Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk görüşmədən sonra axtarmadısa
İlk görüşmədən sonra axtarmadısa
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1423
Səs ver:
İlk görüşməniz gözəl keçdi , ancaq hələ də sizi axtarmadı və siz də onu axtarmadınız. Həqiqətən niyə axtarmadığı haqqında nəsə bir fikiriniz var?
Siz o gün gözəl geyinmişdiniz, makyajınız, saçınız möcüzə görünürdü və sizi bəyəndiyini düşünürdünüz. Xeyli ortaq yönləriniz də  vardı və birlikdə söhbət etdiniz. Ancaq aradan neçə gün keçməsinə baxmayaraq hələ bir səs çıxmadı. Davamlı olaraq gözünüz telefonunuzda olduğuna görə, başqa zəngləridə gördüyünüzə görə, onun sizi axtarması və sizin eşitməmiş olmanız da mümkün deyil.
Bu gün  hər növ ünsiyyət vasitəsiylə söhbət etmək mümkün olarkən, Facebook, Twitter və min bir növ elektron məktub ünvanınız da özündə varkən, sizə çatamamış olması mümkün deyil. O zaman axtarmamasının bir səbəbi olmalıdır? Baxaq bunlar nələrdir?
Sizi çox yüksəkdə görmüş ola bilər!
Bəzi kişilər üçün özlərindən bir az daha aşağıda olan qadınlar cazibədardır. Bunu mədəni, maddi və ya fiziki olaraq qiymətləndirə bilərsiniz. Bir çox kişi üçün, qadının özündən daha mədəni olması, daha ağıllı olması və ya daha çox pul qazanmış olması bir problemdir. Bəlkə də ona bədən cəhətcə də böyük gəlmiş ola bilərsiniz.
Marağını çəkmədiniz!
Əslində ən çox rast gəlinən və sıravi olan , ancaq eqomuzu zədələdiyi üçün heç cür qəbul etmədiyimiz bir variantdır .Böyük ehtimalla marağını çəkmədiniz. Sizin ən  gözəl və şirin olduğunuz çox əhəmiyyətli deyil. Sizinlə gözəl söhbət etmiş və gecəni də gözəl keçirmiş ola bilər , ancaq bu yalnız xatirə yaşamaq və qarşındakı insana hörmət hiss etməkdir. Hər şeyi şişirtməyin.
Çox plançı ola bilərsiniz!
Söhbət edərkən ağızınızdan nələr çıxdığı deyil, dediklərinizin qarşıdan necə aydın olduğu əhəmiyyətlidir. Bəlkə heç fərqində olmadan evlilik xəyalları quran biri olduğunuzu ilk görüşmədə açıqladınız və ya qarşınızdakına çox təzyiq etdiniz . Bəlkə də tam əksidir!
Çox uyğunsunuz!
Hər an görüşməyə və ona çox uyğun olduğunuz təəssüratını verdinizsə, bu qarşı tərəfi qorxuda bilər. Hər dəqiqə onu axtarıb bezdirə biləcəyinizdən narahatlıq keçirə bilər. Keçmiş əlaqəsindəki problemlərə bənzər problemlər yaşayacağından qorxmuş ola bilər.
Vaxt tapar!
Bunu unutmayın; hər kim birini axtarmaq istəsə, axtaracaq vaxtı tapar. Ən çox işdə işləyənər belə tualet və ya yemək fasiləsi verir. "Ancaq səsini eşitmək üçün axtardım, bu  həftə sonu sənə də uyğundursa görüşmək üçün yenidən  əlaqə saxlayacağam sənlə" demək yalnız saniyələr çəkər. Ona görə özünüzü aldatmayın! Axtarmırsa, axtarmaq istəmir. Bu gerçəyi qəbul edin və gözləməkdən imtina edin.

Müəllif:Candan Ünal

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz