Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ana şəfqəti
Ana şəfqəti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1467
Səs ver:
- "Körpəmi görə bilərəmmi" dedi yeni ana.
Qucağına yumşaq bir boxça verildi və xoşbəxt ana, körpəsinin kiçik üzünü görmək üçün qundağı açdı və çaşqınlıqdan sanki nitqi tutuldu! Ana və körpəsini seyr edən həkim sürətlə arxasını döndü və şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi ...
Müayinələrdə, körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görünüşü pozan bir qulaq məhrumluğu olduğu aydın oldu.
Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəb dönüşü evə qaçaraq gəldi və özünü anasının qollarına atdı.
Hıçqırırdı ... Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi, ağlayaraq
 - "Böyük bir uşaq mənə əcaib dedi ..."
Kiçik uşaq bu taleyi ilə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi. Sinif başçısı belə ola bilərdi, əgər insanların arasına qarışmış olsaydı. Anası, hər vaxt ona:
 - "Gənc insanların arasına karşımalısın" deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir ağrıma və şəfqət hiss edirdi.
Cavanın atası, ailə həkimi ilə oğulunun problemi ilə əlaqədar görüşdü;
- "Heç bir şey edilə bilməzmi?" deyə soruşdu.
Həkim:
- "Əgər bir cüt qulaq tapıla bilsə, orqan nəqli edilə bilər" dedi.
Beləcə gənc adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı. İki il keçdi bir gün atası
- "Xəstəxanaya gedirsən oğlum, anan və mən, sənə qulaqlarını verəcək birini tapdıq ancaq unutma bu bir sirr" dedi.
Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn gənc, məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu. İllər keçdi, bir gün atasına gedib soruşdu:
- "Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılıq edən adam kim? Mən o insan üçün heç bir şey edə bilmədim ..."
- "Bir şey edə biləcəyini düşünmürəm" dedi atası.
 - "Lakin razılaşma qətidir, indi öyrənə bilməzsən, hələ deyil ..."
Bu dərin sirr illər boyunca gizləndi. Ancaq bir gün ortaya çıxma zamanı gəldi ... Həyatının ən qaranlıq günlərindən birində, anasının cənazəsi başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı, qırmızı qəhvərəngi saçlarını əliylə geriyə doğru itələdi, anasının qulaqları yox idi.
- "Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt oldu" deyə pıçıldadı atası.
- ".. Və heç kim ananın daha az gözəl olduğunu düşünmədi, deyilmi?"

"Həqiqi gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir!"


Şərhlər:
Baxılıb: 1467
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz