Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnternetlə evlənmə: real, yoxsa virtual? - ARAŞDIRMA
İnternetlə evlənmə: real, yoxsa virtual? - ARAŞDIRMA
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1358
Səs ver:
Virtual tanışlıq və bu tanışlığın evliliklə nəticələnməsi ilə bağlı son vaxtlar çox eşidirik. Bu evliliklərin bəziləri normal qaydada davam edir, bəziləri isə qısa müddətdən sonra dağılır. Maraqlıdır, bir çoxumuzun ittiham etdiyi kimi, virtual məkan tanışlığı evliliyin təməl daşını sarsıdırmı? Yaxud, insanlar evliliyini qoruya bilməyəndə günahı virtual tanışlıqda görürlər? Milli.Az bu dəfə virtual tanışlıqların nəticəsində qurulan evliliklərdən yazır.

İnternet bizə nə verdi?

XXI əsrdə texnologiyanın inanılmaz sürətli inkişafı bizə öz mənfi və müsbətləri ilə çox şeyi bəxş etdi, onun verdiyi bilik sayəsində bizim hər il yüzlərlə gəncimiz yüksək qiymətlərlə xaricə təhsil almağa göndərildi, onun sayəsində informasiya bazamız genişləndi. İnternetin inkişafı isə bizə həm müsbət, həm də mənfi mənada təsir etdi. Kimimiz onu yaxşı məqsədlər üçün istifadə etdik, kimimiz zərərli vərdişlərə qurşandıq. Hətta internet həyat yoldaşı seçməyimizə də kömək etdi, yüzlərlə ailə quruldu onun sayəsində, yaxşısı da oldu, pisi də. Biz pislərdən nəticə çıxardıq, yaxşıları örnək götürməyə çalışdıq və bizim də aramızda elə insanlar oldu ki, öz yarını məhz bu internetin sayəsində tapa bildi.

Ölkəmizdə internetin yeni istifadəsi illərində bu kimi tanışlıqlar o qədər də önəmli hesab edilmirdi. Daha doğrusu, o vaxt bizim internet məkanında bunun üçün saytlar yox idi. Vaxt var idi, insanlar üzbəüz ünsiyyətdən zövq alırdılar, amma indi virtual ünsiyyət daha cəlbedicidir. İnsanlar virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər. Psixoloq və sosioloqlar bunu ünsiyyət problemi ilə əlaqələndirirlər. Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyəti fərdin real şəxsi ünsiyyət qurmasında ən böyük maneə hesab edirlər.

Cəmiyyət ikitirəli düşünür

Bu yazımız üçün sosial şəbəkələrdən birində sorğu keçirdik. "İnternetdə tanış olub evlənərdinizmi?" sualına 26 nəfərdən cavab gəldi - onlardan 12-si "evlənərəm, əsas olan sevgidir" variantını seçdi, 5 nəfər "bəlkə də evlənərəm" deyə tərəddüd etdi, 9 respondent isə "qətiyyən evlənmərəm" variantına səs verdi.

İnternet vasitəsi ilə tanış olub evlənənlərin sayı artdıqca, bu məqsədlə yaradılan tanışlıq saytlarının sayı da artır. İndi bizim ölkəmizdə də onlarla bu cür sayt fəaliyyət göstərir. Onların arasında sadəcə qadınlar üçün olan saytlar da var, hamı üçün nəzərdə tutulanlar da.

Düzdür, yaşlı nəsil gənclərin duyğu, düşüncələrini virtual deyil, bir-birinin gözünə baxaraq, səslərini dinləyərək etiraf etmələrinin tərəfdarıdır. Amma gənc nəsil virtual məkanda hissləri daha yaxşı ifadə etdiyi qənaətindədir.

Evlilik təklifini internetdən edənlər

Sosioloqlar bildirirlər ki, internetdə tanış olub evlənmək istəyən cütlüklərin əlaqələrinin 89%-də bu, istək olaraq qalır. Çünki onların ətrafındakılar bu kimi qərarlara hələ hazır deyillər. İnternetdə heç tanımadığınız biri ilə tanış olub, onunla evlənmək bir yana, onunla ilk görüşə belə, içinizdə qorxu və narahatlıq olaraq gedirsiniz. Çünki onu indiyədək yalnız internetdən, virtual olaraq tanımısınız. Hətta sizə evliliyi belə internetdə yazışanda təklif edib.

Psixoloqlar isə deyirlər ki, internet tanışlığının tezliklə evliliyə çevrilməsi yolverilməzdir. Çünki insanlar bir-birini tanımadan belə bir qərar verməklə həm özlərinin, həm də gələcəkdə bu ailədə doğulacaq uşaqlarının problemlərinin təməlini qoymuş olurlar.

Neçə illər bir-birini tanıyan, hətta 3-4 il nişanlı qalan cütlüklər belə evlilik zamanı problemlər yaşayırlar. O səbəbdən də, psixoloqlar internet tanışlığını tezliklə evliliklə nəticələndirməyi doğru saymırlar. Hər iki tərəf bir-birinə yetəri qədər zaman ayırmalı, virtual məkanda olduğu kimi, real həyatda da bir-biri ilə söhbətdən qaçmamalı, bir-birinin haqqında hər şeyi öyrənməlidirlər.

Evlilik qərarı verənlərin real ünsiyyəti daha önəmlidir

Üz-üzə ünsiyyət insanlara daha çox xeyirlidir, qarşındakının gözlərinə baxmaq, hisslərini duymaq, hərəkətlərindən nəticə çıxarmaq kimi bir üstünlüyü var. Virtual söhbət yoldaşının isə qadın, yaxud kişi olmasına da bəzən əmin ola bilmirsən. Düzdür, münasibətlər irəlilədikcə onun kimliyini öyrənirsən, lakin hisslərindən yenə də əmin ola bilmirsən, içində həmişə "bəlkə" olur.

Qarşılıqlı ünsiyyət zamanı səs tonu, söhbət mədəniyyəti, davranış kodeksləri, bədən dili, ünsiyyət tərzi kimi bir çox faktorlar göz önündə olur, onlar doğru qərar verməkdə yardımçı olur. Bu, bütün hallarda virtual dünyadan, bir monitorun ekranında oxunan yazılı mesajlardan və ünsiyyətdən daha realdır.

Düzdür, internet tanışlığının sonu gerçəkdən tanışlıqla bitir, uzun müddətdir tanıdığınız virtual dostunuzu realda da görürsünüz, sizin onun barədə fikirləriniz ya olduğu kimi qalır, ya bütün düşüncələriniz alt-üst olur, ya da gözlədiyinizdən daha yaxşı nəticə baş verir. Virtual məkan dostluqları önəmlidir, amma bu dostluq evliliyə çevriləcəksə, daha diqqətli olmaq şərtdir.

"Bizdə internetə girən qızlara normal baxmırlar"

Müsahibim Bakı sakini, 32 yaşlı Emin Həsənlidir. O, evlənməyə hazırlaşır, gələcək həyat yoldaşını isə qadın saytlarından birində bəyənib. İndi nişanlıdırlar, bu yaxınlarda toyları olacaq. Eminə "Virtual tanışlığın evliliklə nəticələnməsi niyə qəribə qarşılanır?" deyə bir sual ünvanladım, bu da onun cavabı:

"Məncə, bunun səbəbini yalnız virtual aləmlə bağlı düşüncələrin içində axtarmaq lazımdır. Bizdə belə bir rəy formalaşıb artıq, internetə girən qızlara normal baxmırlar. Sanki onlar bir qayda olaraq buraya ər axtarmağa, sevgili tapmağa, vaxt öldürməyə gəlirlər. Mənə həmişə maraqlı gəlib, niyə bizim kişilər küçədə, bayırda, parkda gördükləri qızı normal qəbul edir, ona aşiq ola bilir, evlənə bilir, amma mənəvi təlabatını ödəmək üçün, zamanını səmərəli keçirmək üçün, intellektini artırmaq üçün internetə daxil olan qızlara fərqli münasibət bəsləyirlər? Çünki çox adam fikirləşir ki, əgər qız internetdən istifadə edirsə, onda mütləq əxlaqsızlıq edir. Kim özü internetdən nə cür istifadə edirsə, başqalarını da özü kimi bilir".

Emin bəydən "Qohumlarınız virtual məkanda tanış olduğunuz qızla həyatınızı birləşdirmə istəyinizə problem yaratmadılar ki?" deyə soruşdum, "Mən heç bir qohumumun işinə qarışmamışam evlənəndə, əgər könlüm məhz virtual məkanda gördüyüm birinə qonubsa, qohumlarım da bunda problem görməzlər. Önəmli olan anamın fikri idi, o, sevdiyim qızı gördü, bəyəndi", - deyə cavab verdi.

Virtual tanışlıq ekspertlərin gözü ilə

Sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, son dövrlər virtual tanışlıqdan ciddi münasibət gözləyənlərin sayı çoxalıb, ona görə də bəzi gənc qızlar və orta yaşlı qadınlar böyük ümidlə virtual tanışlıqla ailə qurmaq ümidindədirlər:

"Onların əksəriyyətinin kompüter almalarında, internetə qoşulmaqlarında əsas səbəblərdən biri budur. Amma təəssüf ki, bu ümid çox az hallarda doğrulur. Virtual tanışlıq, sevgi münasibətləri əksər hallarda daha çox mənəvi-əxlaqi aşınmalara səbəb olur. Amma bəzi hallarda bu, uğurlu evliliklə də bitir. Qeyd etmək lazımdır ki, bizim kişilər virtual tanışlığı heç də ciddi qiymətləndirmirlər. Çox az halda bu münasibəti ciddi qəbul edirlər. Hələlik virtual eşq məcaraları əksər hallarda çox ziyanlı bir oyun xarakteri daşıyır”.

Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Ülkər Nadirova deyir ki, bu məsələyə əsasən yaşlı nəsil, yəni internetə və yeniliyə öyrəşməyən və onu qəbul etməyən təbəqə neqativ yanaşır:

"Bir də yaşlı nəslə oxşamaq istəyən konservant cavanlar və yaxınlarının, tanışlarının həyatında virtual tanışlıqdan zərər cəkən insanlar buna neqativ yanaşa bilərlər. Amma bildirmək istəyirəm ki, tanışlığın necə və harada baş verməsi vacib deyil. Önəmli olan tanış olan insanların bu tanışlıqdan nələr gözləməsidir. Amma artıq bu fikir normal qarşılanmağa başlanır, çünkü ətrafda bu tanışlıqdan xoşbəxt ailə həyatı quran gənclərimiz də az deyil”.

Beləliklə, müşahidələrdən və söhbətlərdən görünür ki, əvvəllər internet tanışlığı ilə evlənməyə mənfi baxanlar çox az idisə, indi düşüncələrini dəyişənlərin sayı artıb. Son illərdə bu tendensiyanın güclənməsi hiss olunur. Ümumiyyətlə, tanışlıq yolları müxtəlif ola bilər, amma əsas məqsəd eynidir - hər kəs özünə uyğun həyat yoldaşı tapmaq istəyir və bunu bütün mümkün vasitələrlə reallaşdırmağa çalışır


Şərhlər:
Baxılıb: 1358
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz