Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə qadınlardan əvvəl ölər, heç düşündünüzmü?
Kişilər niyə qadınlardan əvvəl ölər, heç düşündünüzmü?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 921
Səs ver:
KİŞİLƏR NİYƏ VAXTINDAN ƏVVƏL ÖLƏR..?


Axşam anamla atam televizora baxırdılar.

Anam, 'Gec oldu,' dedi, 'onsuz da yorğunam, mən yatıram.'

Anam qalxdı, mətbəxə getdi.

Çərəz-meyvə qablarını çalxaladı qaldırdı.

Səhərə hazır olsun deyə çaydanı doldurdu, dəmliyə çay qoydu.

Şəkərliyə baxdı, dibində az qalmış, üstünə əlavə etdi.

Nahar üçün buzluqdan çörək çıxardı, axşam yeməyi üçün həll edilsin deyə də əti aşağıya qoydu.

Nahar masasını hazırlamaq üçün masanın üstündəkiləri yığdı.

Telefonu zaryatkaya qoydu, telefon dəftərini bağlayıb yerinə qoydu.

Sonra paltaryuyan maşınından yaş paltarları çıxarıb asdı və maşını təkrar doldurdu.

Duşdakı zibil səbətini boşaltdı.

Yaş bir dəsmalı qurusun deyə duş pərdəsinin borusuna asdı.

Bir köynək ütülədi, qopuq düyməsini tikdi. Çiçəkləri suladı.

Əsnəyərək gərindi və yataq otağının yolunu tutdu.

İş masasının yanından keçərkən dayandı, müəllimə sənəd yazdı, məktəb gəzintisi üçün pul sayıb ayırdı, əyildi, kürsünün altına dərs kitabını götürdü, masanın üstünə qoydu.

Keks tərifləri dəftərini çıxardı, yoldaşına söz verdiyi tərifi bir kağıza yazdı, çantasına qoydu.

Baqqaldan alınacaqları qeyd etdi, qeydi də çantasına qoydu.

Sonra getdi, 3ü 1 arada təmizləmə losyonuyla üzünü yudu, dişlərini fırçaladı.

Gecə kremini və qırışıq önləyici nəmləndiricisini sürdü.

Dırnaqlarına baxdı, pilkaladı.

İçəridən 'sən yatmağa getməmişdin?' deyə səslənən atama 'indi gedirəm' deyib itin su qabını doldurdu.

Qapıları pəncərələri nəzarət etdi, xoldaki lampanı yandırdı.

Qardaşımın otağına getdi, oğlan yatmış deyərək, lampasını söndürdü, kompüterini bağladı, köynəyini asdı, yerdəki çirkli corabları yığıb səbətə atdı.

Mənə gəldi, 'bəsdi yat artıq, bir az da sabah çalışarsan,' dedi.

Öz otağına getdi, saatı qurdu, sabahısı gün geyəcəklərini hazırladı.

6 maddəlik təcili işlər siyahısına 3 maddə daha əlavə etdi.

Öz-özünə yaxşı gecələr dilədi, xəyallarının reallaşdığını gözünün önünə gətirdi.

Bax elə o sırada atam televizoru söndürdü, bir 'mən yatıram' dedi və getdi yatdı.

Sizcə bu işdə bir qəribəlik yoxdurmu?

Qadınların niyə daha uzun yaşadığını maraqlanmısınızmı?


ÇÜNKİ BİZ QADINLARIN İŞLƏRİ HƏMİŞƏ UZUN ZAMAN ALAR!


Şərhlər:
Baxılıb: 921
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz