Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Qonşu binadakı qızla...” - YENİYETMƏ KLİŞELƏRİ
“Qonşu binadakı qızla...” - YENİYETMƏ KLİŞELƏRİ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1395
Səs ver:

 

http://imgs.su/tmp/1315723484-656.jpg


Yeniyetmə oğlanların intimual istəkləri həmişə yalanlarla qarışır

Yeniyetməlik dövrü insanın həyatında ən maraqlı, həm də ən çətin dövrdür.


Həyata yeni addımlarını atan yeniyetmə ətrafdakılarla münasibətləri tənzimləyərkən bəzən problemlər yaşayırlar.

İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Yəni bu davranışların çoxu bir-birini təkrarlayır.

Kulis.az yetkinlik çağının klişe davranışlarını təqdim edir:

1. Otağa qapanmaq

Otaqları onlar üçün qala kimidir. Ora başqalarının girməsini istəməzlər. Evdəki vaxtlarının çoxusunu öz otaqlarında keçirirlər.

2. Ailələrin müqayisəsi

Bütün yeniyetmələr üçün dünyadakı ən pis, ən qəddar, ən anlayışsız ailə özününküdür. Ən yaxşı ailə isə təbii ki, digərlərinin ailələridir. "Filankəsin atası (anası) həmişə oğlunu (qızını) daha yaxşı anlayır".


3. Mən keflənmirəm

Spirtli içkilərlə təzə-təzə tanış olmağa başlayan yeniyetmələr özlərini sübüt etmək üçün həmişə sərxoş olmadıqlarını iddia edirlər. Amma "mənim canım möhkəmdir, qardaş, içirəm, içirəm keflənmirəm"... Belə söhbətin axırı tualetdə qusmaqla bitir.

4. Qapını çırpıb çıxmaq

Ailədə baş verən söz-söhbətin axırı qapını çırpıb getməklə qurtarır. Bəzən əllər o qədər öyrəşir ki, tualetin də qapısı çırpılır.

5. Problem səndə deyil, məndədir

Yeniyetmələr bir-birlərindən ayrılarkən bu ifadədən çox istifadə edirlər: "Sən yaxşı insansan, yaxşı dost ola bilərik". Bəziləri üçün bu ifadələrin tələffüzü ömrün sonuna qədər davam edir.

6. Heç kim məni başa düşmür.

Yeniyetməlik bu hisslə gəlir: "Bu dünyada mən təkəm. Heç kim mənim dərdimi başa düşmür". Amma bütün yeniyetmələr eyni dərəcədə tənhadırlar.

7. Gəl evlənək

Bu yaşda bir-birləri ilə təzə tanış olan, məhəbbət başlarına vurmuş yeniyetmələr evlənmək sevdasına düşürlər. Bəzən bir-birlərinə üzük da bağışlayırlar. Ancaq bir xırda mübahisədən sonra o üzükləri atıb gedirlər.

8. Otağıma qarışma

Qeyd etdiyimiz kimi otağı bir yeniyətmə üçün qala kimidir. Valideynlərsə həmişə bu otağa qarışırlar. "Yerini yığışdır, paltarlarını düzəlt, corabları götür, kitabları düzəlt" kimi əmrlər verirlər. Ən pisi isə bir yeniyetmənin otağını yığışdırmaqdır. Onda qiyamət qopur. Çünki bütün bu dağınıqlığa baxmayaraq, onun özü hər şeyin yerin bilir.

9. Həyatın nə olduğun başa düşürəm

15 yaşında həyatı başa düşdüyünü zənn edən yeniyetmələrin dilindən düşməyən cümlədir. Hətta bəzən qoca kişilər kimi nəsihət də verirlər: "Bu həyatda gərək heç kimə inanmayasan, həyatın qanunu budur"

10. Buralardan gedəcəm

Ali məktəb imtahanlarının qorxusu başlayanda bu fikirlər oyanır. Birinci getmək istədikləri ölkə Amerika olur. Sonra yavaş-yavaş Avropa ölkələrinə gəlib çıxırlar. Axırda isə Gürcüstanla bitir bu arzu.

11. Siyasət murdar şeydir

"Bütün siyasətçilər öz mənfəətlərini güdürlər. Buna görə də həyatda heç vaxt siyasətə qarışmamaq lazımdır". Buna görə də heç televiziya xəbərlərinə də baxmırlar.

12. Gündəlik yazmaq

Yanvarın 1-də başlayırlar gündəlik yazmağa. 4-5 gün yazıb sonra cümlələri yavaş-yavaş azaldırlar. Axırda gündəlik kitabların arasında itib batır.

13. Ananla gəlirsən?

Yeniyetmələrin anasından, atasından və bütün qohumlarından zəhləsi getdiyi bir dövr var. Ana və atasıyla bir yerə getdikləri üçün əsəbləşirlər. Küçədə valideynləri ilə görünməkdən utanırlar.

14. Sıxılıram

İnsan hərdən sıxıla bilər. Ancaq yeniyetmələrdə bu sıxılmaq bəzən uzun çəkir. Hara gedirsən get. Həmişə sifətlərində narazı ifadə var. Tez-tez sıxıldıqlarını deyirlər. Bu da zamanla keçən bir xəstəlikdir.

15. İntihar etmək

Yeniyetmələr qarşılaşdıqları xırda problemləri böyütməyi sevirlər. Ətrafdakılarla yaranmış anlaşılmazlıqlar, sevgili ilə problemlər, sevgilinin xəyanət etməsi bəzən onları intihar etməyə sövq edir. Lakin belə intiharların 80 faizi sadəcə, görüntü xarakteri daşıyır. Lakin yerdə qalan 20 faizdən ehtiyatlı olmaq lazımdır.

16. Qonşu binadakı qızla...

Yeniyetmə oğlanların intimual istəkləri çox güclü olsa da bu çox vaxt gerçəkləşmir. Ona görə də bir-birlərinə hansısa gözəl qız barədə yalanlar uydurmağa başlayırlar. "Filankəslə öpüşdüm", "filankəslə yatdım" kimi... Lakin çox vaxt bunlar sadəcə xoş xəyallar olaraq qalır.


 



Şərhlər:
Baxılıb: 1395
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz