Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arzu Əliyeva bu gün ailə həyatı qurur
Arzu Əliyeva bu gün ailə həyatı qurur
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16629
Səs ver:

 

http://imgs.su/tmp/1315033928-656.jpg

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə həyatı quracaq. Arzunun nişanlısı Səməd Qurbanovu işgüzar dairələrdə yaxşı tanıyırlar. O, Rusiyada iş adamı kimi fəaliyyət göstərir. Səmədin atası Aydın Qurbanov həm ictimai, həm də xeyriyyə fəaliyyəti ilə məşğul olub. Məsələn, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaranması ideyası ona məxsusdur, onu həm də xeyriyəçi kimi tanıyırlar.

Həyat yoldaşı İrina Pomelovanın sözlərinə görə, Bakıdakı pravoslav məbədi məhz onun vəsaiti hesabına bərpa olunub. Rusiyanın ən zəngin azərbaycanlılarından olan Aydın Qurbanov Lüksemburqun "Evraz" Şirkətlər Qrupunda, Nijnı Taqil, Qərbi Sibir və Kuznetsk metallurgiya kombinatlarında pay sahibi idi. Səmədin atası vəfat edəndən sonra ailə başçısının biznes fəaliyyətini Aydın Qurbanovun həyat yoldaşı İrina Pomelova davam etdirib. Məsələn, onun həmsahib kimi fəaliyyət göstərdiyi «Koros» Şirkətlər Qrupuna iri meşə şirkətindən əlavə 3 plastmass zavodu daxildir. Bu şirkətin gəliri ötən il 100 milyonlarla dollar təşkil edib. Səməd özü də işgüzar dairələrdə uğurlu biznesmen kimi tanınır.


Arzu Əliyeva isə 1989-cu il yanvarın 23-də Bakıda anadan olub, Azərbaycanda xeyriyyəçilik və başqa humanitar fəaliyyət növü ilə məşğul olub. Heydər Əliyev Fondunun tədbirləri çərçivəsində bir neçə vətənpərvər layihələrin həyata keçirilməsində fəal iştirak edib. Rus, ingilis, fransız və ispan dillərində sərbəst danışır.


Cütlüyün toy mərasimini Bakıda açıq havada, Xəzərin sahilində keçirmək nəzərdə tutulur. Mərasimə dünyanın tanınmış ictimai-siyasi xadimləri dəvət olunub. Tədbirin konsert proqramında isə məşhur mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulur.

 



Şərhlər:
Baxılıb: 16629
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz