Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əsəbi insanlar oxusun
Əsəbi insanlar oxusun
Göndərən: Kasablanka
Şərhlər:
Baxılıb: 7209
Səs ver:
Əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanlar insanlarda narkotik effekti yaradır
Son zamanlar əhalinin çox geniş istifadə etdiyi əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanların tərkibi ilə bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ekspertlər bu dərmanların tərkibində narkotikin olduğunu bildirsələr də, bəzi həkimlər bunu təkzib edirlər.

Son zamanlar əhalinin çox geniş istifadə etdiyi əsəb sakitləşdirici və depressiya əleyhinə dərmanların tərkibi ilə bağlı müxtəlif fikirlər səslənir. Bir sıra ekspertlər bu dərmanların tərkibində narkotikin olduğunu bildirsələr də, bəzi həkimlər bunu təkzib edirlər.
Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə bazar ertəsi Trend-ə müsahibəsində bu dərmanlardan istifadə ilə bağlı narahatlıqları əsaslı hesab etdiyini deyib.

O bildirib ki, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində narkotik var. Baxşəliyevin sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici, neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır. Bu dərmanlar müəyyən mənada insanlara narkotik təsiri göstərir, onlar insanlarda tez bir zamanda asılılıq yaradırlar.

"Əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində cüzi narkotik var. Onların istifadəsi zamanı insanlarda narkotik effektləri əmələ gələ bilər. Buna görə də bu dərmanlardan qorxmaq lazımdır. Narkomanlar da həmin dərmanların 5-7 ədədini birdən qəbul edəndə narkotik effekti yaranır", - o deyib.

Bununla əlaqədar Baxşəliyev "tazepam", "fenozepan", "nozepan", "amitryptiline" və s. kimi əsəb sakitləşdirici dərmanların, eləcə də antidepressant dərmanların apteklərdə yalnız resept əsasında satılmasını və onların satışına ciddi nəzarətin olmasını vacib sayır.

"İndi dəbdədir, insanlar çox tez-tez "depressiyadayam" deyirlər. İndi apteklərdə də çoxsaylı antidepressantlar var. Bunlar Azərbaycana xarici ölkələrdən gətirilir. Onların satışı resept əsasında olmalıdır. Çünki onların tərkibində narkotik var", - Baxşəliyev bildirib.

O əlavə edib ki, tərkibində narkotik maddə kiçik dozada olan dərmanı 1-2 dəfə qəbul edəndə insan orqanizmə təsir göstərmir. Amma bu dərmanları dozadan artıq içəndə onun narkotik effekti yaranır. Bunu nəzərə alan narkomanlar narkotik effekti almaq üçün bu dərmanlardan istifadə edirlər.

Apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlara gəldikdə, baş kardioloq deyib ki, ümumiyyətlə, ziyansız dərman yoxdur. Hər bir dərman uzun müddət, fasiləsiz qəbul olunarsa, o, insan orqanizminə mənfi təsir göstərir.

"Sakitləşdirici, yuxugətirici, antidepressant dərmanlar qaraciyərin fəaliyyətini pozurlar. Onlar hətta qaraciyər serrozuna gətirib çıxara bilərlər, onlardan asılılıq tez bir zamanda baş verir", - Baxşəliyev qeyd edib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova isə əsəb sakitləşdirici dərmanların tərkibinə narkotik analgetiklərin qarışdırılması barədə söylənilən fikirlərlə razılaşmır. O, Trend-ə müsahibəsində deyib ki, heç bir əsəb sakitləşdirici dərmanın tərkibində narkotik maddə yoxdur.
Onun sözlərinə görə, əsəb sakitləşdirici dərmanların tərkibinə orqanizmə mənfi təsir göstərən maddələr daxil edilmir. Bu dərmanların tərkibinə yalnız psixotrop maddələr əlavə edilir. Amma həmin maddələr əsəb sakitləşdirici dərmanların tərkibinə cüzi miqdarda daxil edildiyi üçün onların insan səhhətinə heç bir mənfi təsiri ola bilməz.

Səmədova deyib ki, psixotrop maddələr insana sakitləşdirici təsir göstərir. Bu dərmanlar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Əsəb sakitləşdirici dərmanların insanlara yuxu gətirə bilməsini mümkün sayan həkim bunu mənfi hal kimi qəbul etməyib. O hesab edir ki, əsəb sakitləşdirici dərmanları uzun müddət istifadə etdikdə onun fəsadı ola bilər.

"Əsəb sakitləşdirici dərmanlar həkimin göstərişi ilə kursla qəbul olunmalıdır. Dərmanlar bir kursluq müalicə üçün təyin edilirsə, gərək insanlar tərəfindən yalnız həmin müddətdə qəbul olunsun. Hər bir xəstəliklə bağlı bu dərmanların qəbulu üçün təyin edilən müddət müxtəlifdir. Lazım olanda, bu dərmanlar 1 ay, lazım olanda 15 gün qəbul oluna bilər", - Səmədova əlavə edib.

O qeyd edib ki, hər bir xəstəlik üçün tövsiyə edilən əsəb sakitləşdirici dərmanlar müxtəlifdir. Tərkibindən asılı olaraq, sakitləşdirici dərmanları həkimlər kiçik yaşlı uşaqlara, hətta yenidoğulanlara da məsləhət görürlər.
Mərkəzin direktor müavininin fikrincə, belə dərmanların apteklərdən reseptsiz alınması düzgün deyil. İstənilən bir şəxs bunun üçün ilk növbədə həkimə müraciət etməli, dərmanı onun təyinatı əsasında qəbul etməlidir.


Şərhlər:
Baxılıb: 7209
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz