loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sol tərəfim ağriyir, ANA!
Sol tərəfim ağriyir, ANA!
Göndərən: AYGUN18
Şərhlər:
Baxılıb: 5126
Səs ver:
 Salam, Ana!
 
Yenə mən gəldim. Narahat olma, bu dəfə dərsdən çıxıb gəlmişəm. "Ana"lar da atalar kimi narahat olarmı? Bax onu bilmirəm. Rəfiqəm "Dərsə getməsəm anam çox hirslənər, narahat olar" demişdi... Onun üçün deyirəm. Keçən həftə müəllimə sağ əlimə sarımsaq, sol əlimə soğan verib sağımı solumu öyrətdi. Bilirəm artıq sağ haramdı, sol haram. Ağrayan yerimin haram olduğunu indi bilirəm, ANA! Keçən dəfə demişdime "Buram ağrıyır, de ha buram", amma sənə izah eliyə bilməmişdim haramın ağrıdığını. İndi bilirəm... Sol tərəfim ağrıyır, Ana, sol tərəfim... Həm də hər gün ağrıyır, hər gün...

Dünən Ayselin anası saçını hörmüşdü. Əlindən tutub məktəbə gətirmişdi. Zəng vurulanda öpdü, "Dərslərini yaxşı oxu" deyib getdi. Mən də ağladım. Hə, ağladım. Heç utanmadım. Müəlliməm "Nə oldu?" dedi. Yalan danışdım ona da. "Yıxıldım dizim, ağrıyır" dedim. Amma əslində dizim yox, sol tərəfim ağrıyırdı, Ana..
. Bu gün də mənim saçım hörülsün istədim. Atam hördü, amma onunki kimi olmadı. "Məni" məktəbə apar" dedim. "Qızım, iş" dedi. Mən də "Neyniyime? Apar." deyib ağladım. Atam "Qızım, çörək..." dedi. Susdum, amma məktəbə gedərkən yenə ağladım. Hə. Bir də sol tərəfim yenə ağrıdı, Ana... Hamının corabları ağappaq idi. Mənimkilər bir az bozarmışdı. Zeynəb "Anam ağ paltarları rənglilərə qatmadan yuyur." dedi. Atam paltar yumağı bilirmi ki, Ana?! Offf... Atam hər gün kolbasa qoyur yeməyə. Üzülməsin deyə bir şey deyə bilmirəm. Amma uşaqlar hər gün dönər, ya da şirniyyat yeyir.

Hava qaralır, mən gedim, Ana. Atam bilmir qaça-qaça sənə gəldiyimi. Bilsə heç nə deməz, amma üzülər, bilirəm. Kim pozur torpağını, kim təmizliyir buradaki gülləri? İcazə vermə, Ana, torpağına əl sürdürtmə... Evə gedəndə bir də bunun üçün ağlıyıram, Ana. Bax, qab yenə yanımdadı. Torpağımdam bir ovuc götürüm. Bilirsən? Hər gəlişimdə götürdüyüm torpaqları bu qabda saxlıyıram. Üstünə də şəklini vurmuşam, baş üstümdə saxlıyıram. Hər səhər öpüb iyləyirəm onu. Heç kimə demə ha... Bəzən də danışıram onunla. Neyniyim? Çox darıxıram sənin üçün. Həə... unutmadan. Müəllimə sabaha "Ana" haqqında yazı tapşırıb. Mən atama yazdıracam. Müəlliməm yenə hirslənəcək, amma neyniyim? Mən səni heç görmədim ki... Nəyi necə yazacam? Sənin adın keçəndə sol tərəfim ağrıyır, Ana. Vərəqə də belə yazacaq deyiləm ki...

Mən gedirəm, Ana. Torpağını öpüm, sən də yuxuma gəlib məni öp. Mütləq gəl, Ana... Sən gəlmiyəndə sol tərəfimin ağrısı ilə oyanıram səhərlər... Sol tərəfim ağrıyır, Ana... Bax bax buraaa... Sənin üçün çoooo...x darıxıram, Ana... Nəysə... Mən gedim... Sağol, ANA..!

Şərhlər:
Baxılıb: 5126
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz