Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayrılıq ən çox kimə təsir edir - kişilərə, yoxsa qadınlara?
Ayrılıq ən çox kimə təsir edir - kişilərə, yoxsa qadınlara?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2110
Səs ver:

 

http://imgs.su/tmp/1315476130-656.jpg


Hər insan ?son?da bir daha heç kimi belə sevməyəcəyəm, heç kimə belə vurulmayacağam kimi fikirləşir. Xüsusən qızlar şişmiş gözləri ilə əlində yaylıq onun nə etdiyini düşünməkdən başqa heç nə etmirlər. ?Əminəm, bütün gün kefdədir... Allah bilir, kimlərlə gəzir... Bəlkə də çoxdan birini sevir artıq... məni unudub...? Bunlar yeni ayrılan qadının düşündükləridir.

Əslində isə çox vaxt elə ilk və tez unudan qadınlar olur. Qadınların fikrinə görə, ayrılığa ancaq onlar pis olur, ancaq onlar yas tuturlar. Əksinə, kişilər də ayrılıqlardan təsirlənirlər. Üstəlik də tərk edən qadındırsa, onda əzabları daha artıq olur. Haminin ağlına gəlir: niyə? "Lentaz"ın apardığı araşdırmanı oxucularımıza təqdim edirik.

1. Kişilər ayrılanda özlərini yalnız və müdafiəsiz hiss edirlər...

Hadisəyə qadın tərəfindən baxsaq, qadın hadisəni ən incə detalına kimi rəfiqəsinə danışır. Qadın kişinin ayrılıq hekayəsini kiminləsə bölüşməməyini qarşı tərəf üçün önəmi olmadığı ilə əlaqələndirir. Əslində isə kişilərin çətinliklərini qadınlar qədər danışmamalarının tək səbəbi həddindən artıq məyus olduqları və danışmağın onlar üçün daha da çətin olduğunu düşünməkləridir. Qadınlar dostları ilə danışdıqca özlərini tək hiss etmirlər və özlərini daha tez ovundura bilirlər, daha tez özlərinə gəlirlər. Sevgililəri isə... ?Heç pis olmadım da... nə idi dözmüşəm bu vaxta kimi ona...? deyə danışıb güclü olduqlarını sübut etməyə çalışırlar. Lakin bu vəziyyət onları daha da çətin psixoloji vəziyyətə salır.

2. Kişilər özlərini də aldadırlar...

Kişilər əzab çəkdiklərini, dünən yanında olan sevgilisi üçün dəli kimi darıxdığını və onsuz qalmağın nə qədər çətin olduğunu bilsələr də, qəbul etmək istəmirlər. Özlərini ayrılıqdan təsirlənmədiklərinə inandırmağa çalışırlar. Bunu büruzə verməsələr də bu dərd onların içdən yeyib məhv edir və əzabları artır gün-gündən azalmaq yerinə...

3. Qadınlar bir müddət sonra başqası üçün qollarını açırlar...

Artıq yas bitib. Çəkilməsi lazım olan ayrılıq yası başa çatıb... Qadın bir müddət sonra onun geri dönməyini gözləyir. Əgər dönmürsə, artıq yeni bir həyata başlamaq vaxtıdır - deyə düşünür. Çünki sevilmək və arzu edilmək onların yaralı qəlblərini sağaltmaq üçün kifayət edir. Hətta daha da irəli gedir, keçmişin üstündən elə qalın xətt çəkir ki, heç keçmişi get-gedə yada salmırlar belə. Nə qədər böyük sevgi yaşamış olsalar da...

Ancaq kişilər bu ayrılığı aydınlaşdırmadıqca yeni duyğularının tamamilə külə dönməyini görmədikcə, yeni münasibətlərə başlamağı düşünmürlər də. Hətta bütün bunları artıq geridə qoyduqlarını düşünsələr də, yeni sevgililərini hər zaman əvvəlki ilə müqayisə etməyə başlayırlar. Bu da yenə də keçmişi unutmaq ucun çox zaman lazım olduğunu sübut edir. Bu da xoşbəxt olmaq üçün uzun zaman tələb edən zəhmətdir.

4. Qadın ən çox "ayrılsaq nə olar?" kimi fikirləşir...

Hər qadın münasibətləri problemsiz davam etsə belə ?birdən ayrılsaq...? sualını özlərinə çox vaxt verirlər... Beləliklə, ağlında olmasa da özünü bir ayrılığa hazırlayır. Lakin kişilər bu vəziyyəti ancaq bir problem olanda ağıllarına gətirdikləri üçün, ayrılığa hazır olmurlar və çox ciddi yaralar alırlar. Mənəvi sarsıntıdan ayılmaq düşündüyümüzdən də çətin olur...



Şərhlər:
Baxılıb: 2110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz