Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zövqsüzlüyün 10 əlaməti
Zövqsüzlüyün 10 əlaməti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4471
Səs ver:

 

http://imgs.su/tmp/1315816754-656.jpg


Zövqlə geyinmək üçün milyonlara sahib olmaq vacib deyil. Bəs zövqsüz qadını digərlərindən necə ayırd etmək lazımdır?!
Bu qaydalar sizə zövqsüz qadını yanılmadan seçməyə kömək edəcək.

Bədən ölçülərinə uyğun olmayan geyim


Dar və qısa paltarlar kök qadının əynində çox pis görsənir. Unutmayın ki, köndələninə zolaqlı paltar bədən ölçülərini daha böyük, uzununa zolaqlar isə əksinə bədəni yığcam göstərir. Əgər çiyinləriniz enlidirsə, dəblə ayaqlaşıb enli çiyinli paltarlar geyinməyin, dar çanağı isə sıx paltarlarla daha da darlaşdırmayın.

Rəng uyğunsuzluğu

Göy, bənövşəyi, sarı, yasəmən rəngi, həm də bir paltarda - bundan daha zövqsüz bir şey tapa bilməzsiz. Rəngləri düzgün seçmək bir elmdir. Onlar bir-birilə ahəng təşkil etməli və çox nəzərə çarpan olmamalıdır.

Göy qurşağı

Rəngli geyimlər dəbdədir. Ancaq bir paltarda üçdən artıq rəng olmamalıdır. "Nə qədər parlaq olsa, bir o qədər yaxşıdır" deyimi zövqün olmamasının əsas əlamətidir.

Böyük ölçülü geyimlər

Gen, əyindən"tökülən" geyimlər də dar geyimlər kimi səliqəsiz gorünür və qadının xarici görkəminə mənfi təsir göstərir. Əgər siz kökəlib və ya arıqlamısızsa, mütləq qarderobunuzu dəyişin.

Alt paltarların görünməsi

Ətrafdakılara alt paltarı nümayiş etmək zövqsüz olmağın ən qabarıq əlamətidir. Zövqlü qadınlar alt paltarın iplərini gizlətməli, geyiminə uyğun rəngdə geyinməlidir.

Həddən artıq qısa ətəklər

Qısa ətəklər istirahət üçün yararlıdır. Ancaq işdə və ya küçədə geymək üçün heç yaramır. Bədən ölçuləriniz imkan versə belə, çox qısa geyimlərlə həvəs göstərmək lazim deyil. Onlar heç vaxt zövq əlaməti olmayıb.

Ayaqqabı, paltar və aksessuarların eyni rəngdə olması

Qırmızı paltar, qırmızı ayaqqabı, qırmızı çanta - bu cür seçim pis zövqə dəlalət edir. Parlaq paltarla mütləq neytral ayaqqabı və ya əksinə parlaq ayaqqabı ilə neytral paltar geyinmək məsləhət görülür. Yadda saxlayın,eyni rəngdə ayaqqabı və çanta dəbi keçən əsrdə qaldı.

Şəkilli geyimlər

Çox şəkilli paltarlar geyinməkdən qaçın. Əgər ətək dama-damadırsa, o zaman köynək bir tonda olmalıdı. Və yaxud da əksinə

Parlaq görsənmək işıldamaq demək deyil

Parıltılar, parlaq zinət əşyaları dəblə ayaqlaşmaq istəyən qadınların seçimi deyil. Qızılı və ya gümüşü rəngləri solğun rənglərlə uyğunlaşdırmaq lazımdır. Birinin parlaq olması, parlaq çanta və yaxud da ayaqqabının parlaq olması kifayət edir.

Zinət əşyalarının bolluğu

Bütün zinət əşyalarını eyni anda taxmaq pis zövqün daha bir əlamətidir. Yadda saxlayın, üçdən artıq bəzək əşyası taxmaq sizi zövqsüz qadınlar sırasına salacaq.

 



Şərhlər:
Baxılıb: 4471
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz