Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Alt geyimlərinin ömrünü necə uzatmaq olar?
Alt geyimlərinin ömrünü necə uzatmaq olar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3266
Səs ver:
Alt geyimlərinin forması tez korlanır və bir neçə dəfə geyindikdən sonra materialı xarab olursa, bir yerdə səhv edirsiniz. Alt geyimlərini uzun müddət istifadə etmək üçün tövsiyələrimizə qulaq asın. 

Bir neçə istifadədən sonra alt geyimlərinin qəlibinin tez korlandığını düşünürsünüzsə, onlarla yaxşı davranmadığınızı deyə bilərik. Amma kiçik məsləhətlərə əməl edərək həm alt geyiminlərinin bədənə rahat oturmasını təmin edə, həm də ömürlərini uzada bilərsiniz. 

Düzgün materialı seçin! – Süzülən likralı parçalar cəbzedici ola bilər. Lakin ilk gündən yırtılma və süzülmə ehtimallarını da nəzərə almasınız. Alt geyimlərini uzun müddət istifadə etmək istəyirsinizsə, pambıqlı və tikişlərin möhkəm olmasına diqqət edin.

Tüllü alt geyimlərinin istifadəsi pambıqla müqayisədə daha çox zəhmət və diqqət tələb edir. Tüllü alt geyimlərini hər zaman soyuq suda və əllə yumağı tövsiyə edirik. Keyfiyyətli alt geyimlərinin daha uzun müddət istifadə edə biləcəyinizi də unutmayın. Buna görə də xəsislik etməyin.

Büsqalterləri yaxşı saxlayın! – Büsqalterləri qarşıq şəkildə dolaba yerləşdirsəniz, tez korlanar və formasını  itirər. Qulpları arxa-arxaya dayanan formada dolaba yığmaq, ilk günkü formasını qorumağa kömək edəcək. 

Büsqalterləri tez-tez yumayın! – Büsqalterləri hər istifadədən sonra yumağa gərək yoxdur. Onsuz da hər gün duş qəbul edirsiniz. Busqalterləri 3-4 dəfə geyindikdən sonra yusanız, onların uzun müddət yaxşı qalmasını təmin edərsiniz.

Büsqalterləri əllə yuduqda suyun otaq temperaturunda olmasına fikir verin. Yumazdan əvvəl yumşalmaları üçün 30 dəqiqə sabunlu və ilıq suda saxlaya bilərsiniz. Yuduqdan sonra suyu ehmalca əlinizlə sıxın və mütləq düz formada sərib qurudun.

Büsqalterləri yuyarkən yuma topundan istifadə edin – Büsqalterinizi paltaryuyan maşında yuyanda mütləq soyuq su istifadə edin. Mümkündürsə, büsqalteri yuma topuna qoyun və bağlamağı unutmayın. Açıq qalsa, yuma topu başqa paltarlara ilişər və onlara zərər verə bilər. 

Hər gün eyni büsqalteri geyinməyin! – Eyni büsqalteri hər gün geyinməklə ömrünü qısaltdığınızı unutmayın. Çünki tər büsqalteri korlayır. Eyni alt geyimini də 2, 3 gündən bir geyinmək daha məntiqlidir.


Şərhlər:
Baxılıb: 3266
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz