Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öpüşün sirləri haqqında
Öpüşün sirləri haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9232
Səs ver:
Öpüşün emosional diapazonu çox genişdir- adi nəvazişdən tutmuş, erotikanın, ehtirasın ən ali zirvəsinə qədər. 
Bəzi adamlar öpüşmə zamanı öz partnyorlarının emosional vəziyyətini çox dəqiq fərqləndirə bilirlər. Məlumdur ki, cinsi oyanına zamanı qadın öpüşünün dadı dəyişir, xüsusi tam verir. Bu, tüpürcəyin fizioloji-kimyəvi tərkibinin dəyişilməsi ilə izah edilir. Və öpüşmə zamanı seksual oyanmanın bu dadı kişiyə sarsıdıcı təsir göstərir.
Bədənin öpülə biləcək 8 əsas "nöqtəsi göstərilir: qulaq, boyun, qoltuq, dodaq, bııd, qarın, yançaqlar, döş. Kişilər yalnız öpülməyə icazə verilən və qadağaqoyulan yerləri əvvəlcədən müəyyən etdikdən sonra qadının öz razılığı, yaxud onun reaksiyası əsasında) "işə başlaya bilər''.

Öpüş- ilkin sevgi oyununda ən güclü qızışdırıcı, ehtiras oyadan vasitədir.Belə ki, kişi və qadın öpüş sayəsində "üst qatda" birləşmiş olurlar. Bu "üst ittifaq" bəzi adam­lara "alt ittifaq" (fallosun uşaqlıq yoluna daxil edilməsi) qədər güclü təsir göstərir və onlara cinsi əlaqəni xatırladır.

Bütövlükdə götürdük­də ağız həm qadının cinsiyyət orqanlarının xarakteristikalarına uyğun gəlir (ağız və dodaqlar), həm də kişinin cinsiyyət. orqanlarının xarakteristikalarına (dil). Erotik öpüş həm kişi, həm də qadın keyfiyyətlərini tədqiq etməyə imkan ve­rir.
  1. "Savadlı" öpüşlər güclü energetik yüksəlişi təmin edir. Dodaqlarımızı müvafiq enerji mərkəzlərinə toxundurmaqla biz onları oyadır, onların ruhi gücünü və kanallarını stimullaşdırırıq
  2. Öpüş həyatverici sekresiya və enerjilərin mübadilə işini doğurur. Qədim kitablarda göstərilir ki, qadın və kişi məhəbbətlə məşğul olanda, onların bədəni hər ikisi üçün cana faydalı incə sekresiyalar ifraz edir. ,Qədim məhəbbət üsullarından biri bundan ibarətdir ki qadının orqazm anı yaxınlaşanda o, dilini qabaq dişlərinin arxasındakı damağa dirəyır və orqazm zamanı öz dilini kişinin ağzına soxur ki, o, qadının şəhvət anında (orqazm) ifraz etdiyi şirəni yumşaqca və məhəbbətlə sora bilsin. Qədim təbabət kitablarında bunun böyük müalicəvi əhəmiyyəti xüsusi qeyd edilir.

6. Qadının üst dodağı onun bədənini ən erogen zonalarından biridir. Onlar bunu, üst dodağı və damağı (ağız boşluğunun yuxarı hissəsinin səthi) klitorla birləşdirən xüsusi energetik kanalın mövcudluğu ilə izah edirlər. Bu kanal bədənin məxfi onuncu qapısı kimi tanınır; bu kanalla incə cövhər axır. Müasir dildə desək, orqazm zamanı bu kanal ilə güc­lü enerji hərəkət edir.
Üst dodağın masajı cinsi enerjinin azad çıxmasına təkan verir və cinsi oyanmanı şövqləndirir.
Qədim məhəbbət mətnlərində səkkiz əsas öpüş növü təsvir edilir;
"ilk öpüş". Qız oğlanla birinci görüşə gələrkən, utanıb-sıxılır. Oğlana məsləhət görülür ki, o bu səddi aradan götürmək üçün qızın boynunu yüngülcə çimdikləyib qulağından, yaxud başından astaca öpsün. Sonrakı öpüş "qarşılıqlı etiraf" adlanır. Bu o vaxt baş verir ki, artıq tanış olmuş oğlan və qız yenidən görüşdükdə üzlərində sevinc ifadəsi, dodaqlarını bır-birlərinin yanaqlarına toxundururlar. Və nəhayət üçüncü öpüş. Gənc qız onun xoşuna gəlmiş oğlandan ayrılarkən, ehtiras və həyəcandan titrəyərək, ona ani öpüş bəxş edir. Bu üçüncü busə - "titrək öpüş" adlanır.
Təsvir edilən sonrakı öpüşlər müəyyən təcrübəsi olan kişi və qadınlara aiddir və onları vəcdə gətirmək üçün nəzərdə tutulub.
Hər ikisinin dodağı yüngülcə bir-birinə toxunduqda bu, "birbaşa öpüş" adlanır.
Kişi və ya qadın öz sevgilisinin hər iki dodağını öz dodaqları arasında sıxanda, bu, "sıxıcı öpüş" adlanır.
Sevgililərdən biri öz diliylə o birinin dilinə və dodağına toxunanda və o naz edərək buna yüngülcə müqavimət göstərəndə, bu, "dillərin mübarizəsi" adlanır.
Kişi qadının üst dodağını, qadın isə onun alt dodağını öpəndə, bu, "üst dodağın öpüşü" adlanır. Bu zaman qadın xəyalən enerji kanalını onun klitorundan üst dodağına gələn neon qaytan şəklində təsəvvür etməyə çalışmalıdır. O öz vumenlərini (uşaqlıq yolunu əhatə edən xüsusi əzələlər) yığmaqla bərabər dərindən nəfəs almaqla bu kanaldakı enerji cərəyanını stimullaşdınr. Həmin kanalı idarə etməyi öyrəndikdən sonra qadın sevgi oyununda həm özünün, həm də sevgilisinin aldığı ləzzəti istədiyi vaxt artıra bilər.
"Üst dodağın öpüşünün daha bir növü. Vəcdə gəlmiş qadın kişinin alt dodağını dişlərin arasına alaraq, yüngülcə çeynəyib dişləyir. Kişi də eyni vaxtda onun üst dodağı ilə həmin hərəkəti edir. Bu onları daha çox vəcdə gətirir. Bü­tün varlığını bürümüş ehtirasdan üz-gözü dəyişilmiş qadın (və ya kişi) öz sevgilisinin bədənini öpüşlərə qərq edir. Onun dili və dodaqlan bədənin üstüylə gah surətlə, gah ləng hərəkət edir. Bu, həzzin yaranma nişanəsi olduğu üçün öpüş də "nişanə" adlanır və sairə.

Ehtiras və eşq haqqında qədim təlimatlarda şəhvət­dən doğan öpüşlər bax bu cür təsvir edilir. Öpüş zamanı üz və ağız əzələlərini boş saxlamağı öyrənin. Yadınızda saxlayınki, öpüşmə ağızların ikiqat "alovundan" törəyən çox qiymətli maye və enerjinin mübadiləsinə imkan yaradır. Öpüşmə məharəti düzgün mənimsənildikdən sonra sevgi oyunudaha ehtiraslı olub, orqanizmə, sinir tellərinə sakitləşdiricivə müalicəvi təsir göstərir.
Müasir tədqiqatçılar müəyyən etmişlər ki, səhərlər işəgedərkən öz arvadlarını qucaqlayıb öpən kişilər bunu etməyənlərdən orta hesabla beş il çox yaşayır, yol qəzalarına az düşür və dahaçox qazanırlar.

Mənbə Qadın sirləri kişi problemləri
Müəllif Gennadiy Malaxov


Öpüşmək haqqında maraqlı faktlar:

  • Öpüsmək üzrə rekord amerikalı A.E.Volframa  məxsusdur.O 8 saat ərzində 8001 adamı öpmüşdür.Maraqlıdır ki, o bu qədsər öpüşmək istəyən insanı necə tapmışdır.
  • Kinoda ilk öpüş 1886-ci ildəTomas Edisonun 30 saniyəlik "öpüş" adli filmində lentə alınıb.
  • İnsanın dodaqları barmaqlarının ucundan 100 dəfə hessasdir.
  • Öpüş 5 kalori yandirir.
  • Öpüş zamanı bir insandan digərinə 278 bakteriya keçir,xosbəxtlikdən onların 95 % i zərərsizdir.
  • Oğlanlar 10 yaşından öpüşməyə başlayırlar.
  • Heyvanlar arasında şimpanzenin öpüşü insan öpüşünə daha çox bənzəyir.
  • Orta əsrlərdə Italiyada cəmiyyət garşısında qadını öpən kişi mütləq onunla evlənməli idi.
  • 1979-cu ildə Devid Boun insan kimliyini təyin etmək üçün dodaqların izini çixaran "LIPOQRAF" adlı cihaz icad etmişdi.
  • Statistikaya əsasən insan ömrünün yalnız 2 həftəsini öpüşə sərf edir.Azdır elə deyil?
  • Öpüş prosesinin elmi adi filematalogiyadır.
  • Hindlilərin fikrincə öpüş zamanı insanların ruhu və gücü birbirlərini keçir.
  • Əksər kişilərin öpmək arzusunda olduğu qadın Ancelina Colidir.
  • Yeməkdən sonra öpüşün və kariyesin əmələgəlmə təhlükəsini azaldin.
  • 1999 cu ildə Kramit Subera və Dror Orpaz öpüş müddətinə görə dünya rekordu qırmışlar,beləki onlar kütlə qarşısında düz 30 saat 45 dəqiqə öpüşmüşlər.
  • Aparılan tədqiqatlar sübut edir ki, iş gedərken həyat yoldaşını öpən kişilər bunu etməyənlərə nisbətən daha çox pul qazanırlar.

Ən uzun öpüş

Tailandda ən uzunmüddətli öpüş müsabiqəsi turizm şəhəri olan Pattayda keçirilib. Rekord yenilənməsində 14 cütlük iştirak edib ki, onlardan 7-i rekorda imza ata bilib. Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib. Müsabiqə təşkilatçısının sözlərinə görə, rekordçuların sayı və əldə edilən nəticə gözlədiklərindən çox olub.
Qaydalara görə, iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan istifadə ediblər. Suyu və şirəni isə boru vasitəsilə içiblər. Yarışa yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya evlilik şahədətnaməsini göstərməli, ya da valideynlərindən məktub gətirməli idilər. Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və 3,2 min dollar pul mükafatı verilib.

Öpüşün sirləri haqqında

Öpüşmək insanlara həzz verməklə yanaşı, həm də onların orqanizmi üçün faydalıdır. ktiv öpüşmə əsnasında üzün 34 əzələsi hərəkət edir. Bundan başqa, damaq, dil və kəllənin hərəkətli alt hissəsi də "gimnastika” etmiş olur. Bu "gimnastika”dan sonra əzələlərin hərəkəti nəticəsində dəriniz gərginləşir və parlaq qalır.
Öpüşərkən qan dövranı da sürətlənir və nəbz artır. İfraz olunan adrenalin və endorfin hormonu sayəsində insan özünü xoşbəxt hiss edir. Aparılan araşdırmaların nəticələrinə görə, davamlı olaraq, öpüşənlər beş il daha artıq yaşayırlar. Çünki öpüşmə zamanı kimyəvi reaksiyalar immunitet sistemini gücləndirir.
Evdən çıxarkən həyat yoldaşları tərəfindən öpülən kişilər maşını daha sakit sürürlər. Bu da qəza nisbətini aşağı salır. Hər halda eyni şey qadınlar üçün də etibarlıdır.



Şərhlər:
Baxılıb: 9232
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz