Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pul yoxsa insanlıq?!
Pul yoxsa insanlıq?!
Göndərən: Nuray
Şərhlər:
Baxılıb: 1818
Səs ver:

Pul! Nədir pul? Varlı üçün hər şeydir, kasıb üçün heç nədir. Bu yerdə bu misralar düşür yada.

Demək ki, təki pulun olsun. Pulu olub onu necə xərcləyə bilməyənlər var, pulu olmayıb xərcləməyə ehtiyacı olanlar da var.  Pulu çox olub borc verməyənlər var, pulu olmayıb borcunu verə bilməyənlər də var. Pulu çox olub "Allah”ı unudanlar var, pulu olmayıb "Allah” kəlməsi dilindən düşməyənlər də var. Pulu çox olub ”Bəlkə Allah məni imtahan edir, ehtiyacı olanlara verim” düşünməyənlər var, pulu olmayıb "Bəlkə Allah məni imtahan edir” düşünənlər də var. Pulu çox olub israf edənlər var, pulu olmayıb israfın nə olduğunu bilməyənlər də var. Pulu çox olub kababı yemək saymıyanlar var, pulu olmayıb quru çörək tapmayanlar da var. Pulu çox olub bu gün aldığı paltarı sabah bəyənmiyənlər var, pulu olmayıb geyinməyə paltar tapmıyanlar da var. Pulu çox olub faiz yeyənlər var, pulu olmayıb faiz ödəyənlər də var. Pulu çox olub gündə kef məclisi quranlar var, pulu olmayıb ehsan verə bilməyənlər də var. Pulu çox olub özəl xəstəxanalar tikdirənlər var, pulu olmayıb xəstələrini müalicə etdirə bilməyənlər də var. Bir sözlə pulu çox olub na şükür olanlar var, pulu olmayıb şükür edənlər də var.

 

Bu dünya sizin üçün bir imtahandır. Kimi malı ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan olunar. Heç vaxt açılan əlləri boş qaytarmayın. Verdiyiniz zəkat ilə malınızı artırın, verdiyiniz sədəqə ilə başınıza gələn bəlanı qaytarın, verdiyiniz borc pul ilə savabınızı artırın. Hər yaxşı əməli Allah üçün edin, bəndə bilməsə də olur. Əsl yaxşılıq odur ki, gizlində də aşkarda da gördüyün işi görəsən (Hz. Muhamməd s.v.s). Allah hər şeyi görəndir, biləndir.

Bəs insanlıq nədir? Mirzə Əlkbər Sabirin bu misralarını xatırlamamaq mümkün deyil.                                           

Niyə biz insanlara insanlığına görə deyil, varına, dövlətinə, vəzifəsinə görə qiymət veririk.  Axı insanlıq pulnan ölçülmür, axı insanlıq vəzifə ilə də ölçülmür. İnsanlıq elə insanlıqnan ölçülür, insanlıq səmimiyyətlə ölçülür. İstər vəzifədə ol, istər fəhlə ol, istər dövlətli ol, istərsə də kasıb ol, əsas odur ki, insan ol və insan olduğunu heç vaxt unutma. Əsl insan odur ki, özündən kiçiklərə salam verə bilsin, özündən böyüklərə hər kəs salam verə bilir, əsl insan odur ki, özündən kiçiklərlə səmimi olsun, özündə böyüklərlə hər kəs səmimi ola bilir. Əsl insan odur ki, bütün insanların xoş gününə sevinsin, pis günündə yardımçısı olsun. Bəli, bax budur əsl insanlıq. 

 

 

/Mənbə: Qadınlar.biz/

 

 

 




Şərhlər:
Baxılıb: 1818
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz