Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsan zibilxanası
İnsan zibilxanası
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2021
Səs ver:

Səhra ilə gedirəm, çox yalnızam, qabağıma tək-tək heyvanlar çıxır, heç sürü halında çıxan heyvanlar görmədim, məcbur qaldığımdan hamısını öldürürdüm. Çünki onlar artıq yalnızlığa öyrəşiblər. Bəlkə də darıxdıqlarından məni dişləmək və ya sancmaq istəyirlər.Ona görə gözləmədən, onlardan qabaq mən onları öldürürdüm. Pis olan bu idi ki, ancaq heyvanlar görürdüm, heç bir dəfə də insanlarla rastlaşmadım. Səhra mənim fikrimcə harasa getmək üçün, hansısa bir məqsədə çatmaq üçün gediləsi bir yol deyildi. Görünür mən məqsədsiz, yolumu bilməyən bir yalnız insanam. Bu yolda mənim üçün su,yemək qurtarmaz idi. Çünki bu da mənim fantaziyamın məhsulu idi. Yolun sonunu bilmirdim, amma gedirdim, yolda insanlar haqqında çox fikirləşirdim. Həyatın qanunlarından biri hər insanın bir xarakteri olması idi. Görürük ki, həyatın da mənası elə bunda idi. Elə xarakterli insanlar var idi bir ömür boyu fikirləşsən bir nəticə çıxara bilmirdin o insanların xarakterlərindən. Gecə düşmüşdü , burda bir gecəlik olsa da məskən salmağı qərara aldım. Tez yatmağı qərara aldım ki, səhər yolum yenə uzun olacaqdı.Birdən bir topa insan ətrafıma yığışdı.Sanki səhrada su görmüşdülər. Bu insanlar sanki insan zibilxanasına atılmışdılar. Bu insanlarla ünsiyyət qurduqca hər birinin necə bir xarakterə və necə bir tərbiyəyə malik olduğunu bilmək asand idi. Bunların öz-özlərində böyük bir ümidləri var idi. Sanki səhradan dənizə baxmaq istəyirdilər. Hamısı özünü həyata gözü açılmış kimi görsədir amma fərqinə baxmadan get-gedə hamısı arsızlaşır, hamı öz beynində dürüstlük edib bir-birilərinin iç üzünü açır. Sanki insanlıq ölürdü, fikirlər dəyişirdi. Hamı bir- birini aldadır, geri düşüncələr kiminsə məhvinə yol açırdı, ölüm adiləşir, bir insanın həyatı bir səhvə görə kiminsə əli ilə dəyişir. O zaman ölək biz də. Çünki səhvsiz insan yoxdur. Hamısı qaçır məhəbbət dünyasına, bəs öz dünyanı kim xilas edəcək?! Məhəbbət alovu sənin dünyanı və sənin ətrafını külə döndərəcək. Bir zamanlar bizə, vətənə məhəbbət öyrətdilər. Hanı indi o eşqimiz?! Görünür artıq eşqimizin də yönü dəyişib. Eşq hər bir insan həyatında lazımdır, bəli bu həyatın qanunlarından biridir,amma kor eşq sənin sabahının açarını günü gündən itirir. Çünki korsan, görmürsən, açarın itməyindən xəbər tuta bilmirsən. Bir gün gözlərin açılanda artıq itirmiş olursan və bir ömür boyu o açarı axtarırsan. Sevgidə qalib gəlmək üçün ağıldan istifadə etmək lazımdır. Ağılla fikirləşsən hisslərinlə hərəkət etdiyini görərsən. Bəzən ağılla fikirləşəndə ağlın sənə icazə verir hisslərinlə hərəkət etməyə. Əsas o ağıldan istifadə etməkdir. İnsanlar çox qəribədir, həttda o topa insanların içində sənəti pula görə dəyişənlər də var idi. Niyə düşünə bilmirlər?! Niyə fikirləşə bilmirlər ki, sənət pula görə ölçülməz və dəyişilməzdir. İnsan bacardığı işdən zövq almalıdır. Bacardığı işi ucaltmalıdır. Bu insanlar amma bacarıqlarını kənara qoyub pul olan işə qaçırlar. Bəli,düzdü, pul çox vacibdir anlayıram, amma öz sevdiyi sənət ilə varlı olan insanlar da vardır. Deməli bunu etmək mümkündür. Pul çox şey ola bilər amma zövqü, ağlı və xoşbəxtliyi, pul dəyişə bilməz. Sadəcə bunu deyə bilərəm ki, sənəti pula görə seçirlər, xoşladığı, zövq aldığı sənətə vecsiz yanaşıb özlərini məhv edirlər. Onlar özlərini cəmiyyətdən sayıb amma cəmiyyətdən çox kənarda olan lazımsız insanlar idilər. Fikir verdim onlar xoşuna gəlməyən insanı lənətləyirdilər, gözlərində şişirdib düşmənə çevirirdilər. Bu insanlar vətənlərinə borclarını ödəməmiş, yazıq insanlar idilər. Vətən haqqında dedim yadıma düşdü: Bu insan zibilxanasından bir yazı oxudum,yazırdı ki: İnsanoğlu, bizim düşmənlərimizin hər biri cəhənnəmdə yanacaq. Həqiqətən bu yazı elə insan zibilxanasına aiddir. Niyə düşmənimiz cəhənnəmdə yanmalıdır? Axı o da öz torpağı üçün, vətəni üçün canından keçib, düşmənə güllə atır. Nə olsun ki, o dağlara çəkilib, dağlarda vuruşur. O düşmən saydığınız elə dağlara çəkildiyi üçün vuruşur. Unutmayaq heç kəs niyyəti olmadan, sevgisi olmadan vuruşmaz. Bu sadəcə insan zibilxanasının fikirləridir. Bunlar fikirləşmirlər ki, lənəti o adama oxuyarlar ki, o düşmən sən günahsız olduğun halda səni incidib, millətinə əziyyət verib. Bunlar sadəcə mənim fikirlərimdir, inanmayın çünki MƏN YALAN DANIŞIRAM.

Kasıb olub varlı görsənə bilmədik, varlı olub kasıb görsənə bildik. Çünki biz acıq, doymamışıq. Biz insan zibilxanasına atılmışıq.

 

/Mənbə: İnsan Zibilxanası/
/Yazının adı: Mən Yalan Danışıram/


Şərhlər:
Baxılıb: 2021
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz