Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecikdim (12-ci hissə)
Gecikdim (12-ci hissə)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1917
Səs ver:
Aynur bir az maraq bir az təəccüblə məktubu çevirib imza yerine baxır. İmza yerin də Kənanın adını görüb daha da təəccüblənir. Kənan ona məktub yazmışdı. Qızlar da böyük maraqla Aynurun yaxınına gəldilər. Aynur məktubu oxumağa başladı.
Məktub:
"Aynur salam. Bilmirəm sözə necə başlayım, necə deyim. Nə edim ki, mənə inanasan. Bəlkə də hirslənəcəksən sənə məktub yazmağıma amma xahiş edirem incimə. Başqa çarəm yox idi. Özünə deyə bilməzdim. Buna cəsarətim çatmazdı. Ona görə sənə məktub yazmağı, qərara aldım.
Aynur səninlə ilk qarşılaşdığımız gündən səndən xoşum gəlir. Artıq 3 il olacaq ki, sənə qarşı hisslərim əbəs deyil. Sənə qarşı sevgi hiss edirəm. Yatanda da duranda da ancaq səni düşnürəm, səni fikirləşirəm.
Aynur xahiş edirəm məni pis başa düşmə. Mən sənə ciddi olaraq yazıram. 
Mən səni çox sevirəm. Səni itirmək istəmirəm.
Xahiş edirəm mənə inan. İnan ki, hər şey yaxşı olacaq. Bəlkə də bir-birimizin qismətiyik.
Səndən cavab gözləyiəm. Kənan ”
Məktub burda bitirdi.
Aynur donub qalmışdı. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Özünü bildi biləni daim sevilmək arzusun da olan bu qız sevgi məktubu elin də donub qalmışdı. Düzdür Kənan onun istədiyi kimi illərlə onu sevmiş, hisslərine əmin olduqdan sonra ona bunu bildirmişdi.Amma…
Yox yox. Aynur bele istəməmişdi. Aynur üzöndən yaşca balaca biri tərəfindən seviləcəyini heç aglının ucundan belə gətirməzdi. Düzdür, Kənan Aynurun xosuna gəlirdi, onu çox istəyirdi. Bu sadəcə uşağa qarşı olan bir istək idi. Aynur onunla kəlmə kəsməsə də Kənanı özünə yaxın hiss edir, sanki, ona baxan da ürəyi açılırdı. Aynur Kənanı sevirdi ??? Yox, yox. Bu heç vaxt ola bilməzdi. Ən nifrət elədiyi bir şey idi. Yaşca özündən balaca biri ilə münasibət qurmaq. İlahə ilə də dəfələrlə buna görə mübahisələri olmamışdımı ?? İndi Aynur özü bu vəziyyətdə qalmışdı.
Məktubda ki, kəlimələr Kənan yaşda ki, birinə, xüsusən də bütün günü tullanıb-qaçan, futbol oynayan oglanın xarakterinə uyğun gəlmirdi. Ciddi fikirlərlə, qəşəng xəttlə yazılan məktub sanki, yaşı və dünya görüşü çox biri tərəfindən yazılmışdı.
Kənan bu yazdıqların da ciddidimi ? Aynur buna çübhə edirdi. 16-17 yaşın da bir oğlan özündən 4-5 yaş böyük birinə eşq məktubu yazırsa burda ancaq və ancaq yeniyetmə bir uşağın özünün belə başa düşmədiyi hisslər idi. Bu hisslərin adını isə sevgi adlandırmışdı. Qızlar artıq gülməkdən uğunub gedirdilər. Aynurun vəziyyəti, alınan eşq məktubu onların keyfini əməlli-başı aşmışdı. Aynur özünə gəlib gülməyə başladı. Qizların səsi küçəyə qədər yayılmamışdı. Aynur: (öz-özünə) - ay Allah Kənan həqiqəten mənə sürpriz eledin. Bu vaxta qədər mənə səni sevirəm deyən olmamışdı səndən başqa. Ciddimi, gülməlidimi deyə bilmərəm amma ilk sevgi etirafını sən elədin. Aynur Kənana qarşı bir əsəbilik belə duymamışdı məktubuna görə. Yəqin ki, bir müddət sonra Kənan da etdiyi hərəkətə görə güləcək. Özündən yaşca böyük bir qıza aşiq olmağı xatirə kimi həyatın da iz qoyacaqdı. Məktub pəncərəyə atılan gündən sanki Kənan da etdiyi bu işə görə utanır, Aynurun gözünə görünməməyə çalışırdı. 
Aynur isə nəinki, cavab yazmaq, məktubun yazılmasını belə unutmuşdu. Məktub isə cırılıb çoxdan atılmışdı. Telefon zəngləri isə davam edir, bu dəfə ayrılıq, sitəm xarakterli mahnılar səslənirdi.
Zənglərin Kənan tərəfindən edilməsi artıq məlum olmuşdu. Cavab gözəyən Kənan cavab almayınca "qəlbi qırıq aşiqə" dönmüşdü.

P.S: Ardı var.

Müəllif: Aynur(M.R) 




Şərhlər:
Baxılıb: 1917
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz