Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanı nə xilas edəcək; silahlanma, yoxsa sevgi?
Dünyanı nə xilas edəcək; silahlanma, yoxsa sevgi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1127
Səs ver:
Dünya dövlətlərinin xarici siyasəti öz ölkələrinin maraqlarına xidmət edir. Yüz illərdən bəri dünya siyasəti bu şəkildə inkişaf edir. Hər dövlət öz mənfəəti üçün özündən daha az inkişaf etmiş, daha zəif ordusu olan, daha az güvənilən dövlətləri əzmək üçün amansız mübarizə aparır. Dövlətlər arası anlaşmazlıqların əsas səbəbi hər zaman bu mənfəətlər oldu. Təbii ki, müharibələrin səbəbi də… Bəs bu mənfəət toqquşması nə zamana kimi davam edəcək? Biz buna niyə öyrəşmək, niyə bunu bu şəkildə qəbul etmək məcburiyyətindəyik? Niyə dünya qarşlıqlı mənfəətlərin toqquşduğu nöqtədə qan tökülən, qətliamlar törədilən yer olsun? Kim bizi bu iyrənc məntiqi qəbul etməyə məcbur edə bilər? Ölkələr sevgisiz, gözünü qan bürümüş şeytani məntiqlə torpraqlarına silahlar, tanklar, toplar, raketlər yığaraq məsələni həll edəcəklərini, yəni digərlərini qorxudaraq dünyada daha etibarlı və rifah şəraiti yüksək dövlət olacaqlarını düşünürlər. Qorxu yaradaraq, silahla gözdağı verərək acımasız üzlərini göstərirlər. Daha açıq desək, qatil ruhlu olduqlarını mənfəətləri toqquşduqda, bu ruhu ortaya çıxarmaqdan çəkinməyəcəklərini ifadə edirlər.
Bildiyimiz kimi, dövlətlər gəlirlərinin böyük hissəsini müdafiə və təhlükəsizlik xərclərinə ayırırlar. ABŞ-ın bu gün süper güç olmasının dörd səbəbindən birincisinin sahib olduğu güclü ordu olduğu ifadə edilir. Bu nə deməkdir? Bu o deməkdir ki, bir ölkə, büdcəsinin çox böyük hissəsi ilə özünə silah sənayesi qurur. Məqsədi bu böyük silah gücündən istifadə edərək diğər dövlətlərə qarşı mənfəətlərini sonuna qədər qorumaqdır. Mənfəətlərini əldə etmək üçün silahı məcburedici vasitə olaraq istifadə edir. Ama yanlış anlamayın. Bu silahlar göstəriş üçün deyil. Hamısı son texnologiya ilə hazırlanmış və hər an istifadə edilə bilən səviyyədədir. Silahlar bir ölkənin mənfəətlərini qorumaq üçün sahib olmağa məcbur olduğu düşünülən güc vasitəsidir. Çox təəssüf ki, demək olar ki, bütün dünya bunu normal qəbul edir. Bəs bu silahlar adam öldürmək üçün xüsusi olaraq dizayn edilməyib? Məsələn, Misir ordusu məzlum xalqı snayperlərlə öldürən zaman bu silahlardan istifadə etmir? Əsəd Suriya xalqını bu silahlarla körpə, yaşlı demədən öldürmür? Bu silahların onlardan nə fərqi var. Bunlar da bir gün insan öldürmək için hazırlanıb dövlətlər tərəfindən milyard dollarlar ödənilərək alınmamışdılar? Dünya tarixi bu silahların öldürdüyü məzlum insanların qanı ilə kirlənmədimi?
Suriyanın Şam, Hama, Humus, Hələb şəhərləri artıq yoxdur. O gözəl şəhərlər indi ancaq bir xarabalığı xatırladır. İçində demək olar ki, insan yaşamır. Əsəd bu şəhərləri milyardlarla pul hesabına yenidən qurmuşdu. Ancaq indi sırf iqtidarı qorumaq üçün Suriyanı qorumaq məqsədi ilə milyardlarla dollara aldığı silahlarla öz qurduğu ölkəsini məhv edir. Nəticə etibarilə Əsad kim olacaq? Ən yaxşı halda içində insan olmayan uçulub dağılmış "şəhərin” diktatoru olacaq. Beləliklə, sevgisizlik dünyanı bu hala saldı. Sırf bunu görməyiniz üçün bunları sadaladım. İnsanların fəqində olmadıqları bir sirr var. Böyük bir kütlə dünyanın metafizik olduğunu bilmir. Dünyanın silahla, topla, tankla, tüfənglə, güc və ya pulla idarə edildiyini zənn edir. Kim güclüdürsə, dünyanın gələcəyi də onun əlindədir deyə düşünür. Hadisələrdən kənara çıxıb dünyanın qədərinin necə inkişaf etdiyini düşünmür…
Dünya bu şəkildə idarə olunmur. Dünyada baş verənlər Allahın müəyyən etdiyi qədər daxilində gerçəkləşir. Bu qədərin içində Allah diktatorlara, xalqı əzən rejimlərə sevgi, rifah, rahatlıq vermir. Çünkü Allah dünyanı da, axirəti də sevgi üçün yaratmışdır. Sevgiyə mane olan, sevgiyə qarşı müharibə aparan heç bir idaeologiya rahatlıq tapmaz. Sevgisiz dünyanın rahat, hüzur içində yaşaması mümkün deyil. Sevgi təməli üzərində qurulmayan dövlətlər, rejimler, imperiyalar, hökümətlər əsla davamlı ola bilməz. Allah qəlbində sevgi, mərhəmət olmayan bir lideri əsla müvəffəq etməz. Əsad sevgisiz dünya yaratdı Suriyada. Bəs indi rahatdı? Ailəsi rahat, xoşbəxtdir? Təbii ki, deyil. Hər anları öldürülmə qorxusu içində keçir. Bütün diktatorlar, zalımlar üçün bu sualı özünüzə verin. Ancaq eyni cavabla qarşılaşacaqsınız…
Unutmayın dünyayı yaradan Allahdır. Dolayısilə dünyanın qədərini yaradan da Allahdır. Bu dünya sevgini, birliyi hiss etmədən əsla rahatlıq tapmayacaq.

Nərmin Kərimova


Şərhlər:
Baxılıb: 1127
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz