Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Axşam dırmaq tutmaq olar?
Axşam dırmaq tutmaq olar?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 5498
Səs ver:
İslam dini dırnaqların tutulmasını müstəhəb bir əməl kimi qiymətləndirir. Xüsusilə də cümə günü dırnaqların tutulmasını vurğulayır. Sol əlin çeçələ (kiçik) barmağından başlayıb, sağ əlin çeçələ barmağına qədər tutursan.
El arasında belə bir nəzər vardır ki, drınaqları axşam tutmaq olmaz. Ancaq buna aid hədis mövcud deyildir.
Seyyid Səbzivari yazır: "Dırnağı tutmaq - müstəhəb və uzatmaq - məkruhdur”. Çünki İmam Sadiq (ə) buyurmuşdur: "Dırnaq tutmaq sünnətdəndir və müstəhəbdir”. Həzrət (ə) başqa yerdə buyurur: "Şeytanın bəni-Adəmə hakim olması üçün istifadə etdiyi ən gizli yeri - dırnaqların altıdır”.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "İslam Peyğəmbəri (s) dırnaqları dişlərlə qopartmağı və cümə axşamı və cümə günləri qan almağı qadağan etmişdir”.
Ona görə də deyə bilərik ki, günün hər bir vaxtında dırnaqları tutmaq olar. Musa ibni Bəkr nəql edir ki, Həzrət İmam Sadiqə (ə) sual verdim ki, saqqalı və dırnağı ancaq cümə günü kəsmək lazımdır? Həzrət (ə) buyurdu: "ALLAH pakdır. Əgər istəsən cümə günü kəs, istəsən də başqa günləri”.
Əlbəttə, dırnaqları cümə günü tutmaq daha fəzilətlidir. İbni Sinan İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: "O kəs ki, cümə günü saqqalını qısaldar, dırnaqlarını tutar, başını xətmi ilə yuyarsa, bir qul azad etməyin savabına malik olar”.

"Dırnaqları tutmaq və başı xətmi ilə yumaq - yoxsulluğu aradan aparar və ruzini artırar”.
"O zaman ki, dırnaqlarınızı tutursunuz, onları dəfn edin ki, sünnətdir”.
Beləliklə, deyə bilərik ki, dırnaqlarımızı həm gündüz və həm də gecə tuta bilərik. Dırnaqların yalnız gündüz tutlmasına aid heç bir hədis daxil olmamışdır. Ona görə axşamlar dırnaq tutmağın məkruh olması fikri də rədd edilmiş oldu.



 


Şərhlər:
Baxılıb: 5498
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz