Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunları bilməlisiniz...
Bunları bilməlisiniz...
Göndərən: ADRIANA
Şərhlər:
Baxılıb: 1881
Səs ver:
"Ən son oxuduğum və çox bəyəndiyim kitab, Məhşur İngilis yazıçısı Robert Qrinin "Hakimiyyət haqqında 48 qanun"u kitabıdır. Bu möhtəşəm kitab oxucularına, həyatda necə uğur qazanmağı öyrədir. Mən özümdə bu kitabı oxumaqla çox şeylər öyrəndim, və sizinlə paylaşmaqistədim. Bütün kitabı bir məqaləyə sıgdırmaq mümkün olmadıgından, mən sizə bu qanunların sadəcə kiçik toplusunun bir hissəsini təqdim edirəm. Lakin kitabı tapıb bütövlüklə oxumagı tövsiyə edirəm sizə.
 
1.Heç vaxt özündən yüksəkdə duranları kölgədə qoyma – onları olduqlarından daha dəyərli olduqlarina inandır.
2.Dostlara hədsiz inanma, düşmənlərdən istifadə etməyi bacar.
3.Fikir və planlarını heç vaxt, heç kəsə bildirmə.
4.Həmişə ehtiyac olduğundan daha az danış, danişanda da elə et ki, dediklərinin coxu anlaşılmaz olsun.
5.Ad-sanından çox şey asılıdır – onu, həyatın bahasına da olsa, qoru.
6.Kütlə içində itib-batma – həmişə diqqət mərkəzində ol.
7.Başqalarını sənə işləməyə məcbur et və başqalarının əməyindən bəhrələn.
8.İnsanları, ilk növbədə düşmənlərini özunə yaxınlaşdır.
9.Qələbəyə sözdə yox, işdə nail ol.
10.Bəxti gətirməyən adamlardan uzaq dur – onlar infeksiya kimi yoluxdurucu olur.
11.Insanları səndən asılı vəziyyətə sal.
12. Qurbanınızı silahsız buraxmaq üçün alicənab və düzgün seçimlər edin.
13. Kömək istəyərkən, insanların çıxarlarına görə təşəkkür edin, mərhəmət və minnətdarlıqlarına görə yox.
14. Dost kimi tanının, casus kimi işləyin.
15. Düşməninizi tamamilə əzin.
16. Hörmət və şərəfinizi yüksəltmək üçün yoxluqdan istifadə edin.
17. Hər şey hava kimi gözlənilməzdir fikri ilə ətrafdakılara şübhə altında baxın.
18. Müdafiə olunmaq üçün qalalar tikməyin- ayrı düşmək təhlükəlidir.
19. İşinizin kimlə əlaqəli olduğunu bilin- başqalarını təhqir etməyin.
20. Heç kəsə inanmayın.
21. Sadəlövhdən faydalanmaq üçün sadəlövh roluna girin.
22. Təslim olmaq taktikasından istifadə edin-zəifliyi gücə çevirin.
23. Gücünüzü birləşdirin.
24. Yaxşı polis roluna girin.
25. Özünüzü yenidən yaradın.
26. Əllərinizi təmiz tutun (kirlətməyin).
27. Başqalarının sizə qulaq asması üçün onların inanmaq ehtiyacından istifadə edin.
28. Cəsarətli olun.
29. Hər şeyi axıra kimi planlaşdırın.
30. Uğurlarınızı böyük olmayan zəhmət hesabına başa gəlmiş kimi təqdim edin.
31. Fikirlərini idarə edin: Sizin dağıtdığınız kartlarla oynasınlar.
32. İnsanların fikirləri ilə oynayın.
33. Hər kəsin zəif nöqtəsini kəşf edin.
34. Özünüzə diqqət ayırın.Kral kimi qarşılanmaq üçün kral kimi hərəkət edin.
35. Hər şeyi vaxtında edin.
36. Sahib olmadıqlarınızı dəyərsiz görün. Bu ən yaxşı intiqamdır.
37. İnsanların diqqətini özününzə yönəldin.
38. Özünüz kimi fikirləşin, başqaları kimi hərəkət edin.
39. Balıq tutmaq üçün suları qarışdırın.
40. Havayı yeməklərə fikir verməyin.
41. Böyük insanların ayaqqabılarını geyməyin.
42. Çobanı vurun, qoyunlar səpələnəcək.
43. Başqalarının ürəkləri ve beyinləri üzərində işləyin.
44. Əllərini-qollarını bağlayın, güzgü oyunu oynayın (düşmənin etdiklərini etsən, strategiyanı başa düşməyəcək).
45. Dəyişiklərin lazım olduğunu yaddan çıxarmayın, amma böyük dəyişikliklərdən çəkinin.
46. Heç vaxt ideal görünməyin.
47. Hədəflərinizdən yüksəyə çıxmayın, nə vaxt dayanmaq lazım olduğunu bilin.
48. Dəyişin.  
 
 


Şərhlər:
Baxılıb: 1881
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz