Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzə görə xasiyyət analizi
Üzə görə xasiyyət analizi
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2787
Səs ver:
Alın, burun, çənə, qaş, göz və dodaqlar şəxsiyyət xüsusiyyətləri haqqında məlumat verir...
İllərdir bədən quruluşu ilə psixologiya arasında əlaqə qurmağa çalışan Çinli alimlər, üz oxuma sənəti olan "fizyonomiya"nı inkişaf etdirərək üz xəttlərinə görə xarakter tiplərini təsnif etdilər. Bu üsula görə, xüsusilə alın, burun, çənə, qaş, göz və dodaqlar əsas sayılaraq şəxsiyyət xüsusiyyətləri haqqında təxminlər edilir.

Alın:
İnsanların düşüncələrini inkişaf etdirmə üsulu haqqında məlumat verir.
Geniş alın, güclü bir təxəyyül və intellektual şəxsiyyət quruluşunu işarələyir. Dar alın isə, adamın diqqətli, zamana əhəmiyyət verən, riyazi qabiliyyətləri qüvvətli biri olduğunu izah edir. Qabarıq bir alına sahib olanlar isə, təşəbbüs sahibi, uyğun və bölüşməyi sevən biri olaraq qəbul edilir.

Gözlər:
Həyata dünyagörüşünü və stress qarşısındakı davranış şəklini izah edir. Çuxur gözlü insanlar, ciddi və sirrli olarkən, gözləri yaxın olanlar vasvası, qərarlı və detalçı şəxsiyyət quruluşuna sahib olurlar.
Böyük gözlər, açıq sözlülüyü, nəzakətliliyi və sözünə etibarlılığı, Kiçik gözlər isə diqqətini asan cəmləməyi və bağlılığı işarələyir.
Aşağı gözlü insanlar həyata optimist baxmağı sevməzkən, qabarıq göz şəklinə sahib olanlar həyata qarşı həvəsli və küsəyən olurlar.

Burun:

İş həyatındakı seçimləri və pul mövzusuna baxışı işarələyir. Geniş burun iş həyatında özünə güvənən və ictimai quruluşu, dar burun idarəçiliyi və zəmanətçiliyi, böyük burun idealistliyi və lider olma istəyini, Aşağı burun insanlarla yaxşı ünsiyyət qura bilmə qabiliyyətini, yumru və şiş burun isə pul mövzusunda müvəffəqiyyəti və qənaət düşkünlüyünü göstərir.

Dodaqlar:
Düşüncələri ifadəni və cinsiliyə dünyagörüşünü işarələyir. Geniş və aşağı dodaqlar adamın cömərd olduğunu və cinsi həyatını geniş təxəyyüllə rəngləndirə bildiyini, incə dodaqlar az və yaxşı danışmağı, ehtirası və mühafizəkarlığı işarələyir. Həddindən artıq böyük alt dodaq isə adamın tənbəl və zövqə düşkün olduğunu izah edir.

Çənə:
Özünü müdafiə etmə üsulunu və təcavüzkarlıq səviyyəsini təyin edir. Geniş çənə avtoritarlığı, mərhəmətsizliyi və enerjini, iti çənə tez əsəbiləşən quruluşu göstərir. İkiyə ayrılmış çənə, qərarsızlığı, yumru çənə enerjililiyi və canlılığı, irəliyə doğru çıxıq çənə inadkarlığı və xoşgörüşsüzlüyü işarələyir.

Qaşlar:
Həyata dair əhəmiyyətli qərarların necə alındığı haqqında məlumat verir. Aşağıya doğru qaşlar, adamın əlaqələrini ciddi qəbul etdiyini və sahibləndiyini, yuxarı qalxılı qaşlar ehtiraslı biri olduğunu və asan əsəbiləşdiyini,uzun qaşlar güclü və mübarizəçi şəxsiyyət quruluşunu, incə qaşlar asan imtina edən və elastik quruluşu,birləşmiş qaşlar macəraçılığı, düz qaşlar isə optimizmi işarələyir.

Qulaqlar:
Ətrafındakılara təsir etmə və onlardan təsirlənmə səviyyəsini təyin edir. Böyük qulaqlar, musiqiyə olan qabiliyyəti, normal qulaqlar ciddiyəti başa yapışıq qulaqlar cəmiyyət qaydalarına bağlılığı işarələyir.
Böyük və çömçə qulaqlı insanların isə danışmağı çox sevdiyi ifadə olunur.

Üz şəkli:
Adamın romantik və zehni səviyyəsini təyin edir. Həddindən artıq uzun üzlü insanlar qürurlu, Kök üzlülər maddiyyatçı, əyləncəyə düşkün, sümüklü üzə sahib olanlar işi sevən və ürkək,zəif üzlülər,dərin düşüncəli və diqqətli olaraq qəbul edilir.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2787
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz