Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar dostluq edə bilirmi?
Qadınlar dostluq edə bilirmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1541
Səs ver:

 

http://imgs.su/tmp/1315039122-656.jpg



Kişilərin dostu olur, qadınların rəfiqəsi. Nə olsun ki, "dost" daha ciddi səslənir.

Hansı daha inandırıcı görünür: kişinin: "Bax bu, Əhməddir. Birinci sinifdən dostluq edirik. Onun üçün ölümə də gedərəm" deməsi, yoxsa qadının "mən bu hədiyyəni bir rəfiqəm üçün alıram, sən çox özünü yorma, biz cəmi iki həftə olar, tanış olmuşuq" pıçıldaması?

Qəribədir, kişilərin dostluğu daha az lətifə predmeti olur. Onlar öz münasibətlərinin etibarlılığı ilə bağlı mif yarada biliblər. Onların əsas yardımçısı və baş "kartı" müharibə olub. Amma hətta qanın yaratdığı dostluq belə qızıl və qadın qarşısında gücsüz qalıb. Kişi iki halda düşünmədən dostuna xəyanət edə bilər: ortada pul olanda və ya ehtirasdan gözü heç nəyi görməyəndə.


Qadınlar da, kişilər də şöhrətpərəstilik azarından xali deyillər və daim özlərinə tən adamları qısqanırlar. Amma kişi psixologiyası bir qədər başqadır: o, başçı, liderdir. O yalnız ən güclülərin arxasınca gedə və bu axırada öz təyinatını tapa bilər. Qadınlar isə əksinə, uzun müddət açıq fəaliyyət göstərə bilməyiblər və bu səbəbdən də, onlar yalnız intriqa yaratmaq bacarıqlarını mükəmməlləşdirməklə məşğul olublar.


Bir halda ki, məqsəd kişidir - qadın onun vasitəsilə dünyanı dəyişə bilər, o zaman təbii ki, başqa bir qadın onun tərəfindən rəqib qismində qəbul olunacaq.


Bərabər hüquqlar, intimual inqilab və feminizm hərəkatı qlobal mənada heç nəyi dəyişməyib. Qadın dostluğu kiminsə əleyhinə və ya nəyinsə naminə birləşən kişilərin yoldaşlığından daha möhkəmdir. Və əsrlər boyu bu dostluq yalnız bir sınağa çəkilib: bu sınaq - kişidir.


Bununla belə, biz dostluq edirik. Fədakarcasına. Özümüzü unudaraq. Rəfiqəmizə hər sirrimizi danışırıq, məsləhət istəyirik, onun tövsiyyələrinə əməl edirik. Biz uşaq bağçasında, həyətdə, məktəbdə, ali təhsil müəssisəsində, işdə, doğum evində rəfiqə tapırıq. Onlara biri-biriləri haqqında məlumat veririk. İnformasiya mübadiləsi başlayır, dairə böyüyür. Bu səbəbdən də, sabah evinizdə sənin qonşulquda yaşayan Məmməddən xoşlandığını bilsələr və ya Əlinin sənin iş yerinə gəldiyini eşitsələr, təəccüblənmə.


Amma belə situasiyada da xanımlar bir-birilərinə yardımçı olmağa çalışırlar. Onlar dostluq münasibətlərində səmimi və alicənabdırlar. Yalnız rəfiqən sənin xəstə uşağına şəfqətlə baxa, sənə hesabat yazmaqda kömək edə və ayrılmağının şərəfinə səninlə badə qaldıra bilər.

Amma məsələnini başqa tərəfi də var: gecə saat 3-də sənin gözlərinin yaşını silməyə qaçan rəfiqən özü də sonradan sənin göz yaşlarına səbəb ola bilər. Realist olaq: yer üzündə elə bir Həvva yoxdur ki, heç olmasa bir dəfə, heç olmasa, xəyalında özgəsinin Adəminə "sahib olmasın".

 

http://imgs.su/tmp/1315039603-656.jpg


Bizim hər birimizin həyatında belə president dəfələrlə olub. Əlbəttə, biz bunu heç rəfiqələrimizə də etiraf etmirik və deyirik ki: "Başqasına məxsus olan kişiyə kişi kimi yanaşa bilmərəm". Amma bu, düşündüyümüzdən də tez-tez baş verir. Bəzən özümüz də fərqinə varmasaq belə.


Yaxşı, bəs bu, rəfiqəliklə necə bir araya sığır? Məlum deyil. Görünür, qadın psixologiyası daha çevikdir və o, anın tələblərinə daha tez uyğunlaşır.


Adətən bu cür səhvlərə qadınlar erkən gəncliklərində yol verirlər. Zamanla isə, biz illərin möhkəmləndirdiyi münasibətlərin qədrini bilməyə, kişilərə başqa gözlə baxmağa başlayırıq: "məgər o, buna dəyərmi ki, ona görə...".


Əgər qadın dostluğu kişi məhəbbəti uğrunda rəqabət sınağından keçə bilirsə, bu münasibət daha da möhkəmlənir.

İllüziya


Bəzən rəfiqələrimizlə bizi yaxınlaşdıran qəlblərimiz yox, situasiya olur: bir yerdə işləyirik, eyni fitnes-kluba gedirik, eyni kompaniyada oluruq. İllüziya yaranır: maraqlarımız eynidir, halbuki "rəfiqən" bunu məcburi tanışlıq kimi qəbul edir.


Ümidsizliyə uğramamaq üçün insanı yaxşı tanımalı, onu müşahidə etməlisən, onun sözlərindən daha çox bu sözləri müşayət edən mimikalara, jestlərə, səsin tonuna diqqət yetirməlisən.

Qəlb yaxınlığı

Ramilə deyir: "Mənim bir rəfiqəm var, ildə bir dəfə görüşək, ya görüşməyək. İnternet vasitəsilə yazışırıq, şəkil mübadiləsi edirik. Amma biz görüşəndə anlayıram ki, onun üçün nə qədər darıxmışam. Çünki biz bir-birimizi yarısözdən, jestdən, intonasiyadan başa düşürük. Hətta ərim belə məni onun qədər ruhlandıra, təsəlli edə bilmir".


Ruhən yaxın adamlar görüşəndə məsafə onlar üçün problem olmur.


Əsas odur ki, belə adamı gözdən qaçırmayasan.


Ümumi maraqlar

Ən yaxşı dostluq ümumi maraqlar nəticəsində yaranan dostluqdur. Təsadüfi deyil ki, qayğısız uşaqlığının dostlarını görəndə sevinirsən, elə bilirsən qohumunu görmüsən. .


Tələbəlikdə, çətin layihələr və ekstremal istirahət zamanı yaxınlaşdığın həmcinlərinlə aranızdan su da keçmir. Bu dostluğun yeganə qüsuru var: maraqlar itəndə, dostluq da "itir". Və çox zaman məlum olur ki, sizi birləşdirən başqa təmas nöqtəsi yoxdur.


Əks-cinslə dostluq


Qəribədir, kişilər qadınlar, qadınlar isə kişilər arasında dostluğa inanmırlar. Və hər iki cins bir yerdə qadınla kişinin dostluğuna da şübhə ilə baxırlar.


Əslində, dostluq - cinslə bağlı anlayış deyil. Qadın və ya kişi dostluğu olmur. O ya var, ya da yoxdur. Səni kiməsə çəkir, ürəyindəkini onunla bölüşmək , onu dinləmək istəyirsən, yardım edirsən və yardım gözləyirsən, anlamağa çalışırsan və bağışlaya bilirsən.


Dostluq da sevgi qədər irrasionaldır. Əgər sən Səidə ilə yalnız onun ciddi və məsuliyyətli adam olduğu üçün dostluq edirsənsə, bu artıq dostluq deyil, hər iki tərəf üçün sərfəli sövdələşmədir.

 

http://imgs.su/tmp/1315039401-656.jpg

 



Şərhlər:
Baxılıb: 1541
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz