Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün çox gözəlsən həyat
Bu gün çox gözəlsən həyat
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 9763
Səs ver:
Canım mütləq vardır çətinliklər, ağrılar, kədərlər, çətinliklər. Amma madam ki, həyat mənə verilmiş bir hədiyyə və madam ki bunun üçün ortalama 70 ilim var, o zaman bu gün çox gözəlsən həyat!
 
Saçımı kəsdirdim, bir az da rəngini dəyişdirdim. Əslində bir dəyişiklik istəyirdi ürəyim, könülümdən keçəni dinlədim. Necəsə dedim hər dərdin bir çarəsi var, onsuzda ölüncə dərd də qalmır, o zaman hər şeyə inad, çox gözəlsən həyat.
 İnsan sıxıl-sıxıl hara qədər? Sağlamlıqdan daha qiymətli bir xəzinəm yoxdur madam ki və madam ki bütün xəstəliklərin təməlində yenə dərd və stres var, o zaman həll edilər canım hər problem, həll edilməyən nə var ki? Ona görə yenə bu gün çox gözəlsən həyat.
 Əhəmiyyətli olan ortada heç bir şey yoxkən, gündəlik xoşbəxt olmaq deyil. Hünər, çətinliyin orta yerində gülməni, xoşbəxtliyi bacara bilməkdir. Bunların həyatın eniş-çıxışları olduğunu, hər həyatda problemlər olduğunu, keçəcəyini, bitəcəyini bilərək gülümsəməkdir.
 Ayrılıq ağrısı? Haqlısan çox ağrıdar amma dünyanın ən gözəl ağrısı deyilmi bir sevgiylə qovrulmaq? Birini sevmiş olmanın o qiymətli cadusundan daha əhəmiyyətli nə ola bilər? Xeyli  insan eşqi axtararkən, sən bir yerdə tapmışsansa və ürəyin onun ağrısıyla qovrulursa, şükr et işdə!
Kimi sevdiyin deyil, birini sevə bilməyindir səni əhəmiyyətli edən, hələ həyatın çox xüsusi olduğunu hiss etdirən. Burax eşq səninlə rəqs etsin, ağrını da sev çünki xüsusi olan sənsən, boş ver sevdiyin o adamı, sən özünü sev!
Pul, borc demə: gGülümsə, hansı borc ödənməmiş, hansı çətinliklər aşılıb keçilməmişdir ki, sən sağlamlığına bax! Hamısı bitir, hamısı keçir. Yalnız dərin bir nəfəs al, içindən hər şeyin bir səbəbi olduğuna inan və təkrar et: "Bunlar da keçəcək və mən hər şeyin altından qalxa bilərəm. Bu gün çox gözəlsən həyat!"
 Yalnız inanaraq de, ver dünyaya getsin. Sən bu gün ən sevdiyin rəngdə bir çiçək gör küçədə və uzun uzun seyr et. O yarpağa necə şəkil vermiş Yaradan və sonra öz bədəninə bax. Nə böyük bir sənət əsərisən, gör özünü və gülümsə, çünki çox qiymətlisən. Hər çətinliyin bir səbəbi vardır …
Boş ver, hər şey keçəcək! Qalacaq olan yalnız sənin gülümsəməyindir, qışqıraraq söylə indi mənimlə: "Bu gün yenə çox gözəlsən be həyat!"

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 9763
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz