Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Twitter"də biabır olmuş arvad: "Boyunu yerə soxum, belə ər!"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1881
Səs ver:

http://imgs.su/tmp/1316074663-656.jpg

ABŞ-ın ən məşhur idman şərhçilərindən biri elə biabır olub ki, gizlənməyə yer axtarır.

"Talksport" proqramının müəllifi və aparıcısı Sem Metterfeys bir həftədir ki, işə çıxmır. Onun dediyinə görə, çox utanır və kimsənin gözünə görünmək istəmir.
Səbəb isə onun arvadına, "Sky Sports News"un tanınmış aparıcısı Natali Soyerə "Twitter" mikrobloqinq servisində yazdıqlarıdır.

Sem tanınmış və yaşlı insandır. 126 kq çəkisi, 61 yaşı var. Və o, arvadını çox sevir.
Üstəlik, "Twitter" mikrobloqinq servisində də akkauntunun minlərlə oxucusu var.
Fəqət, Sem "Twitter" incəliklərini, daha doğrusu, bu servisdə məlumat və ya ismarıc yazmağın qaydalarını bilmir.

Buna rəğmən, srağagün Sem dayı arvadı Nataliyə "Twitter"də sevgi etirafı yazmaq və həmin etirafı yalnız arvadı ilə özünün oxuyacağı qapalı mesaj şəklində yollamaq qərarına gəlir.

"Ah, Natali! Səni, bədənini, sinəni və başqa yerlərini necə sevirəm. Sən mənim sevgili, gecələr atılıb-düşən arvadımsan" kəlmələrini yazandan sonra Sem dayı həmin mesajı yollayıb.

Amma az sonra akkauntuna baxanda mesajının minlərlə insan tərəfindən şərh olunduğunu görərək şoka düşüb.
Sən demə, "Twitter"dən yaxşı başı çıxmayan Sem Metterfeys arvadına ünvanladığı bu kəlmələri qapalı mesaj yox, açıq status kimi yerləşdirib və yazılanları da hamı oxuyub.

Arvadının Semə cavabı isə çox sərt olub: "Boyunu yerə soxum, belə ər! Biabır etdin məni!"

Daha sonra isə Natali Soyer "Twitter"də üzr istəyib: "Bizi bağışlayın! Ərim nə etdiyini bilməyib".

Sem Metterfeys də üzrxahlıq edib: "Hamıdan üzr istəyirəm. Aman Tanrım, mən axmağam, idiotam! Arvadım məni ələ salıb gülür, mən isə çuğundur kimi qızarmışam. Başımı soxmağa yer axtarıram".



Şərhlər:
Baxılıb: 1881
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz