Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kiçik qızın hekayəsi
Kiçik qızın hekayəsi
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2365
Səs ver:
Salam ana. Necəsən? Hər şey yaxşıdırmı? Ümid edirəm ki, hamı salamatdır. Sizlər üçün elə darıxmışam. Ən çox da sənin üçün anam. Başıma sığal çəkməyindən, mənə şirin- şirin "əziz balam" deməyindən, məlahətli səsindən, hətta məni danlamağından ötrü belə darıxmışam. Ana, babam necədir? Yenə hər axşam televizora baxmaq üstündə balaca qardaşımla dava edirlər? Yəqin, indi də aranı sakitləşdirməkdən ötrü babamın ən sevimli qız nəvəsi, bacım onun ən sevdiyi kitabı götürüb onun üçün bərkdən oxuyur.
Atam bəs? Əminəm ki, hər zaman olduğu kimi əllərini yumadan süfrədə oturur. Sən də əlini yuyub gəlincəyə qədər ona yemək vermirsən. Balacanın dərsləri necədir? Qiymətlərini düzəldə bilibmi? Ona balaca dediyimi bilsə yenə hirslənəcək. Ən acığı gələn şeydir. "Mən artıq böyümüşəm, yekə oğlanam"deyəcək. Havalar soyuyub, yəqin, həmişəki kimi həyətə çıxmırsınız. Babam da ki heç. O, yay- qış bilmədən hər axşam çayını eyvanda içəcək, bacım da onun yanında. O ikisi həmişə, hər yerdə birlikdə olurlar. Ana bu gün axşama nə bişirmisən. Bilirsən də, soğanın az eləyəcəksən, mən soğan sevmirəm. Bilirəm ən acığın gələn şeydir, həmişə onun üstündə deyinirsən "Qoymazlar ki, yeməyi bir dəfə də olduğu kimi bişirim. Biri soğanı sevmir, biri istiotu sevmir, biri duzlu istəyir, sizin sayənizdə yeni yemək növləri meydana çıxır." Məni soruşsan, yaxşıyam. Narahat olma, əynimi isti geyinirəm, gecə də üstümü bərk-bərk örtürəm. Bir az qrip olmuşam, amma ciddi bir şey deyil. Hamınız üçün çox darıxmışam. Hər gecə yuxumda sizləri görürəm. Sabah axşam da süfrədə bir boşqab artıq qoyarsan, mənim üçün. Yenə gələcəm. Hələlik."
Birdən zalın işığı yandı. "Qızım, sən burda neynirsən yenə?" deyə, kimsəsiz uşaqlar evinin müdiri masa arxasında əyləşən, əlində bir zərf olan qızdan soruşdu. "Heç elə-belə" deyib zaldan qaçaraq çıxan qızın dalınca baxan müdirə xanım: "Yazıq balam. Yenə öz xəyallarında qurduğu ailəsinə göndəriləcək, bir ünvanı belə olmayan məktub yazır"-deyə öz özünə dedi...
 
 



Şərhlər:
Baxılıb: 2365
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz