Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyaya yenidən gəlsəm
Dünyaya yenidən gəlsəm
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1473
Səs ver:
Həyat gözəldir, yetər ki biz ona gülər üzlə cavab verək. Sabah və daha sonrakı bütün günlər sizin gününüz olsun. Özünüzü daha çox sevin, insanları, dostlarınızı və ailənizi də. Qiymətinizi bilməyənləri əhəmiyyətsiz hesab edin… Unutmayın hər an doğulmaq üçün böyük bir fürsət.

Soyuq bir qış günü idi. Özünü güc-bəla razı salaraq yataqdan çıxdı, çay qoydu, nahar hazırladı. Başında onlarla sual vardı və hamısı  ‘səbəblə başlayırdı. Daha sonra isə özünü o qızla müqayisə etməyə başladı. Doğru; o qız dahamı gözəl idi, ya da daha ağıllı, bəlkə də onu daha çox sevirdi. "Yox canım!" deyə zümzümə etdi, daha çox sevməsi mümkün deyildi. Yaşadıqları gözəl günlər gəldi ağılına; gözləri doldu. Saatına baxdığında məktəbə gecikmək üzrə olduğunu anladı. Həyatı nə qədər pis gedərsə getsin, bunu şagirdlərinə əks etdirməməli idi. Tələsiklə hazırlanıb məktəbə getdi, bir neçə şagirdi məktəbə gəlmişdi belə. Halbuki daha əvvəllər ən əvvəl özü gəlir idi məktəbə. Şagirdləri sevinclə müəllimlərinə sarıldılar. Hər səhər olardı bu mərasim, şagirdlər sinifə gəlincə əvvəl müəllimlərinə sarılar, hal xatir soruşar, daha sonra oyuncaqlarla oynamağa başlarlar idi. Özü isə keflə oyun oynayan şagirdlərini izlər idi. Bu səhər də eyni şeyləri edəcəkdi. Şagirdlərini izlərkən sinifin ən kiçik şagirdi qaçaraq yanına gəldi:

"Müəllimim sənə bir şey soruşa bilərəmmi?" dedi həyəcanla.

"Təbii ki soruşa bilərsən ."

"Müəllimim bir daha dünyaya gəlsəniz, nə olmaq istəyərdiniz?"

Bir az düşündü, gülümsədi və:

"Məncə balıq olmaq istəyərdim, yaxşı ya sən?"

"Mən, Süpermen olmaq istəyərdim; bəlkə də bir quş, əslində ata olmaq da istəyərəm."

"Nə gözəl, bəlkə dünyaya yenidən gəlmədən də Süpermen ola bilərsən, yəni bir az daha böyüyüncə."

"Bəli, mən də elə düşünmüşdüm onsuz da. Buna görə hər gün süd içirəm, qatıq yeyirəm." dedi və yoldaşlarının arasına dönüb oyun oynamağa davam etdi.

O günü hər zamanki kimi sevinc içində davam etdirdi, şagirdlərinə yeni məlumatlar öyrətdi və dinc olaraq evinə döndü. Lakin şagirdinin soruşduğu sual ağılına ilişmişdi. "Dünyaya yenidən gəlsə nə olmaq istəyərdi ya da nə etmək istəyərdi?" Uzun uzun düşündü bu sual üzərinə; əlinə bir kağız aldı və üstünə böyük "DÜNYAYA YENİDƏN GƏLSƏM" yazdı. Altına isə keçmişdə etdiyi bir çox səhvi yazdı. Məsələn uğruna o qədər çox acı çəkdiyi adamla heç tanış olmazdı, özünü daha çox inkişaf etdirərdi, birdən çox dil öyrənər, daha çox kitab oxucu, daha çox gəzər və daha çox film izlər idi. İnsanları daha az beyninə salardı bəlkə də. Sonra düşündü; "sabah niyə yenidən dünyaya gəlməyim ki?" dedi. Heç bir zaman çox gec deyildi, həyata yenidən başlamaq üçün…

Hamımız zaman - zaman həyatdan çox böhrana düşərik. Qaçmaq, xilas olmaq, gizlənmək istəyərik. Dərdlərimiz, çiyinlərimizə bir yük kimi ağır gəlir; lakin nə olursa olsun, hər yeni gün yeni bir doğuş deməkdir. Günəş, hər səhər bizlər üçün yenidən doğular. Həyat bir uşağın gözlərinə gizlənər və "sabahın xeyir" deyər. Külək bizim üçün əsər, yağışlar bizim üçün mahnı oxuyar. Ümidsizlik deyilən bataqlıqdan xilas olub həyatı dinləməyi öyrənsək, əslində hər şeyin bizim üçün olduğunu fərq edərik.

Həyat gözəldir, yetər ki biz ona gülər üzlə cavab verək. Sabah və daha sonrakı bütün günlər sizin gününüz olsun. Özünüzü daha çox sevin, insanları, dostlarınızı və ailənizi də. Qiymətinizi bilməyənləri əhəmiyyətsiz hesab edin… Unutmayın hər an doğulmaq üçün böyük bir fürsət.

 /Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz