Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Virtual aləm ailələri dağıdırmı?
Virtual aləm ailələri dağıdırmı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1610
Səs ver:
Eyni evi bölüşən şəxslər bir-birilə danışmağa vaxt ayırmırlar

Son illərdə sıx şəkildə istifadə edilən internet insanların həyatının vazkeçilməz hissəsinə çevrilib.

İnternet boşanmaların səbəbidirmi?

Bu gün internetdən müxtəlif məqsədlər üçün istifadə edilir. İnternetdə ciddi iş əlaqələri, dostluq, əyləncə, oyunlar kimi çoxlarının istifadə etdiyi saytlardan istifadə ilə yanaşı, hətta internet üzərindən qurulan evliliklər, aldatmalar kimi hadisələrə də sıx rast gəlinir. İnternet əslində faydalı sahələrdə istifadə müddətində çox faydalı bir texnologiya vasitəsidir, ancaq zamanla internet asılılığı artmağa başladı ki, insanın ətrafında tapa bilmədiyi məlumatı, yaxud əyləncəli şəraiti internetdə tapması bu asılılıqda aktiv rol oynadı.

Ancaq internet istifadəsinin genişlənməsi bəzi problemləri də özü ilə birlikdə gətirdi. Məsələn, dostluqlar artıq internet üzərindən davam etdiyi üçün heç kim əvvəlki kimi birlikdə vaxt keçirməyə maraq göstərmir. Bu vəziyyət isə insanların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Məsum bir şəkildə başlayan internet istifadəsində pis niyyətli, maddi və digər məqsəd daşıyan minlərcə tələnin olduğu, onlara qarşı diqqətli olmağın vacibliyi unudulmamalıdır. Əks təqdirdə sonu peşmanlıq ilə bitən hadisələr də yaşana bilər.

Beləliklə, sosial mühit əksikliyi, vaxt azlığı və yaxud iş sıxlığı kimi səbəblərlə interneti seçənlərin son zamanlarda sayı getdikcə artan evlilik saytlarına da marağı sıxdır. Son illərdə sosial şəbəkələr və televiziyalardakı evlənmə proqramları vasitəsilə qurulan evliliklər, son bir neçə il içərisində evlilik məqsədilə yaradılan saytlarla daha da artdı. Dünya miqyasında təxminən hər il 1 milyon insan məhz tanışlıq saytları vasitəsilə evlənir. Mütəxəssislərin yaşana biləcək problemlər səbəbilə internet vasitəsilə qurulan evliliklərdə diqqətli olunması xəbərdarlıqlarına baxmayaraq belə saytların üzvlərinin sayı hər gün artır.

Mütəxəssislərin fikrincə, insanlara yeni dostlar tapan, köhnə dostlarla görüşdürən bu cür saytlar evlilikləri təhlükəyə gətirib çıxarır. ABŞ-da hazırlanan bir məlumata görə, burada hər 6 boşanma ərizəsinin birində "Facebook" adı öz əksini tapıb. Bu saytlar evliliklərdəki problemlərin daha da böyüməsinə səbəb olur. Hətta mütəxəssislər belə fikirdədirlər ki, internet asılılığı səbəbindən həyat yoldaşları bir-birinə qarşı məsuliyyətsiz davranırlar. Bu gün bir faktdır ki, internet asılılığı səbəbilə eyni evi bölüşən şəxslər bir-birilə danışmağa vaxt ayırmır, vaxtın necə keçdiyini bilmədən, ekran qarşısında sabahı qarşılayır, ailəsinə ayırmalı olduğu vaxtı internetə sərf edirlər. Bu gün dünyada boşanmaq istəyən 10 ailədən 7-nin boşanma səbəbi kimi ailədə bir-birinə olan marağın virtual aləmdə münasibətlərdən əldə etdiyini zənn etməsidir.

Virtual aləm ailəni yarada da bilir, dağıda da

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Pərviz Əliyev də Milli.Az-a açıqlamasında təsdiq edir ki, bu gün internet istifadəçilərinin sayı durmadan artır: "Ölkəmizdə də istifadəçilərin sayı kifayət qədərdir. Lakin virtual aləm elədir ki, orada təhqir və böhtana hansısa bir qanun və normanın tətbiqi mümkün deyil. Ona görə də yaxşı olardı ki, insanlar orada yaxşı münasibət qurmağa çalışsınlar. Eyni zamanda orada baş verənlər qarşılıqlı münasibətdən irəli gəlir. Vitual aləmdə hər şey qarşılıqlı münasibətdən, məsələn, etibardan asılıdır”.

P.Əliyevin sözlərinə görə, bu da bir faktdır ki, hazırda virtual tanışlıq əsasında qurulan ailələr də var: "Burada tanış olub, ailə qurublar və bu, normaldır. Ancaq yaxşı olardı ki, onlar daha dərindən tanış olsunlar ki, bu məsələ sonra gətirib boşanmaya çıxarmasın. Bir-birləri ilə virtual aləmdə tanış olduqdan sonra şəxsi həyatda daha yaxşı tanımağa çalışsınlar. İlkin mərhələ üçün virtual olar, amma şəxsən tanımalı, xarakterlərinin uyğunluğuna diqqət yetirməlidirlər. Əgər bütün bunlar normaldırsa, xoşbəxt bir ailə mümkündür”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə Milli.Az-a bildirdi ki, virtual aləm ailəni yarada da bilir, dağıda da: "Virtual aləmi insanların bir-biri ilə canlı ünsiyyətinə mane olan ən ciddi amil kimi qəbul edirəm. Rayon yerlərində virtual aləmə qədəm qoyan qadınlar artıq düzgün qəbul olunmurlar. Lakin məsələ virtual aləmin insanı mənfi yola çəkməsi deyil, yanlış informasiyaların daxil olması, neqativ yükün çoxluğu və eləcə də insanın bu çevrədən uzaqlaşa bilməməsidir. Hətta bununla bağlı artıq müəyyən karikatura da yaranıb. Mən hesab edirəm ki, virtual aləm bəzən ailələrin də xoşbəxtliyini əlindən ala bilir. Yersiz qısqanclıq, söz-söhbətlər, yersiz təkliflər də baş verir. Amma təbii ki, virtual aləm vaxt baxımından iş üçün ən əlverişli vasitədir. Lakin biz daha çox ifrata varmağı sevdiyimizdən bu çərçivələri özümüz üçün müəyyən edə bilmirik. Biz informasiya bolluğunda bəsitləşirik”.

Ailədə inam hissinin itməsi evlilik üçün bir travmadır

Psixoloq Rəna Muxtarova Milli.Az-a dedi ki, internet asılılığının yaranması ailəvi problemlər, iş və müvəffəqiyyətin səmərəsinin aşağı düşməsinə gətirib çıxarır, sonrakı mərhələdə isə həmin şəxs özünü psixoloji problemlərin içərisində tapa bilər:

"Bu böyük təhlükənin fərqinə varmaq və bunun xəstəlik olduğunu çox yaxşı dərk etmək lazımdır. Son illərdə internetin sürətlə yayılması evli insanların yaşadığı problemlərin arasına birini də əlavə edib. Bu, internetdə əks cinslə söhbət etməkdir. Məsələn, kişilər öncə maraq hissiylə yeni insanlarla tanış olub özünü gizlədərək sonra daha sıx danışmağa və nəhayət, yoldaşlarını aldatmağa başlayırlar. Ümumiyyətlə, əks cinslə internetdə danışma marağının ən böyük səbəbi həyat yoldaşları arasındakı ünsiyyətsizlikdir”.

Son vaxtlar insanların yaxınlıq qurmaq, maraq, rəğbət hisslərini itirdiyini deyən psixoloqun fikrincə, xüsusilə də bu, iri şəhərlərdə, insanların evli olmasına baxmayaraq özlərini yalnız hiss etdikləri mühitlərdə baş verir:

"Virtual aləmdə tanımadığı insanlarla sərhədsiz mövzuda danışmaq insanlara maraq və macəra duyğuları yaşadır. Bu gün evli şəxslər daha çox boşanmaq üçün "sözümüz uyğun gəlmir” şikayətilə müraciət edirlər, çünki bir-birlərinin ehtiyaclarını aradan qaldıra biləcək şəkildə ünsiyyət qura bilmirlər. İri şəhərlərdə insanlar davamlı çalşır və hər iki tərəfin çalışması vəziyyəti daha da çətinləşdirir. Bu zaman həyat yoldaşından görmədiyi yaxınlığı virtual bir insandan görən kişi, yaxud qadın artıq fikrini ona yönləndirir. Ailəsinə laqeyd yanaşır ki, bu üzdən də boşanırlar. Digər tərəfdən baxsaq, bir növ bu cür problemlər onlara evliliklərini gözdən keçirmələri üçün bir fürsətdir ki, onlar münasibətlərini düzəldə bilərlər. Ancaq inam hissi itibsə, onu bərpa etmək çox çətindir. Bu vəziyyət evlilik üçün bir travmadır”.

Psixoloqun sözlərinə görə, sürətlə yayılan internet asılılığının mənfi təsirlərindən qurtarmaq üçün ən önəmli vəzifə yenə həyat yoldaşlarının üzərinə düşür: "Onların bu asılılıq növünün də digər xəstəliklər kimi bir xəstəlik olduğunu bilmələri, ona görə qarşılıqlı hörmət nəticəsində aradakı bağı qüvvətləndirmələri lazımdır. Məsələ böyüdükcə və müdaxilə edilmədikcə təhlükəli və qalıcı probemlərə səbəb ola bilər. İnternet asılılığına əhəmiyyət vermək atılması lazım olan ilk addım kimi bir psixoloqa müraciət etməkdir. Psixoloq internet asılılığına təsir edən səbəbləri ortaya qoyaraq problemlərin çözümündə yardımçı olur. Ancaq hədsiz dərəcədə bir ruhi problem varsa, dərman müalicəsi də lazım ola bilər”.


Şərhlər:
Baxılıb: 1610
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz