Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QISQANCLIQ ETMƏK
QISQANCLIQ ETMƏK
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1935
Səs ver:

 

http://imgs.su/tmp/1315658452-656.jpg


Cahiliyyə əxlaqında qısqanclığın xüsusi bir yeri vardır. Ancaq əvvəlcə bunu ifadə etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət hesab edilir. Qısqanclığı bir sevgi və bağlılıq əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyi insanı qısqanmırsa, onlara görə bu gerçək sevgi deyil. Bu səhv anlayışa görə, insanın qarşı tərəfin sevgisindən əmin ola bilməsi üçün, adamın yalnız onu sevməsi lazımdır.

Halbuki bu düşüncə son dərəcə səhvdir. Çünki hər şeydən əvvəl sevgi çox yüksək duyğu və üstün bir əxlaq xüsusiyyətidir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi adama sevgisini, ona qarşı sədaqəti, bağlılığı, şəfqət və ona söylədiyi gözəl söz və hərəkətlərlə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti qənaət yaradır. Bunun başqa insanın özündən başqa heç kimin sevilməsini istəməməsi isə eqoistlikdir.

Cahiliyyə cəmiyyətində xüsusilə də evlilik həyatında qısqanclıq səbəbiylə böyük çətinliklər yaşanır. Evli olduğu insanın anasına, atasına, bacılarına, dostlarına və hətta uşaqlarına qarşı sevgiləri belə bu xarakteri yaşayan insanlar üçün böyük bir narahatlıq qaynağıdır. Bu kəslər heç kimə özlərindən çox və ya özləri kimi sevgi bəslənməsini istəmirlər.

Evdar qadın xarakterində qabarıq şəkildə nəzərə çarpan bu qısqanclığın ikinci növü də cahiliyyə cəmiyyətində evlilik anlayışını yanlış bilmələrindən qaynaqlanır. Çünki təməli Allah rizasına, qorxusuna və sevgisinə əsaslanmayan heç bir evliklikdə həqiqi sevgi və sədaqət yaşana bilməz. Cahiliyyə qadınları da bu əhəmiyyətli gerçəyi bildiklərinə görə hər an aldadılmanın, ikinci plana atılmanın, ya da unudulmanın qorxusunu yaşayırlar. Bu səbəblə də şübhəli gördükləri hər hadisədən narahat olur və qısqanclıq hissinə qapılırlar.

Bu zaman göstərdikləri reaksiyalar isə vəziyyəti düzəltmək yerinə daha da pisləşdirir. Səbəbsiz şıltaqlıqlar, küsmələr və sərt davranışlarla qarşı tərəfə nəsə anlatmağa çalışırlar. Hər an adi bir hadisədən çox kompleks əlaqələr qura bilir və bunlar haqqında formalaşdırdıqları xəyali ssenarilər üzərinə ani qərarlar ala bilirlər. Bütün bu hərəkətlər isə həyatlarını daha da çətin hala gətirməkdən başqa bir işə yaramır. Həmçinin istədiklərinin tam əksinə qarşı tərəfi özlərindən daha da uzaqlaşdırmış olurlar. Çünki nə vaxt, hansı hadisədən nə nəticə çıxaracağı bilinməyən bir insanla yaşamaq son dərəcə çətindir. Bu səbəblə də cahiliyyə əxlaqındakı evdar qadınların qısqanclıq düşüncələri ümumiyyətlə evliliklərin bitməsiylə sona çatır.

Halbuki bütün bunların həlli çox asandır. Quranda hər insanın nəfsində qısqanclıq duyğuları olduğu, amma məqbul olanın bu duyğudan uzaqlaşmaq olduğu bildirilmişdir:

... Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır! (Nisa Surəsi, 128)

Bu səbəblə Quran əxlaqını dəqiq, tam yaşayan mömin üçün qısqanclıq deyə bir problem olmaz. Allah qorxusundan qaynaqlanan qarşılıqlı sədaqət və güvən hissləri belə bir gərginliyin meydana gəlməsinə onsuz da mane olar .
(məqalə harun yahya)




Şərhlər:
Baxılıb: 1935
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz