Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2011
Səs ver:
Belə bir aforizm vardır: "Ən yaxşı plan başqalarının ağılsızlıqlarından faydalanmağa istiqamətli olan plandır"
Bu məqalənin təməl mövzusu yuxarıda qeyd etdiyim aforizm ilə xülasə edilə bilər. 
Aşağıda isə seksi evliliyə saxlamağın gənc bir oğlanın dilindən 10 səbəbi göstəriləcək. 
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 1. 
"SEks dəli olunacaq bir şey deyil."
Universitet illərimdə demək olar ki, hər gecə bir qızla yatırdım. Bunu kinolarda söyləməsələr belə hardasa hər bir insanın bildiyi bir şey vardır: "Bir gecəlik əlaqənin sabahında içiniz boş bir halda qalxarsınız. Hətta peşmanlıq belə hiss edərsiniz." Universitetdə ikən seks mənim üçün bir din kimi idi. Sabah, axşamçağı, gecə ağlımda yanlızca seks var idi. Bu vəziyyətdə seks etməyin mənim ünü bir təmin olduğunu düşünə bilərsiniz, lakin vəziyyət tam əksi idi... Sənin təcrübələrinə bənzəyirmi? Sən də sabah oynadığında yanındakı o yad insana baxıb, özünü pis hiss etdinmi? Əgər cavabın "bəli" isə öz- özünə bu sualları soruşa bilərsən. "Niyə belə olur? Seks əgər mənim üçün bu qədər vacib isə, nəyə görə ardıyca mənu belə bərbad bir hiss narahat edir? Bu boşluq məni çox çaşbaş vəziyyətə salmışdı. Mən də bu nəticəyə çatdım. "Deməli, daha çoxuna ehtiyacım var." Bu cümləni həyatımızdakı hər hədəf üçün istifadə etmişik. Məsələn, çox istədiyimiz bir maşın, əlimiz çatana qədər onu dəli kimi istəsək də, bəlli bir zaman sonra o maşın bizim üçün "pis deyil" mövqesinə düşər və bir başqa maşının bizi təmin edəcəyini ümid edərik. Boşluq davam elədi və mən axırda evlilik əvvəli seksin o qədər də üstün bir şey olmadığına qərar verdim. Mahnıların, kinoların şişirdib də gözümüzdə ucaltdığı qədər deyildi seks. Elə olsa idi əgər hər kəsə bir xoşbəxtlik gətirərədi. Təmin edərdi. Ortada bir "boşluq" olmayacaqdı.
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 2.
Qadınlara qarşı hörmətli olmaq.
Seks mövzusunda çoxluqla qızların oğlanlardan fərqli olduğunu öyrəndim. Bir qız seks edərsə bunu belı açıqlayar: "Axı mən onu sevirəm" Niyə vəziyyət belədir? Bir nəfər belə demiş: "Qızlar seksi sevə bilək üçün istifadə edər, oğlanlar sevgidən sevişə bilmək üçün istifadə edər" Ümumilikdə hekayə budur. Gənc qız bir oğlanla bir gün evlənməyi xəyal edər. Eynilə oğlan bu qızla necə sevişə biləcəyini xəyal edər. Qızın içində bir şey ona bunun doğru olduğunu söyləyərkən, oğlanın içindəki bir şey bunun tam əksini söyləyər. Amma oğlan davam edər. Niyə? Şübhəsiz ki, fiziki zövq üçün. Lakin mənim tapdığım bir başqa səbəb daha vardır. SEks edən bir oğlan özünü "kişi" kimi hiss edər. Ancaq gözdən qaçan nöqtə budur. "Bir qadını allatmağın kişiliyi hardadır?" Mənim kəşf etdiyim bir başqa şey də budur. Əgər bir qadını şərəfləndirsən, eyni zamanda özünü şərəfləndirərsən. Niyə? Çünki bir gün yaşayacağın peşmanlıq, yaşadığın zövqdən çox daha təsirli olacaqdır. "Rob Roy" adlı kinoda belə bir ifadə vardır. "Şərəf bir insanın özünə verdiyi bir hədiyyədir." Əgər qəlbindəki doğru olanı edərək qürurlandırsan, uzun müddətdə peşmanlıq hiss etməyərək öz- özünü də qürurlandırmış olarsan.
 Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 3.
Bir başqasının qadını.
Mənim dediyim  budur. Mənim seks etdiyim qızların çoxu bu dəqiqə başqa kişilərin arvadıdır. Özümü o insanların yerinə qoyduğum zaman etdiklərimi etməmiş olduğumu diləyirəm. Hətta o an kaşki geriyə qayıdıb, özüm - özümə bir şillə vura bilsəm deyirəm. Evlənəcəyim zaman mənim arvadıma da eyni şeylərin edilmiş olduğunu düşünmək mənim indidən mədəmi bulandırır. Sən düşündükcə nə hiss edirsən? Əgər bir nəfər eyni şeyləri sənin həyat yoldaşına etsə, bu səni xoşbəxt edərdimi? Sevdiyin qız varsa, ona bunları başqa bir oğlanın etməsi fikri səndə nə oyandırrısa, o duyğunu alıb, mənə vursan, qadının mövzusundakı hislərini daha yaxşı başa düşə bilərsən... Bir addım daha qabağa getsən, o qız kiminsə qızıdır. Bəs sənin qızın olsa idi? Və yaxud bacın. Mən qızımın mənim kimi bir insanla münasibət qurmasını əsla istəməzdim. Ondan faydalanacaq olan bir adam. Daha qızlara fərql bir perspektif ilə baxıram. Mənim üçün qızlar artıq gələcəkdə başqa bir insanın həyat yoldaşı, bu dəqiqədəki qızı və yaxud bacısıdır...
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 4.
Seks mənim ən yaxşı münasibətlərimi öldürdü. 
Universitetdə ikən bir sevgilim var idi. Mənim xəyallarımdakı qız. Onunla birlikdə ikən əsla darıxmaq yox idi. Bir- birimizi tamamilə tamamlayırdıq. Biz qısa bir müddət sonra mənim girişmələrim ilə sevişməyə başladıq. Seks qısa bir müddət ərzində bizim münasibətimizin mərkəz nöqtəsi oldu. Mən onun başqa tərəflərinə olan marağımı itirməyə başladım. Bir müddət daha sonra bir- birimizə bağlanmaq əvəzinə uzaqlaşmağa başladıq. Sahib olduğum ən gözəl münasibəti seks öldürmüşdü. İnsanlar bir- biriləri ilə müxtəlif şəkillərdə ünsiyyət qura bilər: Romantik, fiziki, ruhi,əqlən və s. Anca mən sevdiyim qız ilə fiziki olaraq münasibət qurmağa başladığım zaman digər ünsürlər qısa dövrə etdi. Nəticə olaraq da münasibətimiz sönməyə başladı. Əgər gözləməsini bilsəydik bugün hələ də birgə olaq bilərdik... Mən bu vəziyyətin bir çox dəfə saysız münasibətlərdə təkrar etdiyini gördüm. Sadəcə özümünküləri deyil, hər kəsinkini qəsd edirəm. Məncə bunun bir səbəbi olmalı idi...
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 5.
Evlilik öncəsi seks münasibətin digər parçalarını yıxar!
Mənim üçün bir qızla seks etdikdən sonra gerçəkləşən iki şey vardır. Keçmişə dönüb, baxdığımda bunun hər zaman olduğunu deyə bilərəm. Təbii ki, o vaxtlar bu vəziyyəti hiss belə etmirdim:
1. Mən istəməsəm belə seksdən sonra o qız üçün olan hörmətimi itirdim. 
2. Qız istəməsə belə seksdən sonra mənə güvənməməyə başladı...
Mən bunun niyə olduğunu bilmirəm, amma sadəcə bunun olduğunu bilirəm. Bəlkə də bu bizim təbiətimizin bir parçası idi. Əmin olduğum tək bir şey var idi. Yalnız deyiləm. Bu vəziyyətin başqalarında da gerçəkləşdiyini dəfələrcə gördüm. Evlilik öncəsi seks yaşayanların evliliklərində bu səbəbdən çox problem yaşadıqlarını bilirəm. Bu iki insan evliliklərinin ən vacib iki vacib ünsürünü, hörməti və güvənci seks uğruna qurban etmişlərdir. Yeni evli cütlüyün ayda bir dəfədən az seks etdiklərini bilirəm- səbəb kişinin qadına hörmət bəsləməməsi və qadının kişiyə güvənməməsi və özünü ona vermək istəməməsi. Bu vəziyyət həm çox kədərli, həm də çox yayğındır. Ancaq heç kimsə bu mövzuda cəmiyyət qarşısında danışmaz. Kinolar evlilik öncəsi seks edənlərin yaşadığı bu problemlərə heç dəyməz, göstərməz. Ortada heç kimsənin görmək istəmədiyi bir həqiqət vardır.
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 6.
Həyat yoldaşımla sevişmək üçün evlənməyi gözləmək, evli ikən daha yaxşı bir seks həyatına açılan qapıdır.
Nə üçün? Çünki həyat yoldaşımın mənə qarşı sərhədsiz güvənci olacaqdı və mənə özünü sərbəst şəkildə gevənlə sərhədsiz olaraq verə biləcək və mən ona sonsuz bir hörmət bəsləyəcəyəm. Öyrəndiyim bir dərs: Əgər bir qız adama güvənməzsə, özünü ona büsbütün verməyi istəməz. İçində bir yerlərdə onunla olmaqdan zövq almaz.
"Qızlar seksdən sevə bilmık üçün istifadə edər. Oğlan sevgidən sevişə bilmək üçün istifadə edər." Bu vəziyyətdə də bir cütlük evlilik əvvəli seks edərlər. Qız, bunu oğlanı özünə bağlamaq üçün edər. Oğlan, bunu əlaqədən daha çoxunu istədiyi üçün edər. Toydan sonra qadın istədiyini əldə etmişdir. Bir oğlandan həsr edilməyi ehtiva edən bir əlaqə, belə ki, onu aqrtıq əldə etmək üçün seksdən istifadə etməyə ehtiyac duymaz. Evlənilmədən əvvəl seksdən istifadə edən qadın artıq seksdən uzaq gəzməkdədir və bu vəziyyət küskünlüyün toxumlarını atar. Oğlan isə evlənmədən öncə istədyini əldə etmiş, həyat yoldaşının dəyərləri haqqında duyduğu hörməti itirmişdir. Oğlan hələ də seks istəyər, lakin bunu həyat bağlayıcı bir hərəkət olaraq görməz. Beləliklə evlilik içərisindəki seks yaşamı yavaş- yavaş solmağa başlayar. Mən bu yazdıqlarımı uydurmuram. Artıq institutdan məzum oldum və ətrafımdakı bir çox dostumun evli olduqları düşünülərsə, mən bu yazdıqlarımı davamlı görürəm.
Zəhər: Seks üçün evliliyi gözləmək həm kişinin qadına, həm qadının kişiyə olan hörmətini artıracaqdır. Nəticə olaraq gözləyən cütlük evlilik həyatında daha dərin bir hörmət vəs evgi yaşayacaq, çox daha mənalı və sıx bir cinsi həyata "salam" deyəcəklər.
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb 7.
Başqa qadınlara seks yaşamamaq mənim evlilik içində yaşayacağım cinsi həyatın daha yaxşı olmasını təmin edər.
Seks iki insan arasında bir bağlılıq yaradan qeyri- adi bir şeydir. Problem budur: Daha çox qızla aramda bağlılıq yaratdıqca bir insanı sevməyim, bağlanmam zorlaşmaqda, irəliləyən həyatda evlənəcəyim insana qarşı bağlı qalmağım risk altına girməkdədir. Seks yapışdırma bantı kimidir. daha çox səthə yapışdıqca yapışqanlığı azalır.Qısa bir müddət sonra hər hansı bir şeyi yapışdıra bilməz.
Əgər evlənmədən öncə digər qızlarla bağlılıq qurarsam irəli zamnalarda həyat yoldaşımla bağlılıq necə qura bilərəm? Ondan almağım lazım gələn zövqü, kefi ala bilmərəm, onu istədiyim qədər çox sevə bilmərəm. İrəlidə həyat yoldaşım olacaq qadına sadiq olaraq keçirəcəyim hər gün onunla daha yaxşı bir əlaqə yaşayacağımın zəmanətidir...
Gülməli olan budur: Mədəniyyətimizdə zina pislənər. Ancaq evlilik əvvəli seks bağışlanar. Evlilik əvvəli edilmiş seks xoş görülər, kişidir normaldır deyilər. Təbiiliyin və müasirliyin bir parçası olaraq xarakterizə edilər. Əgər yaşam bəraətliklərimdən zaman vahidini çıxartsanız, evlilik öncəsi seks zinadır. Zinanın bir evliliyi necə yaralayacaq olduğunu xəyal edə bilərik. Evlilik əvvəli seks də hardasa eyni nəticəni meydana gətirər. Bir oğlan və bir qadın arasındakı potensial bağlılığı yox edər.
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb- 8
Bir qadınıa cinsi uyğunluğun olub olmadığını görmək üçün sevişməyə ehtiyac yoxdur.
SEks bir əlaqənin ən gözəl qismlərində biridir. Ancaq ən vacib qismi deyildir. Bir münasibətdə hər şeyin qaydasında getməyi vəziyyətində seks bu əlaqəyə dad verən şokolad sousu kimidir. Lakin tortun keksi bişmədən, sosu töksəniz tort yeyilə bilməz. Əgər tort bişmişdirsə, evlilik gerçəkləşmişdirsə , bu münasibətdə yaşanacaq seks həqiqətən də fövqaladə gözəllikdə olar. Bu səbəbdən həyat yoldaşımla evlənmədən əvvəl cinsi uyğunluğumuzun olub- olmadığını görmək üçün əlaqəyə girmıyim lazımsızdır. Nə olsa da hər baxımdan mükəmməl olan bir münasibətdə, seks də mükəmməl olacaqdır.
Əgər bir insanı dəyərləndirmək üçün seksi əsas alsanız, bu münasibətdə yaşanacaq cinsi həyat çox müvəffəqiyyətsiz olacaqdır. Əgər cinsi performansınızı lupa altına alsanız, pis olduğunu anlayar, müvəffəqiyyətsizlik və bəzi problemləri görərsiniz. Əgər münasibətinizi götürən şey seks isə, ilk problemdə münasibətiniz yırğalanmağa başlayacaq. çaxnaşmaya qapıldıqca cinsi baxımdan daha da pisləşəcək və münasibətinizi itirəcəksiniz. Bu bir növü sonsuz dövrdür. Özünüzü bir müddət otağa kilidləndirilmiş, aciz bir vəziyyətdə seks obyekti kimi hiss edərsiniz.
Əgər seksə deyil, münasibətin digər ünsürlərinə diqqət etsən, o halda özünü sərbəst buraxmış olarsan vəs eks yaşadığın zaman özünü basğı altında hiss etməzsən. İnstituta gedən bir gənc olaraq seksə diqqət etməmək mümkün deyil, bu səbbəədn risksən qaçmaq və cinsəl münasibət ehtimalını saxlayan mühitlərdən, münasibətlərdən qaçmaq və evliliyi gözləmək ən yaxşısıdır. 
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb- 9
Seksdən daha təmin edici bir şey.
İçinizdən bu cümləni oxuyub, "həəə həə" dediyinizi və güldüyünüzü təhmin edə bilirəm. Əslində instittu illərimdə yaşadığım yoğun seks həyatım və bunun açdığı yaralar, boşluq, mənə kainatdakı ən təmin edici, zövq verici şeyləri varlığı tapmağıma imkan yaratdı- Allahı...
Bilirəm, bu oxuduqlarınız sizə qəribə gələ bilər, lakin mənə biraz daha səbr etməyinizi xaiş edəcəm. Allah bizi elə bir şəkildə yaratmışdır ki, o xaric, heç bir şeydən tam olaraq təmin olmağımız mümkün deyildir. İçimizdəki prosessoru bu şəkildə dizayn etdi və hər birimizin hard diskinə bu proqramı yerləşdirdi. Bir nəfər "Hər birimizin içində Tanrı şəklində bir boşluq var" demişdi...
Bu səbbədən insanlar kariyeralarını, sevgililərini, həyat yoldaşlarını, moda tərzlərini davamlı olaraq dəyişdirmə ehtiyacı duyarlar, çünki hər biri tam şəkildə təmin olunacağı və bilmədiyi bir şeyi axtararlar. Bunu bir insanda tapmadıqları zaman bir xəyal məyusluğu və ağrı hiss edərlər, bəzən də qəzəb. Bir sevgili gedər, digəri gələr, bu səfərkinin digərindən daha təmin edici olacağını və yolçuluğun sonu olduğunu ümid edərik. Əsil problem budur: Gerçək xoşbəxtliyə və səadətə sadəcə Tanrıda qovuşa bilərik.
Tanrı bizi o qədər çox sevməkdədir ki, Özündən alacağıımız xoşbəxtliyi hər kəsə təqdim etməkdədir. Heç bir şey və ya heç kimsə Tanrıdan daha vacib deyildir. Mənim aldığım hər şey, yatdığım hər qadın ardıyca qaçdığım hər ideologiya, komandamın Avropa çempionu olmağı, heç bir şey mənə tam xoşbəxtliyi və təminliyi yarada bilməmişdir. İçimdəki boşluğu sadəcə Tanrı doldura bilmişdir. Bu vəziyyət xüsusilə İsa məsih həyatına gəldikdən sonra baş vermişdir. İsa: "Həyat çörəyi mənəm, mənə gələn əsla acmaz, mənə iman edən heç vaxt susamaz." dedi. Bu kəlimələr mənim həyatıma konkret uymuşdur. Tanrı həyatıma girdiyindən bəri boşluq dolmuşdur. Heç bir şeyin mənə verə bilmədiyini, seksi vermədiyini, daha dərin mənmuniyyəti mənə Tanrı vermişdir.
Gənc bir oğlanın düşüncələrinin dəyişməsi
Səbəb- 10
Allah gözləyə bilməyimiz üçün bizə qüvvət vermişdir.
Mən cinsi əlaqəyə girmədiyimdən illər keçmişdi. Kaş ki hələ bakir ola bilsəydim. Mənim də içimdə bir çox peşmanlıq var, daha əvvəl dediyimi kimi seksin qısa, lakin acısı uzundur. Keçmişdəki münasibətdə olduğum qızlara etdiklərimdən səbəb, içimdə ağrı vardır. Mənim də gələcəkdə yaşayacağım evlilik üçün həm ümidlərim, həm də narahatlıqlarım var. Ancaq Tanrı mənim keçmiş həyatımla üzləşməyimə kömək etmiş və tamamilə bağışlamışdır, gələcək üçün mənim yanımda duraraq, mənə ümid verməkdədir. Tanrı məni dəyişdirməkdədir və indidən məni çox dəyişdirmişdir.
Allah eyni zamanda mənə seks mövzusunda evlənənə qədər gözləmə gücü vermişdir. Qətiliklə bi mövzuda ciddi bir mübarizə yaşadığım anlar olmuşdur. Ancaq Allah mənə bunlara sinə gərəcək gücü vermişdir. "Hər insanın qarşılaşdığı sınaqlardan başqa cür sınaqlarla qarşılaşmadınız." Tanrı etibarlıdır. gücünüzü aşan biçimdə aldanmağınıza izn verməz. Dayana bilməyininz üçün sınaqla birlikdə çıxış yolunu da təmin edəcəkdir. Bütün şeylər onunla mümkündür. Günlər, həftələr axıb getməkdədir. Və mən irəliyən zamanlarda yaşayacağım gözəl evliliyin ümidi ilə gözləməkdəyəm. 
Bir gün yaşayacağınız münasibətdə həm bir həyat yoldaşı, həm də bir ata olaraq müvəffəqiyyətli olmaq istəyisinizsə, başlamağınız lazım olan yer özünüzsünz! Bunun yolu yaxşı bir həyat yoldaşı seçimindən və uşaqlarənızı yaxşı böyütməyinizdən əvvəl, özünüzü Və Allahı tanımağınızdır. Sahib ola biləcəyiniz ən gözəl münasibət Allah ilə olan münasibətinizdir. Bu münasibətin qurulması, sizi digər münasibətlərdə də müvəffəqiyyətli edəcəkdir.
Allah eşqin və seksin yaradıcısı, dizayn edənidir. Allah insanlığa bunları xoşbəztliyi üçün vermişdir. Əgər Onun yaratdığı bu ünsürləri ən yaxşı və doğru formada yaşamaq istəyiriksə, Onun bizlərə verdiyi istifadə etmə xəritəsini yaxşı oxumağımız lazımdır.Allah bizə "onu et, bunu etmə" deməz. Hər şeyi səbəbi ilə göstərib, bizim üçün yaxşı olanı, müqəddəsliyə yaxın olacaq həyat yaşamağımız İstəyir. Allah bizə yuxarıdan baxıb, əxlaq dərsi verən varlıq deyil. Əgər O bizə seks üçün evliliyi gözləməyimizi söyləyirsə, bunu demə səbəbi kimin müdir olduğunu bizlərə göstərmək deyil, səbəb - mənim üçün ən xeyirli olanı, mənim üçün arzulamasıdır. Niyə? Çünki məni sevir.



Şərhlər:
Baxılıb: 2011
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz