Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgiyə gedən yol telefondan keçər?
Sevgiyə gedən yol telefondan keçər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1135
Səs ver:

http://imgs.su/tmp/1315383558-656.jpg

Əgər oğlanın necə insan olduğunu bilmək istəyirsənsə, sənin nömrəni hara qeyd etdiyini yadına sal...

* Nömrəni əlinə keçən bir parça kağıza yazırsa, demək, onun adam arasında özünü aparmağı əhvalından asılıdır. O, həm də pintidir. İlk qarşısına çıxdığı qızla tez ünsiyyət qurub, tez də bu münasibəti korlaya bilər. Amma o, əsl kompaniya adamıdır. O, səni darıxmağa qoymaz. Belə insanlardan ehtiyat etmək lazımdır. Çünki o, sənə heç vaxt ciddi münasibət bəsləməyəcək.

* Oğlan sənin nömrəni cib dəftərçəsinə yazırsa, demək, onun özünə görə qanunları var. O, hər bir hərəkətini düşünülmüş şəkildə edir. Dəqiq və etibarlıdır. Lakin bu tip oğlanlar qadınlara darıxdırıcı və maraqsız görünürlər. Münasibətə gəldikdəsə, o, ilk baxışdan məhəbbətə inanmır. Qarşısındakı qızı tanımasa, onunla ciddi münasibət qurmağı ağlından da keçirməz.

* Nömrəni əlinə yazmaqda vərdiş edən kişilər hər qarşısına çıxan qadına evlənmək təklifi edir. Amma o, ciddi münasibətdənsə, yüngül flirti üstün tutur. O, hər şeylə maraqlanan hövsələsizdir. Seçdiyin oğlan «həyatda alınmayan iş yoxdur, varsa da mənə görə deyil» prinsipi ilə yaşayır.

* O, nömrəni əlindəki qəzetə, biletə və ya hər hansı sənədə yazmaqdan çəkinmir. Elə bu hərəkəti onun ürəklə atdığı yeganə addımdır. Çünki bu tip kişilər nə istədiklərini özləri də bilmirlər. Nədəsə ortaq məxrəcə gəlib, qəti qərar verməkdə çətinlik çəkirlər. Amma buna baxmayaraq, onlar həmişə aza Qane olmurlar. Əgər belə kişi ilə münasibəti sürdürmək istəyirsənsə, münasibətinizdə hakimliyi öz əlinə al.

* O, tanış olduğu qızın nömrəsini siqaret qutusuna qeyd edirsə... Bu cür kişilər özlərini qadına göstərməyi xoşlayırlar. Onlar həmişə cəmiyyət arasında olmağı, ətrafdakıların diqqəti cəlb etməyi, qadını valeh etməyi sevirlər. Sevdiyi qıza olan hissləri bu cür kişiləri elə kor edir ki, ətrafdakıların fikri onları qətiyyən maraqlandırmır.

* Sənin nömrəni mobil telefonuna qeyd edirsə, demək, o, münasib yer tapan kimi sənə mütləq zəng edəcək. Çünki belə oğlanlar rahatlığa üstünlük verirlər. Amma münasibəti təkcə telefonla davam etdirməyin. Çünki əlaqələriniz virtual ola bilər.

* Bəzən isə kişilər nömrəni ümumiyyətlə qeyd etməyib, əzbərlədiklərini deyirlər. Belə oğlanlar bu cür hərəkəti ilə başqalarından fərqləndiklərini göstərmək istəyirlər. Onlarla tanışlıq mərhələsi münasibətdən daha maraqlıdır. əgər sən həqiqətən də onun xoşuna gəlmisənsə, demək, o, nömrəni yadda saxlayıb, sənə mütləq zəng edəcək. Onu da unutma ki, belə oğlan qızların sevimlisi olub, onları darıxmağa qoymur.

 



Şərhlər:
Baxılıb: 1135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz