Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik təklifi almağın yolları
Evlilik təklifi almağın yolları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1776
Bölmə: Maraqlı, Evlilik
Səs ver:


 

Krista Bloom: "Əgər bir müddətdir bərabərsinizsə və işləri irəlilətmək üçün sizə evlənmə təklifi etməyə yaxınlaşmırsa, həqiqətən də istədiyinizi almaq üçün onunla ciddi danışmalısınız." - deyir. Kişilər, "ölüm bizi ayırana qədər" sözünə olan qorxularıyla tanındıqları üçün, evlilik söhbəti etmək asan bir işdir.

Mövzunu nə vaxt açmalısınız?

Hər cütlüyün sevgidə irəliləyiş sürəti fərqlidir, buna görə də "bu qədər müddət sonra evlilik təklifi mövzusu gündəmə gəlməlidir" kimi bir qayda yoxdur. Ancaq nümunə ala biləcəyiniz bəzi şeylər var. Əgər yalnız dörd və ya beş aydır bərabərsinizsə, nə cür bir evlilik üzüyünün xəyalını qurduğunuzu izah etmək üçün hələ çox tezdir. Bu mərhələdə hələ bir-birinizi tanımaya çalışırnızınz və üzük haqqında söhbət açmaq onu çaşdıra bilər. Eyni zamanda, bu məsələni danışmaq üçün illər keçməyini gözləmək də çox həqiqi sayılmır. "Bir ildir ciddi bir sevgi münasibəti yaşayırısnızsa, gələcəyiniz haqqında danışmağı istəmək məntiqli bir qərardır."

Evlilikdən qorxa bilər...

Ultimatum göndərməkdə çox diqqətli davranmasnız, bu kişiniz tərəfindən bir təhlükə işarəsi olaraq qəbul edilə bilər və onu küncə sıxılmış kimi hiss etdirməyə səbəb ola bilərsiniz. Onu qorxutmamaq üçün, ciddi və sakit olmaq lazımdır.

Onunla danışarkən sakit davranmağın ən asan yolu, evlilik mövzusunun tez-tez ağlına gəlməyə başladığını biləndə onunla bunu danışmaqdır. "Əgər hissləriniz dolub daşana qədər gözləsəniz, mövzunu açanda səbirsiz görünməyiniz qaçılmaz ola bilər və bu onu sizi dinləməkdən ayıra bilər."
"Finally! How To Stop Dating Losers Forever (Sonda! Əbədi itirənlərlə olmamaq üçün Nə etməlisiniz)" əsərinin yazıçısı Professor Anthony Riche maraqı fikirlər irəli sürür. O mövzunu gündəmə gətirmək üçün stresdən uzaq bir mühit seçməyinizi, sakit bir axşam yeməyini məsləhət görür.

Kişilər ipuclarını sevmirlər..

Sonra da bilavasitə danışın. "Kişilər ipuclarıyla məşğul olmağı sevmirlər, buna görə də onlara nə istədiyinizi izah edərək ən yaxşı nəticəni əldə edərsiniz." Onu ağlınızda əriniz olaraq canlandırdığınızı izah edin və onun da sizinlə eyni duyğuları paylaşıb paylaşmadığını soruşun. Və ya belə deyin: "Səninlə olmağı sevirəm və münasibətimizi daha da möhkəmləndirmək istəyirəm. Sənin də eyni şeyləri hiss edib-etmədiyini bilmək istəyirəm."

Zorla olmaz!

Budur, oldu! Sizə birdən birə təklif etməyini gözləyə bilməzdiniz. Unutmayın ki, hər şeyi süzgəcdən keçirmək üçün sizin kifayət qədər vaxtınız oldu, ancaq bu onun üçün yeni bir şey var. "Ona evliliklə əlaqədar düşüncələrini dəqiqləşdirməkı üçün bir neçə həftə verin." Mövzunu yenə danışmaq üçün başqa bir görüş təyin edin və o zamana qədər mövzunu bir daha açmayın.
O bir qərar alana kimi, oradan yolunuza davam edib etməmək sizə qalır. "Bir kişi üçün evlilik təklifinə uyğun mühit hazırlaya, ancaq onu buna məcbur edə bilməzsiniz. Həqiqətən də hazır deyilsə, onu gözləmək alınmırsa, həyatınıza onsuz davam etmək istədiyinizə qərar verməlisiniz."


Şərhlər:
Baxılıb: 1776
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz