Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbrətamiz hekayə
İbrətamiz hekayə
Göndərən: ALONE
Şərhlər:
Baxılıb: 2781
Səs ver:

 

Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu varlı oğlan gənc bir qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi. Onu bir əli şikəst idi.  Bunu görən qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər. Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an eri ona belə deyir:<<İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver. Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxt ilə çox adlı-sanlı adam idi. Lakın o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qaldı. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır. Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim. Bir dilənçi gəldi, məndə ona bir toyuq verdim, içinədə qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik şəhərdən qovub əlimi kəsdi. Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda oğlan belə deyir: Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasidəsiylə mən varlandım.

/Mənbə: Qadınlar.biz/






















Şərhlər:
Baxılıb: 2781
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz