çevrilə bilirsiniz. Çox tez əsəbiləşirsiniz, nəysə ki bu siniriniz qısa müddətdə sakitləşir.


Şərhlər:
Baxılıb: 3724
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz