Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məhkəmə salonu
Məhkəmə salonu
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1094
Səs ver:
Məhkəmə salonunda, səksən yaşlarında yaşlı cütlüyün vəziyyəti ürək ağrıdan idi. Adam inadkar baxışlarla susqun, nənənin ağlamaqdan yaxşıca çuxurlaşmış gözləri və iti xəttləriylə qovuşmuş baxışları süzürdü ətrafını…
…və hakimin səsiylə susdu hər şey,sözü yaşlı qadına verdi, hakim…
"İzah et xala niyə boşanmaq istəyirsən?"
Yaşlı qadın dərin bir nəfəs aldıqdan sonra yaylıqla ağızını aralayıb, qısılmış səsiylə danışmağa başladı…
"Bu insandan çəkdiyim bəsdir artıq, 50 ildir bezdirdi həyatdan…"
Sonra uzunca bir səssizlik hakim oldu məhkəmə salonunda… Səssizlik bu cür xəbərləri hər gün başlıq edən jurnalistlərdən birinin flaşıyla pozuldu, kim bilər necə bir başlıq atacaqdılar, yaşanmış 50 ilin ardından… Çox sayda jurnalist izləyirdi iddianı, qadın nələr deyəcəkdi. hər kəs onu dinləyirdi.
Yaşlı qadının gözləri doldu və davam etdi:
"Bizim bir sədəf çiçəyi vardı, çox sevdiyim… O bilməz. 50 il əvvəl idi. O çiçəyi mənə verdiyi çiçəklərin arasından qopardığım bir yarpağı toxumlatmışdım, elə böyütdüm. Balamız olmadı, onları balam bildim. Bir müddət sonra çiçək qurumağa başladı. O zaman əhd  etdim. Hər gecə günəş doğmadan əvvəl bir qab suyla sulayacam onu deyə… Yaxşı təsir edirmiş dediər. 50 il oldu, bu həyat yoldaşım bir gecə qalxıb bir dəfə də bu çiçəyi mən sulayım demədi… Taki keçən gecəyə qədər… O gecə taqətim kəsilmiş, yatıb qalmışdım… Mən belə bir adamla 50 il keçirdim… Həyatımı, ümidimi hər şeyimi verdim…
Ondan heç bir şey görə bilmədim. Bir dəfə də olsun, mənim bildiyim vəzifələrdən birini etməsini gözlədim…. Onsuz daha yaxşıyam, and içirəm."
Hakim, yaşlı adama dönərək; "Deyəcəyin bir şey varmı ata" dedi.
Yaşlı adam çəliklə çətin yeridiyi kürsüyə, o ana qədər günahlandırılmış olmanın utancaqlığını hiss etdirən üz ifadəsiylə hakimə yönəldi.
"Əsgərliyimi reisicumhur köşkündə bahçevan olaraq etdim, o bağçanın görkəmli görünüşüylə böyüməsi üçün əməklərimi verdim… Yoldaşımı da də orada tanıdım sədəfləri də… Ona ən gözəl çiçəklərdən buketlər verdim… O çiçəklərlə doludur bağçası… Qoxusuna tapındığım pərişan edər ürəyimi… İlk evləndiyimiz günlərin birində boyun ağrısından onu həkimə apardım… Həkim ‘Çox uzun müddət oyanmadan yatsa boyundakı ağrı sərtləşər, pisləşər' dedi. ‘Hər gecə yuxusunu bölüb, oyansın, gəzişsin' dedi… Həkimi çox dinləmədi, bizim xanım. Sözüm keçmədi… O günlərdə təsadüf bu çiçək qurudu… Mən ona gecə sulasan keçər dedim. Əhd etdirdim… Hər gecə onu oyandırdım və onu seyr etdim… O sevdiyim qadının balası bildiyi çiçəkləri sulayarkən seyr etdim… Hər gecə o çiçək mən oldum sanki, ona buna görə tapına bilərdim…" dedi adam o yaşdakı bir adamdan gözlənilməyəcək ifadələrlə…
"Hər gecə o yatdıqdan sonra oyandım. Saxsıdakı suyu boşaltdim yenidən.
Sədəf gecə sulanmağı sevməz  hakim bəy. Keçən gecə, mən də oyana bilmədim… Oyandıra bilmədim… Çiçək susuz qalırdı amma, qadınımın boynu yenə ağrıya bilərdi, Günahlandırıldım. Səsimi çıxarda bilmədim" dedi.

O an məhkəmə salonunda hər şey susdu..

/Mənbə:Qadınlar.biz/





Şərhlər:
Baxılıb: 1094
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz