Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++++++Siz necə bir qadınsınız?
++++++++++++Siz necə bir qadınsınız?
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 841
Səs ver:
Ax-Qadın:Evi silər süpürər. Şüşələr, qapılar, divarlar tərtəmizdir. Bal tök yala,Qapıda"Çirkli ayaqlarınla girmə. Daha təzə təmizlədim, əsla çirkləndirmə.Bezdim bu evin çirkindən, pasından" deyə qışqırar. Əri azca etiraz etsə, "Başqaları kimi evdə qadın yox  xadiməçiyəm, yenə də narazısan" deyə bezdirər insanı.

Pak-Qadın:İki dəqiqədəb  bir duş qəbul edər, paltar yuyar. Ərinə, "Çirkli paltarlarınla süfrəyə oturma"deyər. Evə girər girməz duşa salar! Bu murdar şeyləri dərhal çıxar; Axşama qədər paltar, ütü məni yordu, indi bir də səninlə məşğul ola bilmərəm" deyər. Ona görədə, onun üçün ancaq yumaq, ütüləmək hünərdir…

Dır dır-Qadın:Oyanar oyanmaz dərhal  işə başlayar. Yan qonşuya sabahınız xeyir deməyə gedər, oradan da alt qonşuya düşər. Axşama qədər yüzqapının ipini çəkər. Ayaqlı qəzetdir. çənə vurmağı çox sevər. Dır dır etməkdən yemək yeməyidə ,yemək bişirməyidə unudar. Ərinin də, "Bu axşam da pendir, çörək, zeytun filan yeyək. üstünə də xoş ətirli çayları içdikmi ohhhh!" deyə başını aldadar. Əri, "Hər axşam belə deyirsən. Mədəm sulu yeməyə həsrət qaldıb!" deyə deyinməyə başlasalar, " Bunu da tapa bilməyənlər var, şükr et halına" deyər.

Yandır-Qadın:İçi səni yandırar, xarici özgəsini. Bəzənər-düzənər,hamının ağlını başından alar. Aynanın qarşısında, "onu geyinsəm yoxsa bun?" deyərkən ocaqdakı yeməyi yandırar. Bütün pulunu geyimə bəzəyə xərcləyər. Belələrinə "bəzək bibəri" deyərlər, "Ərinin başını yandırdı" deyə tənqid olunarlar.Qazı açıq buraxdığını unudar, dükan dükan gəzərkən evi belə yandırar!

Bax-Qadın:Evdəki çirki, tozu görməz amma küçədən kimlər gəlib keçir, qonşulara kimlər girib çıxır, hamısını görər. Bir səs-küyeşitsə, baxmaq üçün dərhal qaçar çölə. Televizora, vitrinlərə baxmağı xoşlayar. Bir yad  evə getdiyi zaman qadınların geydiyi geyimlərdən, evdəki əşyalara qədər hər şeyə baxar. Təbii ki  bir də aynaya baxar, özünü araşdırar.

Tax-Qadın:Ləl-cəvahiratı çox sevər. Qollarına bilərziklər, boyuna boyunbağılar, qulağına sırğalar taxar. Ağılı fikiri qızıl gümüş aksesurlarındadır. Birini çıxarar o birisini taxar. Bəzən də üçünü beşini birdən taxar amma özü başqalarını qinayar.

Küçə- Qadın:Gəzməyi çox sevər. Səhər evdən  çıxar küçə küçə gəzər. Küçədə tanış olduğu insanlarla dərhal qaynaşar. Evə girməyi ürəyi istəməz. Orada belə pəncərədən küçəyə baxar dayanar. Gözəl havalarda parklarda, küçə qapısının qarşısında oturar. Buraxsalar küçədə yatar. Belə qadınlara "küçə süpürgəsi" deyirlər. :))

Hücum-Qadın:Kişilərin qadınları əzdiyi inancındadır.Hər dəqiqədə onları "Bizi kölə kimi istifadə edirsiniz" deyə günahlandırar, halbuki özü ərinin pulunu yeyər, vaxtını qadın dərnəklərində, yığıncaqlarda keçirər, evinə heç baxmaz. Əri bir az deyinsə "Onsuzda siz kişilər həmişə beləsiniz"deyər. Bizləri evə zəncirlərlə bağlamaq istəyərsiniz" deyər.

Bataqlıq-Qadın:Əlinin papağını Vəliyə,Vəlinin papağını Əliyə geyindirər. Kişi kimidir.İndi özünüz düşünündə bu qadının halını.

Vay vay-Qadın:Həm çöldə həm evdə işləyər. İşdən gəlir gəlməz iş paltarını çıxarmağa vaxt tapmadan mətbəxə girər. Yeməyə, qab-qacağa  baş qoşar. Salatı edər, süfrəni açar, ərinin önünə qoyar, axşam da onun könülünü almağa çalışar. Şənbə – bazarın kefini çıxara bilməz. Tətil edə bilməz. Evi təmizləyər, paltar yuyar, hər tərəfi silər süpürər, uşağa baxar amma yenə də heç kimə faydası dəyməz. Əri onu soyuqluqla günahlandırar,  qohum- qonşu, heç bizi axtarıb soruşmursan deyər.

Haqq-Qadin:Evini Cənnətdən bir künc olaraq düşünər və elə olması üçün əmək verər. Həyat yoldaşının dünyada keçici olan xarici gözəlliyinə deyil, əbədi olan mənəvi gözəlliyinə və iç aləminə sərf edər həyatını. Öz baxımına,yoldaşına, uşaqlarına və evinə qarşı diqqətlidir.Olduğu  mühiti istilədən bir quruluşu vardır. Müsbətdir və təvazökardır. Hər kəsə qarşı gülər üzdür, xoş kəlam sahibidir. Yoldaşının yükünün yüngülləşməsi üçün, evdə dinclik və sevgi dolu bir mühit meydana gətirər. Ailədə qarşılıqlı hörmət və söhbət onun üçün önəmli söz mövzusudur.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 841
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz