Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanı çətinliklər böyüdür
İnsanı çətinliklər böyüdür
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1777
Səs ver:
Qənirə Paşayeva:

Güclü olmaq istədim və Böyük Yaradan məni gücləndirmək üçün çətinliklər göndərdi.
Müdriklik istədim və Böyük Yaradan mənə həll etməyim üçün məsələlər yolladı.
Uğur istədim və Böyük Yaradan mənə çalışmağım üçün zəka və əzələ gücü verdi.
Cəsarət istədim və Böyük Yaradan mənə öhdəsindən gəlməyim gərəkən məsələlər verdi.
Sevgi istədim və Böyük Yaradan mənə yardımçı olmağım üçün problemli insanlar yolladı.
Yaxşılıq istədim və Böyük Yaradan mənə fürsətlər yolladı.

İstədiyim hər şeyi əldə edə bilmədim, fəqət ehtiyac duyduğum hər şeyi əldə etdim.
Bəzi ailələrimiz böyüyən uşaqların gələcəyi üçün təəssüf ki, doğru yol seçmirlər. Ailələr imkanları artdıqca övladlarının heç bir çətinlik çəkməməsinə çalışırlar. Onlar çətinliklər çəkmədən böyüyür və bəlkə də bu ailələr övladlarının gələcəyi üçün nə qədər böyük problemlər yaratdıqlarının fərqində belə olmurlar. Ailələr tərəfindən ərköyün böyüdülən uşaqların Allah tərəfindən nə qədər böyük çilələrlə imtahan ediləcəklərini valideynlər bilsəydilər bəlkə də övladlarını buddist prinslər kimi sıxıntıya, çətinliklərə dözə biləcək şəkildə tərbiyə edərlərdi deyə düşünürəm...

Bu hekayəni çox sevirəm və hər kəsin oxumasında böyük yarar olduğunu düşünürəm... 
Bir gün bir adam baramada balaca bir dəlik müəyyən etdi və oturub kəpənəyin saatlar boyunca bədənini bu kiçik dəlikdən çıxarmaq üçün sərf etdiyi səylərini izlədi. Bir an ona elə gəldi ki, kəpənək sanki irəliləmək üçün səy göstərməkdən vaz keçdi. Sanki əlindən gələn hər şeyi etmiş və artıq edə biləcəyi bir şey qalmamış kimi... Beləliklə, adam kəpənəyə yardım etməyə qərar verdi. Əlinə kiçik bir qayçı alıb baramadakı dəliyi böyütməyə başladı. Bundan sonra kəpənək asanlıqla, heç bir səy göstərmədən, çətinlik çəkmədən baramadan çıxa bildi. Lakin bədəni quru və kiçik qanadları büzüşmüş halda idi. 

Adam izləməyə davam etdi, çünki hər an kəpənəyin qanadlarını açıb genişləyəcəyinə və bədənini daşıyacaq qədər güclənəcəyinə ümid edirdi. Amma bunlardan heç biri olmadı! Kəpənək həyatının geri qalan hissəsini bir bədən və büzüşmüş qanadları ilə yerdə sürünərək keçirdi. Nə qədər çalışsa da, əsla uça bilmədi. Adamın yaxşı niyyəti və yardımsevərliyi ilə anlamadığı bir şey baramanın dar olmasının və buna qarşılıq kəpənəyin dar bir dəlikdən çıxmaq üçün göstərməli olduğu səyləri idi. Bəli çətinlikdən qurtulmaq üçün səylər... Böyük Yaradan kəpənəyin bədənindəki mayeni onun qanadlarına göndərmək və bunun sayəsində də baramanın darlığından qurtulduğu anda uçmasını təmin etmək üçün seçdiyi yol bu idi. Bəzən həyatda tam olaraq ehtiyac duyduğumuz şey səylərdir. Əgər Böyük Yaradan həyatda hər hansı bir səy olmadan irəliləməyizə izn versəydi, o zaman bir anlamda şikəst qalardıq. O zaman ola biləcəyimiz qədər güclənə bilməzdik, əsla uça bilməzdik. 

P.S: Məncə kəpənəyin baramadan çıxış hekayəsi düşünmək üçün gözəl bir hekayədir. Amma ən gözəli bu prosesi izləməkdir. Buna imkanı olan dostları mütləq bu prosesi izləmələrini məsləhət görərdim...

Publika
 


Şərhlər:
Baxılıb: 1777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz